ADY Əbu-Dabidə keçirilən “Global Rail” tədbirində təmsil olunub
17.10.2024 [21:57]
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədrinin müşaviri Arif Ağayev Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Rail” şirkətinin dəvəti ilə Əbu-Dabidə keçirilmiş nüfuzlu “Global Rail” tədbirində iştirak edib. Tədbirdə dəmir yolu sənayesinin aparıcı iştirakçıları nəqliyyatın gələcəyi və innovasiyalar barədə ətraflı müzakirələr aparıblar.
ADY-dən AZƏRTAC-a bildirilib ki, müzakirələr zamanı xüsusilə nəqliyyatın dayanıqlı inkişafı, yük və sərnişin daşımalarının gələcəyi, dəmir yolu sənayesində layihələrin maliyyələşdirilməsi, süni intellekt və rəqəmsal həllərin dəmir yolu əməliyyatlarına inteqrasiyası kimi mövzulara toxunulub. İştirakçılar dövlətlər, özəl sektor investorları və texnologiya istehsalçıları arasında əməkdaşlığın gücləndirilməsinin və qlobal dəmir yolu sektorunun davamlı inkişafını və müasirləşməsini təmin etməyin vacibliyini vurğulayıblar.
Tədbir zamanı Arif Ağayev “Etihad Rail” şirkətinin baş icraçı direktoru Şadi Malak və digər rəhbər şəxslərlə görüşlər keçirib, qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
Son bir il ərzində “Etihad Rail” BƏƏ-nin milli dəmir yolu şəbəkəsinin genişləndirilməsi, müasir texnologiyaların inteqrasiyası və Yaxın Şərqdə dayanıqlı dəmir yolu nəqliyyatında regional lider kimi mövqeyinin gücləndirilməsi istiqamətində böyük uğurlar əldə edib. Şirkət rəqəmsal innovasiya və səmərəli logistika sahələrinə xüsusi diqqət ayırmaqla regiondakı digər dəmir yolu operatorları üçün rol model kimi çıxış edir.
“Global Rail” tədbirində iştirak çərçivəsində Arif Ağayev, həmçinin “Etihad Rail” şirkətinin müasir dəmir yolu obyektlərini ziyarət edib və şirkətin inkişaf etmiş infrastruktur və əməliyyat yanaşmaları haqqında geniş məlumatlar əldə edib.
ADY rəsmisi həmsöhbətlərini Azərbaycan dəmir yollarının inkişafı istiqamətində görülən işlər, yükdaşımaların rəqəmsallaşdırılması, beynəlxalq dəhlizlər üzrə əməliyyatların optimallaşdırılması və digər məsələlər barədə məlumatlandırıb, həmçinin ADY-nin innovasiya və bilik mübadiləsi sahəsində əməkdaşlıqları inkişaf etdirməyə hər zaman açıq olduğunu qeyd edib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

