/ / “Azərbaycan 2020: gələcəyə baxış”: İnkişaf Konsepsiyasının trendləri: keyfiyyətli iqtisadiyyat, layiqli həyat tərzi və sosial bərabərlik...
“Azərbaycan 2020: gələcəyə baxış”: İnkişaf Konsepsiyasının trendləri: keyfiyyətli iqtisadiyyat, layiqli həyat tərzi və sosial bərabərlik...
07.12.2012 [03:58]
Azərbaycan hökuməti iqtisadi inkişafın yeni mərhələsində yeni meyarlara cavab verən, innovativ iqtisadiyyatın tələblərinə cavab verən texnokrat cəmiyyət quruculuğunu təmin etməyi əsas hədəf seçib. Bu meyarların əsas komponentləri keyfiyyətli iqtisadiyyat, layiqli həyat tərzi, sosial bərabərlik və digər proqressiv elementlərdən ibarətdir. Prezident İlham Əliyev bu meyarlara çatmaq üçün respublikamızın uzunmüddətli yeni inkişaf strategiyasının hazırlanmasını əsas hədəflərdən hesab edir.
Müasir Azərbaycan dövlətinin əsas məqsədlərindən biri XXI əsrin ikinci onilliyində Azərbaycanın yeni iqtisadi siyasətini müəyyən edən, yeni istiqamətlər açan və milli inkişaf konsepsiyasının əsas məzmunu ölkəni irəliyə aparmaq, cəmiyyəti inkişaf etdirmək üçün geniş imkanlar yaratmaqdan ibarətdir. Modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı problemlərini həll edir, prinsipial baxımdan yeni olan, iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiya etməyə yönəlmiş iqtisadiyyat qurur.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qeyd edib ki, Azərbaycan ötən 20 ildə siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək dövlətçiliyini inkişaf etdirmiş, demokratik dəyərlərə yiyələnmiş və özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaratmışdır. Respublikamız, eyni zamanda, bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi güc mərkəzi modelini yaratmışdır. Hazırda Azərbaycan qarşıdakı onilliyin inkişaf ssenarilərini hazırlayır: “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsinin məntiqi davamı olaraq strateji hədəflərin reallaşdırılması üçün müxtəlif sahələri əhatə edən məqsədli proqramlar qəbul ediləcəkdir. İnkişaf Konsepsiyası orta və uzunmüddətli iqtisadi proqnozlaşdırma və planlaşdırma ilə əlaqələndiriləcəkdir ki, bu da müəyyənləşdirilən hədəflərə nail olmağın etibarlı yollarını, həmçinin resursların bölüşdürülməsini təmin edəcəkdir. Konsepsiya çərçivəsində Azərbaycan qlobal miqyasda çağırışlara cavab verərək innovasiya və modernləşmə fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldıracaqdır. İqtisadi inkişafın innovativ xarakterli rəqabətədavamlılığını yüksəldəcək və dünya iqtisadiyyatında səmərəli inteqrasiya imkanları yaradacaqdır”.
Ümumdünya reallıqları yaxın gələcək üçün yetkin bir iqtisadi konsepsiyanın ortaya çıxacağını ehtiva edir, fundamental mahiyyətinə görə, sosial və iqtisadi novatorluğun nümunəsi sayıla biləcək bu konsepsiyanın müəllifi Azərbaycan olacaq. Azərbaycan iqtisadi və siyasi modernləşmənin həyata keçirilməsində çox qətiyyətlidir. Bu halda həmin proseslər fəal sosial qrupların maksimum sayda nümayəndələrini əhatə edəcəkdir. İnnovasiya modernləşməsi inkişafın təkamül yoluna yaxındır, Azərbaycanın demokratik dəyişməkdə olan dünyada modernləşmə siyasətini həyata keçirməsi ölkədə keyfiyyət dəyişiklikləri üçün mühüm stimul deməkdir. Azərbaycan dövləti yeni çağırışlara cavab verən müasir iqtisadiyyatı inkişaf etdirərək, postindustrial cəmiyyətə keçidi təmin etməklə sosioiqtisadi mühitdə, dinamik inkişaf frazasında güclü mövqeyə sahib olmağa qadirdir.
Qeyd edək ki, güclü iqtisadiyyat demokratik inkişafın maddi bazasını təşkil edir. Azərbaycanda da siyasi və iqtisadi islahatların uğurla həyata keçirilməsi davamlı inkişafın təmin olunmasına yönəlib ki, bu da sabitlik və demokratik inkişaf indikatorlarının möhkəmlənməsi üçün güclü baza olacaq, bu arxitekturanın güclü sosial bazislər fonunda inkişaf edəcək. Hazırda dünya düzənində sabitliklə bağlı real mənzərələr göz önündədir. Hər bir ölkənin uzunmüddətli inkişaf strategiyasının uğurla başa çatdırılması mövcud iqtisadi və siyasi sabitlik əmsalı ilə sıx bağlıdır. Bu gün ölkəmizdə müşahidə olunan sürətli iqtisadi inkişaf cəmiyyətdə güclü konsensusun əldə edilməsinə səbəb olub. Azərbaycandakı mövcud siyasi-ictimai sabitlik, iqtisadi dayanıqlılıq islahatların uzunömürlülüyünü təmin edir, eyni zamanda yeni meyarları meydana çıxarır.
