Valyuta Fondunun yeni nikbin proqnozları
02.11.2024 [11:28]
Fond 2025-ci ildə Azərbaycanda ÜDM-in 77 milyard dollara yüksələcəyini ehtimal edir
Beynəlxalq Valyuta Fondu (BVF) dərc etdiyi “Regional iqtisadiyyatın inkişaf perspektivləri” adlı yeni hesabatında Azərbaycanın iqtisadi artımla bağlı proqnozlarını yeniləyərək bir neçə ay əvvəlki makroiqtisadi göstəricilərə nisbətən daha da yaxşılaşdırıb. Fondun analitik qrupunun proqnozlarına əsasən, 2024-cü ildə ölkəmizdə ÜDM-in nominal dəyəri 75,6 milyard dollar təşkil edəcək ki, bu da milli valyuta ilə 128,5 milyard manat deməkdir. Eyni zamanda, bu göstərici BVF-nin 2023-cü ilə dair proqnozundan (72,4 milyard dollar və ya 123,1 milyard manat) 4,8 faiz çox olmaqla cari ilin sonunda nominal dəyər ifadəsində əlavə 5,4 milyard manat ÜDM-in istehsal ediləcəyini şərtləndirir.
BVF 2024-2025-ci illərə dair artım göstəricilərini yüksəldib
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu Azərbaycanda iqtisadi artımla bağlı gözləntilərini aprel ayında dərc etdiyi “World Economic Outlook” adlı hesabatında təsnifləşdirərək inkişaf tempinin 2024-cü ildə 2,8 faiz olacağını əks etdirmişdi. Hazırkı yeni nəşrdə isə bu rəqəm 3,2 faizə yüksəldilib. Eləcə də, 2025-ci ildə iqtisadi artımla bağlı göstərici öncəki proqnoza nisbətən 1 faiz artırılıb.
BVF-nin mövcud dəyərləndirməsinin əsas səbəblərindən biri cari ilin 2-ci və 3-cü rüblərində bir çox region ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadiyyatında baş verən dəyişikliklərdir. İlin ötən son 2 rübü ərzində əksər region ölkələrində iqtisadi artım sabit qalsa da, Azərbaycanın yerləşdiyi coğrafiyada ümumi artım meyilləri nisbətən yüksəlib, həmçinin, yeni gözləntilər meydana çıxıb.
Beynəlxalq maliyyə institutları, o cümlədən BVF 2024-cü ilin ilk rübündə Azərbaycanda iqtisadi artımda neft faktoruna əhəmiyyətli yer versə də, ÜDM-in enerji amili üzərində dayanmadığı, daha çox qeyri-neft sektorunda əlavə dəyərinin yarandığı nəzərə alınaraq, makroekonomik hesablamalarda mövcud dəyişikliklər edilib. Belə ki, cari ilin yanvar-sentyabr aylarında ölkəmizdə 92,8 milyard manatdan çox ÜDM istehsal edilib ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çoxdur və həmin əlavə dəyərin böyük bir hissəsi qeyri-neft yığım mənbələrindən formalaşıb. İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 7,1 faiz artmaqla ümumi iqtisadi artımı az qala 2 dəfə üstələyib. Eləcə də sənayedə, ələlxüsusa da qeyri-neft sənayesində artım meyilləri yüksəlib və bu proses davam edir. Qeyri-neft resurslarının yüksək artımları müqabilində ilin sonunda ümumi daxili məhsulun 5 faizə yaxın artacağı fərz edilir.
Qeyri-neft ÜDM-i inkişafın əsas dayağına çevrilir
BVF, həmçinin ölkəmizdə inkişaf dinamikasını təmin edən digər sahələrdə də müsbət meyillərin müşahidə edildiyini vurğulayır. Belə ki, ÜDM-i böyüdən sahələr kimi tikinti, istehsal, investisyaların da rolu qiymətləndirmələrdə nəzərə alınıb. Fondun açıqlamasında qeyd edilir ki, böyüyən dövlət investisiyaları və əhalinin real gəlirlərinin artması 2024-cü ilin ötən dövrlərində Azərbaycanın qeyri-neft ÜDM-nin davamlı artımını dəstəkləyib, neft-qaz sektoru isə Avropa bazarında tələbatın artmasından faydalanıb. Kreditləşmənin artımı daha da sürətlənərək 20 faizi ötüb, həm korporativ, həm də pərakəndə kreditləşmə yaxşı nəticələr göstərib. Sərmayələrin davamlı artımı və maliyyə axınları hesabında iqtisadiyatda əlavə dəyərin həcminin böyüməsi istisna olunmur. Qeyd edilir ki, dünya bazarlarında yanacaq və enerji xammallarının ucuzlaşması karbohidrogen ixracatçısı olan Azərbaycanın suveren gəlirlərinə hissolunacaq təsirlər etmir və ölkənin tədiyyə balansı göstəriciləri dayanıqlı və qənaətbəxşdir, ölkənin profisitli maliyyə göstəriciləri maliyyə sabitliyinin möhkəmliyini təsdiq edir.
Beləliklə, BVF ölkəmizin ümumi iqtisadi dinamikasına söykənərək yeni iqtisadi artım çərçivəsi müəyyən edib.
2028-ci ildə ÜDM 89 milyard dollara çatacaq...
Hazırda Azərbaycanda ÜDM-in 4,7 faizlik artım tempi dünya üzrə ümumi iqtisadi artım göstəricisindən (3,2-3,5 faiz) yüksəkdir. Bu faktor da ölkəmizdə iqtisadi inkişafı təmin edən mənbələrin dayanıqlılığı və növbəti dövrlər üçün əlavə potensialların səfərbər olunmasına imkan verdiyini təsdiqləyir. Bu tempin ilin sonunda və növbəti ildə də davam edəcəyi, qeyri-neft ÜDM-nin orta artımının 7-8 faiz təşkil edəcəyi gözlənilir. Bu məqamları nəzərə alan Valyuta Fondu Azərbaycanla bağlı qarşıdakı ilə dair inkişaf proqnozlarını da nikbin fonda tərtib edib. Belə ki, fond 2025-ci ildə ÜDM-in 77 milyard dollara (131 milyard manat) qədər artacağını proqnozlaşdırır ki, bu da cari ildə ehtimal edilən əlavə dəyərin həcmindən nominal dəyər üzrə təxminən 3 milyard manat çox olacağı deməkdir.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan hökumətinin açıqladığı Ortamüddətli Xərclər Çərçivəsi sənədində də ÜDM-in illər üzrə artımı əks olunub. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş proqnozlara əsasən, 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcək. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft ÜDM-in isə 5 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı ehtimal edilir. Bu dinamika sonrakı illər üzrə davamlı şəkildə yüksələcək və 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 77,8 faizə çatacaq, neft-qaz sektorunun payı isə 22,2 faizə bərabər olacaq.
Ümumilikdə, 2028-ci ildə ÜDM-in 150,8 milyard manata (təxminən 89 milyard dollar), o cümlədən qeyri-neft ÜDM-in həcminin 117,2 milyard manata qədər artacağı gözlənilir.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00

