BRICS sıralarını genişləndirir
23.10.2024 [10:37]
Kazanda yeni formatda keçirilən sammitdə təşkilatın yeni strategiyası müəyyənləşib
Dünən Rusiyanın Kazan şəhərində BRICS-in 16-cı sammiti işə başlayıb. İki gün davam edəcək tədbirdə 36 ölkənin və 6 beynəlxalq təşkilatın nümayəndə heyəti iştirak edir. Təşkilata ötən il qəbul edilmiş 5 yeni ölkənin ilk dəfə iştirakı nəticəsində sammit bu il “onluq” formatında keçirilir. Həmçinin, BRICS-lə əməkdaşlıq edən Cənub və Şərq regionu ölkələrinin nümayəndələrinin Kazana gəlməsi, habelə BMT-nin baş katibi Antonio Quterreşin tədbirdə iştirakının nəzərdə tutulması sammitin siyasi-iqtisadi əhəmiyyətini artırır. BRICS Ekspert Şurasının rəhbəri, Ali İqtisadiyyat Məktəbinin prorektoru Viktoriya Panova bildirib ki, BRICS qlobal təşkilat kimi öz nüfuzunu daha da artırmaqdadır. Dünyanın inkişaf etmiş ölkələri bu platformada birləşərək qlobal məsələlərin birgə müzakirəsi və həllində ortaq mövqe nümayiş etdirir ki, bu da təşkilata yeni qoşulmaq istəyən ölkələrin müraciətinə səbəb olmaqdadır. Bu reallıqları nəzərə alaraq təşkilatın rəhbər şurası yeni strategiya müəyyənləşdirməyi qərara alıb.
BRICS - iqtisadi imkanları genişləndirir
BRICS platforması geniş iqtisadi imkanlar və fürsətlər blokudur. Təşkilatın siyasi prinsipləri qarşılıqlı hörmət və yaxın dostluq məramlarına əsaslanmaqla üzv ölkələr arasında bərabərhüquqluluq, etimad, dəstək və həmrəylik ruhunu möhkəmləndirir, iqtisadi münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldir. Nəzərə alsaq ki, BRICS qrupunun üzvləri dünyanın ən inkişaf etmiş ölkələridir, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı kimi dünya iqtisadiyyatında xüsusi payı olan bu dövlətlər qlobal iqtisadi platformalarda təsiredici və müəyyənedici rola malikdir. Eləcə də tranzit-logistika marşrutları və dəhlizlərin müəllifidir. Bu təşkilata digər ölkələrin qoşulması və BRICS+ formatının yaranması isə iqtisadi coğrafiyanın qitələrarası inteqrasiyasını sürətləndirib.
Hazırda dünya əhalisinin 47 faizini və qlobal ÜDM-in 30 faizini özündə cəmləşdirən BR?CS-də yer almış ölkələr arasında iqtisadi dövriyyələrin davamlı olaraq artması, xüsusilə də neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində yeni əmtəə mübadilələrinin yaranması böyük bir coğrafiyada əlavə dəyərin strukturunu da yeniləyərək böyüdür.
BRICS+ iqtisadiyyatı 2050-ci ildə G7 iqtisadiyyatını ötəcək
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, beynəlxalq ticarətin təxminən 20 faizi, maliyyə resurslarının isə 25 trilyon dolları BRICS ölkələrində cəmləşib. Nüfuzlu “The Economist Group”un araşdırma qrupu olan “Economist Intelligence Unit”in ekspertlərinin qənaətinə görə, BRICS+ ölkələrinin iqtisadiyyatının həcmi 20 trilyon dollar, G7 ölkələrinin iqtisadiyyatının cəmi isə 40 trilyon dollar təşkil edib. Halbuki 10 il əvvəl bu fərq 3-4 dəfə idi. Proqnozlara görə, fərq getdikcə azalmağa və bərabərləşməyə doğru gedir. 2025-ci ildə BRICS+ iqtisadiyyatı 30-35 trilyon dollara, Böyük Yeddilik (G7) ölkələrinin iqtisadiyyatı isə 50 trilyon dollara çatacaq. 2030-cu ildə bu rəqəm müvafiq olaraq 45 və 60 trilyon dollar təşkil edəcək. 2040-2045-ci illərdə isə aradakı fərq demək olar ki, aradan qalxaraq bərabərləşəcək və 2045-ci ildə hər iki qrupda yer alan ölkələrin ümumi daxili məhsul (ÜDM) istehsalı 100 trilyon dollara bərabər olacaq.
Mötəbər iqtisadi araşdırma qurumlarından olan “Goldman Sachs”ın dəyərləndirmələrinə görə isə, BRICS+ ölkələrinin iqtisadiyyatının həcmi 2050-ci ildən sonra G7 iqtisadiyyatını da ötəcək. Bu təşkilatda birləşən ölkələrin iqtisadiyyatı dünyanın ən zəngin dövlətlərinin iqtisadiyyatının məcmu ÜDM-dən çox olacaq. Onu da nəzərə alsaq ki, yaxın onillikdə BRICS-ə digər ölkələrin də qoşulacağı istisna deyil, onda bu alyansın qlobal ÜDM-də payı daha da böyüyəcək. Bunun nəticəsidir ki, BRICS ümümdünya iqtisadi coğrafiyasının yeni koordinatlarını müəyyənləşdirməyə, yeni tərəfdaşları əməkdaşlığa cəlb etməyə doğru genişlənir.