Ümumiyyətlə, İnkişaf Konsepsiyasının əhatə etdiyi dövrdə ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcminin iki dəfədən çox artaraq 13 min dollara çatdırılmasına imkan yaranacaqdır. Azərbaycan dövləti əhalinin sosial rifah halının yaxşılaşdırılmasına dəstək verməklə yanaşı, həm də insan kapitalının inkişafında və orta təbəqənin güclənməsində maraqlıdır. Bu hədəflərin altqatı 3 trendə söykənir; dövlət sektorunda insan resurslarının inkişaf etdirilməsi, elektron-hökumət fəaliyyətinin gücləndirilməsi, institusional islahatların davam etdirilməsi. Qeyd olunan ana trendlər milli inkişaf iyerarxiyasının üçüncü frazasına daxil olan Azərbaycanın müasir idaretmə platformasında elmi-nəzəri-fundamental meyarlara əsaslanacaq. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zəruridir.
Bu mərhələdə iqtisadiyyatın milli strukturunun keyfiyyət baxımından modernləşdirilməsi, islahatların əhatəliliyinin təmin olunması, ölkənin milli gəlirlər balansının mineral resurslardan asılılığının azaldılması və sənaye, innovativ texnologiyalara keçidinin təmin olunması fundamental meyarlardır.
Azərbaycan hökuməti qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması, iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin genişlənməsi, ümumi daxili məhsulun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi, iqtisadiyyatda innovasiyaların tətbiqinin təmin edilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və digər meyarlarla bağlı konkret strategiyaya malikdir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası yeni dövrün sosial-iqtisadi və makroinkişaf çağırışlarının reallaşması üçün fundamental baza sənədi hesab oluna bilər. Azərbaycanın qarşıdakı sosial-iqtisadi inkişaf platforması və makroiqtisadi ssenarisi innovativ iqtisadiyyata keçidi uğurla başa çatdırmaqdan ibarətdir. İnkişaf Konsepsiyası yeni onilliyin sosial-iqtisadi, ictimai-siyasi, elmi-mədəni, humanitar sektorlarında həyata keçirilməsi hədəf seçilən tədbirlərin müəyyən edilməsini nəzərdə tutur. Qarşıdakı dövrün ssenariləri çox ümidverici, nikbin və daha irəliyə baxmaq üçün stimulvericidir. Azərbaycan bir çox parametrlər üzrə öz mütərəqqi idarəetmə formullarının, dünyada orta gəlirli ölkə statusuna malik olmaqla iqtisadi sıçrayışları, maliyyə zənginliyi, yüksək sosial inkişaf indikatorları ilə yeni milli modelin tətbiqinə hazırlaşır.
İqtisadi siyasətin başlıca mahiyyəti yaxın illərdə respublikamızın “orta gəlirli ölkələr” şkalasındakı daha pozitiv indikatorlara çatmasından ibarətdir. Məlumdur ki, “orta gəlirli ölkələr” qrupunun daha yüksək şkalası var və burada adambaşına düşən milli məhsulun həcminin 17-18 min dollara çatdırılması əsas meyardır. Yaxın illərin makrossenarilərinə əsasən, respublikamızda ÜDM-in həcmi 70-75 milyard manat təşkil etməli, dövlət büdcəsinin gəlirləri isə 20-22 milyard manata bərabər olmalıdır. Mövcud inkişaf meyilləri və sosial-iqtisadi proqnozlar Azərbaycanın ikinci onillikdə bütün bu strateji hədəflərə çatmasına tamamilə əsaslı zəmin yaradır. Qeyd etdiyimiz kimi İnkişaf Konsepsiyasının əsas istiqamətlərindən biri ölkəmizin milli gəlirlərin və insan inkişafı indeksi üzrə indikatorların dünya meyarlarına tam çatmağa nail olmaqdan ibarətdir. Bu həddlərə çatmaqla Azərbaycan “orta gəlirli ölkələr” qrupunun daha yüksək şkalasında öz layiqli yerini tutmağı da təmin etmiş ola bilər.
Azərbaycan iqtisadiyyatının yeni inkişaf templəri 2012-2020-ci illərdə yüksək artım və sosial tərəqqi fəlsəfəsinin vəhdəti əsasında özünü göstərəcək. İqtisadiyyatın postneft dövründə daha keyfiyyətli və yüksək artım indikatorları ilə müşayiət olunması, sosial infrastrukturun keyfiyyətcə dəyişməsi və modernləşməsi, innovativ iqtisadiyyatın bütün komponentləri ilə makroiqtisadi sferalarda tam oturuşması ölkəmizin inkişaf piramidasına çatmasını təmin edəcək. Respublikamız bu mərhələdə yüksək gəlirlərə malik, yaxşı infrastrukturlu və zəngin insan kapitalına sahib olan bir ölkə kimi tanınaraq dünya üçün bir örnək olacaq.
“Səs” Analitik qrupu
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45

