/ / Kənd Təsərrüfatı Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndə heyəti ilə görüş keçirilib
Kənd Təsərrüfatı Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndə heyəti ilə görüş keçirilib
23.10.2024 [22:56]
Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) eksperti Qreyg Makkenzi ilə görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə buğda və arpa istehsalında ağıllı kənd təsərrüfatı üzrə təcrübə mübadiləsi məsələsi müzakirə olunub.
Görüşdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli bildirib ki, müasir dövrdə kənd təsərrüfatında geniş şəkildə tətbiq edilən innovativ metodlar ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ətraf mühitə mənfi təsirlərin azaldılmasında mühüm rol oynayır. Aparat rəhbəri qeyd edib ki, kənd təsərrüfatının məhsuldarlığının artması, ilk növbədə, stress amillərinə davamlı, yerli şəraitə adaptasiya olunan məhsuldar bitki sortlarının yaradılmasından, kənd təsərrüfatı səviyyəsində mədəni və texnoloji dəyişikliklərin qəbul edilməsindən asılıdır. O əlavə edib ki, kənd təsərrüfatının iki əsas sahələrindən biri olan bitkiçilik məhsullarının istehsalında və ərzaq təhlükəsizliyinin təmin edilməsində taxıl bitkiləri (buğda, arpa, çəltik və qarğıdalı) əhəmiyyətli rol oynayır. Bu baxımdan torpaq, qida maddələri, sudan səmərəli şəkildə istifadə və həmin resursların effektiv idarə olunması Azərbaycanda bitkiçilik sahəsində məhsuldarlığın artmasına, iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsinə imkan verəcək.
AEBA-nın eksperti Qreyg Makkenzi çıxışında Kənd Təsərrüfatı Nazirliyi ilə agentlik arasında sıx əməkdaşlığn mövcud olduğunu və bu əməkdaşlığın kənd təsərrüfatının müxtəlif sahələrini də əhatə etdiyini qeyd edib.
Görüş zamanı taxıl istehsalında məhsuldarlığın artırılması və istehsalın dayanıqlılığının təmin edilməsində stress amillərinə davamlı taxıl sortlarının əhəmiyyəti vurğulanıb, nüvə texnologiyasının və müvafiq metodların tətbiqinin aktual məsələlərdən olduğu diqqətə çatdırılıb.
Həmçinin görüşdə seleksiya işlərində nüvə texnologiyasının tətbiqi təcrübəsi, təklif edilən texnologiyanın seleksiya prosesinin qısaldılmasında rolu və əldə edilmiş nəticələr müzakirə olunub. Tərəflər bitkiçilik sahəsinin inkişafına verdiyi töhfələri nəzərə alaraq gələcəkdə də bu əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