Xarici ticarətimizin 20 faizindən çoxu BRICS ölkələrinin payına düşür
Azərbaycanın BRICS ölkələri ilə tərəfdaşlıq münasibətlərini artırması ölkəmizin iqtisadi siyasətinə və dünyada yaranan yeni reallıqlara söykənir. Respublikamız BRICS-in iki üzvü ilə yaxın qonşudur, hər ikisi ilə sıx iqtisadi əməkdaşlıq proqramları var, Şimal-Cənub nəqliyyat alyansını bu ölkələrlə birgə yaradıb, dəhlizin böyük bir hissəsi ölkəmizin ərazisindən keçir, eləcə də digər regional layihələrin həyata keçirilməsi istiqamətində aramsız səylər göstərilməkdədir.
Azərbaycanın ümumi ticarət mübadiləsinin strukturunda Rusiya ilk yerlərdən birini tutur. Eləcə də, Şərq-Qərb nəqliyyat dəhlizində əsas strateji partnyoru olan Çinlə çox yaxın əlaqələrə malikdir. Hazırda qlobal iqtisadi gücün əsas qütblərindən biri olan Çinlə Azərbaycan arasında iqtisadi-ticari, nəqliyyat və logistika üzrə dinamika daha çox templə irəliləyir. Tərəflər qarşıdakı illərə dair iqtisadi prioritetlərdə əməkdaşlığın yeni şaxələrini müəyyən edib ki, bu ticari balansın daha da böyüməsinə imkan yaradır. 2024-cü il iyulun 3-də Astanada imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də iqtisadi, siyasi, humanitar, ictimai, mədəni elm və digər sahələrdə uzunmüddətli əməkdaşlığın genişləndirilməsinə dair mühüm müddəalar yer alıb ki, bu da ümumi iqtisadi hədəflərə çatmaq üçün güclü konsepsiyadır.
BRİCS-in quruculularından və hazırda əsas iqtisadi lokomotivlərindən biri olan Çinin bu təşkilatın uzunmüddətli inkişaf strategiyasının müəyyənləşməsi və qlobal təşəbbüslərin icrasında aparıcı mövqeyini nəzərə alsaq, ölkəmizin Çinlə bu regional qurum çərçivəsində əməkdaşlıqları əlaqələndirməsi normal və məntiqlidir.
Bundan başqa, Azərbaycanın 170 xarici iqtisadi ticarət tərəfdaşının böyük bir qismi də BRİCS-də təmsil olunan ölkələrdir. Ölkəmizin 2023-cü ildə xarici ticarət dövriyyəsinin beşdə biri, təxminən 20,8 faizi BRICS üzvlərinin payına düşüb. Azərbaycan nəhəng iqtisadi potensialı olan bir platforma ilə təmasları intensivləşdirməsi və maksimum faydalanmağa çalışması tam normal və məntiqlidir.
BRICS -Azərbaycan əlaqələri qarşılıqlı etimada, iqtisadi həmrəyliyə əsaslanır
Bütün mövcud geoiqtisadi meyilləri, qlobal iqtisadi fraqmentasiya Azərbaycanın BRICS-lə əlaqələrinin bir müstəviyə qalxmasına zəminlər yaradır. Dünya birliyinin etibarlı iqtisadi tərəfdaşlarından biri kimi Azərbaycanın bu quruma daxil olması müasir reallıqlar fonunda tam məntiqli görünə bilər.
Sözsüz ki, Azərbaycan BRICS-ə üzv olmaqla qlobal iqtisadi həmrəylik ideyasını əsas şərt hesab edir. Respublikamız qlobal təşəbbüslərlə çıxış edən, qlobal dialoqun keçirildiyi bir ölkəyə çevrilib və yeni dünyada öz nüfuzlu yerini tutmağa çalışır. Rəsmi Bakı qlobal və regional təşkilatlara hansısa siyasi maraqlar bucağından yox, iqtisadi mənafe və bərabərhüquqlu təmsilçiliyə əsaslanan tərəfdaşlıq, qarşılıqlı etimad və anlaşma şəraitində inteqrasiyanı dərinləşdirən formatlar rakursundan yanaşır. Respublikamız indiyə qədər üzv olduğu və yaxud tərəfdaş kimi cəlb edildiyi bütün institutlarda yalnız səmərəverici və faydalı əməkdaşlıq töhfələri ilə yadda qalıb, Avropa və Asiya ölkələrinə, Qoşulmama Hərəkatına üzv dövlətlərinə enerji və qeyri-enerji ixraclarında birinci prinsip kimi iqtisadi həmrəyliyi əsas götürüb, münasibətlərində heç bir zaman siyasi motiv olmayıb.
Bu baxımdan, BRICS-in əsas güc sütunları olan liderlər Azərbaycanın qlobal dünya ilə balanslaşdırılmış və çoxşaxəli siyasətinin müsbət nəticələrini, eləcə də artan resurs və tranzit imkanlarını nəzərə alaraq bu ailənin üzv olmasına müsbət yanaşır. BRICS-ə üzvlük isə Azərbaycanın xarici siyasətindəki çoxtərəfli əməkdaşlıq prinsiplərinə cavab verir, ölkəmizin iqtisadi siyasət hədəflərinə tam uyğundur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

