“Yaşıl iqtisadiyyat”ın üstünlükləri...
06.09.2024 [09:15]
Mərkəzi Bank (MB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) arasında “yaşıl iqtisadiyyat”a keçid üzrə müəyyən edilmiş strateji prioritetlər müzakirə edilib. Korporasiyanın Avropa üzrə regional direktoru İnes Roşa Azərbaycanda “yaşıl iqtisadiyyat”ın inkişafı üçün zəruri infrastrukturun formalaşdırılmasına yönəlmiş təşəbbüsləri müsbət dəyərləndirərək MB-nin bu istiqamətdə gördüyü tədbirlərin dayanıqlı “yaşıl maliyyə” sisteminin qurulmasına töhfə verəcəyinə əminliyini ifadə edib. “Yaşıl iqtisadiyyat”ın əsas sütunu olan “yaşıl maliyyə” dayanıqlı inkişafı və ətraf mühitin qorunmasını dəstəkləyən çoxsaylı maliyyə əməliyyatlarını və maliyyə məhsullarını özündə birləşdirir. Bu maliyyə aləti vasitəsilə ətraf mühitin qorunmasında makro səviyyədə maliyyə resurslarının səfərbər edilməsini nəzərdə tutur. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində 5-ci prioritet kimi “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə keçidin sürtələndirilməsi öz əksini tapıb. Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan “yaşıl texnologiyalar”ın tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub. Milli Prioritetlərə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində addımlar atılmaqdadır. Bütün bunlar isə “yaşıl maliyyələşmə”nin daha da artırılmasını labüd edir.
KOBİA-dan “yaşıl biznesə” dəstək...
Dayanıqlı istehsala nail olunmasında, resurs və enerji səmərəliliyinin artırılmasında “yaşıl biznes”in fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) səylərini artıraraq kiçik və orta biznesin təqdim etdiyi “yaşıl layihə”lərə daha çox kredit ayırmağa qərar verib. Agentlik tərəfindən “yaşıl iqtisadiyyat”a keçidə töhfə verəcək 19 layihəyə qrant ayrılıb, 10-a yaxın “Startap” şəhadətnaməsi verilib. KOBİA-nın strateji hədəf baxışı KOB subyektlərinin bərpa olunan enerji qaynaqlarına üstünlük verən, aşağı temperaturlu geotermal suların istiliyindən səmərəli yolla elektrik və istilik enerjisi əldə edən, smart polimer kompozisiya materiallarından istifadə etməklə binalarda enerji sərfiyyatının azaldılmasını təşviq edən, eləcə də “ağıllı suvarma” texnologiyasının yaradılmasında xüsusi təşəbbüskarlıq göstərən biznes subyektlərinə davamlı dəstək olmaqdır.
Həmin sahibkarları “yaşıl layihələrə” həvəsləndirmək üçün bir sıra motivasiyalar da nəzərdə tutlub ki, onlardan biri “Ekoloji R2” sertifikatının verilməsidir. Bu sertifikat atmosferdən suyun əldə edilməsi üçün innovativ su generatorunun istehsalı və satışı, tullantıların ağıllı yolla toplanması və emalı, yeni tipli külək enerjisi turbinlərinin hazırlanması və s. layihələrdə fəal olan sahibkarlara veriləcək. Eləcə də alternativ içməli su mənbəyinin yaradılması, üzvü tullantıları emal edərək yem istehsalında istifadə oluna biləcək protein, yağ və yüksək verimli gübrənin istehsalı, kənd təsərrüfatında suvarma səmərəliliyinin artırılması üçün “ağıllı su” layihələrində fərqlənən kiçik və orta sahibkarlara vergi güzəştləri nəzərdə tutulub.
Vergi güzəştləri, iqtisadi stimullar...
Biznesin motivasiyasını artırmaq üçün müxtəlif imtiyazlar və dəstək tədbirləri ilə yanaşı, “yaşıl vergi” güzəştləri də xüsusi əhəmiyyət kəsb edir. Həmin siyasətə uyğun olaraq avtomobil bazarında ekoloji cəhətdən təmiz maşınların idxalının və istifadəsinin stimullaşdırılması və vergi güzəştlərinin tətbiqinə yer verilməkdədir. 2019-cu ildən etibarən, mərhələlərlə elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, enerji doldurucularına və sıxılmış qazla işləyən avtobuslara güzəştlər tətbiq olunmağa başlanılıb. Vergi Məcəlləsinə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən (ƏDV) azad olunub. 2022-ci il yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 3 il müddətinə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı 4 il müddətinə ƏDV-dən azad olunub. Sürücü daxil olmaqla, 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı 2020-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azaddır.
Hazırkı mərhələdə külək, günəş, termal sular və digər resursların və digər təmiz enerji mənbələrinin istehsalı üzrə layihələrin “yaşıl vergi”yə cəlb edilməsi daha aktualdır. Xüsusilə də işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması və bərpa olunan enerji potensialının istismarına xarici şirkətlərin cəlb edilməsi bu bölgədə investisiyaların təşviqini daha da zəruri edir ki, bu məqsədlə gömrük və vergi güzəştlərinin tətbiqinə ehtiyac yaranıb.
Sosial güzəştlər, həssas qrupların müdafiəsi...
“Yaşıl iqtisadiyyat” quruculuğunda stimullaşdırıcı və təşviqedici tədbirlər sırasında sosial güzəştlər də olduqca əhəmiyyətlidir. Bu çərçivədə əmək qanunvericiliyində əhalinin sosial həssas qruplarından olan işçilər üçün bir sıra güzəşt və əlavə təminatlar əks olunub. “Məşğulluq haqqında” qanuna əsasən, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan işaxtaran və işsiz şəxslərin işlə təminatına xüsusi yer verilib. Əmək qanunvericiliyində həssas qrup üzrə güzəştlərə əsasən, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq onlar üçün qısaldılmış iş vaxtı müəyyən edilir. Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət almış və əlilliyi müəyyən edilmiş işçilər, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlara layiq görülmüş işçilər, hamilə qadınlar, uşağı üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, yaşı 18-dən az olan işçilər və digər kateqoriyalardan olan işçilərin attestasiyası keçirilmir. Əmək Məcəlləsinə əsasən, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

