/ / Ərzaq təhlükəsizliyini təmin etmək və bölgələrdə işsizliyi aradan qaldırmaq üçün kompleks tədbirlər görülür
Ərzaq təhlükəsizliyini təmin etmək və bölgələrdə işsizliyi aradan qaldırmaq üçün kompleks tədbirlər görülür
16.02.2013 [09:48]
Prezident İlham Əliyev: O sahələrə verilən kreditlərin həcmi artmalıdır və elə etməliyik ki, yaxın illərdə Azərbaycan özünü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etsin və bu, tarixi nailiyyət olacaqdır
Ötən 20 il ərzində sosial-iqtisadi və siyasi sahədə aparılan düşünülmüş islahatların məntiqi nəticəsi olaraq Azərbaycan bu gün dinamik inkişaf edən ölkələr arasında özünəməxsus yerə malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın nəinki regionun, dünyanın dinamik inkişaf edən ölkəsi kimi nüfuzu daha da artırıb. Son dövrlərdə dünyada gedən qlobal proseslər də ölkəmizin dayanıqlı inkişafını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut edir.
Qeyd etmək lazımdır ki, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların, Bakı və Bakıətrafı qəsəbələrin inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsiz olduğu kimi, öz növbəsində respublikamızın ümumi iqtisadi inkişafı bölgələrimizin inkişafını əsaslandıran böyük həcmli proqramların icrasına da şərait yaradır. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bir sözlə, regionların inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları məhz Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir.
Ərzaq təhlükəsizliyi məsələləri uğurla həll edilir
Məlum olduğu kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Milli təhlükəsizliyin tərkib hissələrindən biri olan ərzaq təhlükəsizliyi müəyyən keyfiyyət standartları çərçivəsində əhalinin qida məhsullarına olan tələbatının fasiləsiz, uzunmüddətli və dayanıqlı şəkildə ödənilməsini təmin edən tədbirlər kompleksidir. Müstəqillikdən sonra ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsinə olan diqqət daha da artıb. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları, habelə hazırda icra olunan “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına müsbət təsir edib. Xüsusən də, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər bu sahənin inkişafında vacib təkan rolunu oynayıb. Dövlət Proqramında ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlərin görülməsi nəzərdə tutulub. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ölkədə səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə də əsaslı islahatlar reallaşdırılıb.
Hazırda əsas ərzaq məhsulları üzrə daxili tələbatın ödənməsi aşağıdakı kimidir: ət və ət məhsulları 92 faiz səviyyəsində, quş əti 88, yumurta 96, bitki yağları 70, kərə yağı 50, süd və süd məhsulları 73, taxıl 65, üzüm 94 faiz, kartof istehsalı təxminən 100, bostan məhsulları 100, meyvə-giləmeyvə 126, tərəvəz 99, duz 71 faiz səviyyəsində olub. Cari il üçün isə analoji olaraq göstəricilərin 95, 93, 100, 75, 52, 78, 70 (50 iri fermer təsərrüfatlarının yaradılması nəticəsində 100 faizə çatacaq), 96, 100, 104, 130, 108, 75 faiz təşkil edəcəyi nəzərdə tutulub.
Əhalinin etibarlı ərzaq təminatının başlıca şərtlərindən biri makroiqtisadi sabitliyə əsaslanan davamlı inkişafın əldə olunması və əhalinin gəlirlərinin fizioloji normalara əsaslanan tələbatının ödənilməsini təmin etməsidir. Son beş ilin iqtisadi göstəricilərinin təhlili göstərir ki, Azərbaycan bu illər ərzində nəinki makroiqtisadi sabitliyi qoruyub saxlayıb, hətta iqtisadi artıma görə dünyanın aparıcı ölkələrindən birinə çevrilib. Əlavə edək ki, ötən ilin iyulunda İngiltərənin “Economist İntelligence Unit” araşdırma mərkəzinin tərtib etdiyi ərzaq təhlükəsizliyi reytinqinə əsasən Azərbaycan 105 ölkə arasında 67-cidir. Reytinq ərzaq bolluğu, insanların yüksək gəlirləri, başqa mal və məhsullarla müqayisədə ərzağa daha az pul xərclənməsi, kənd təsərrüfatı sahəsində elmi-tədqiqat və inkişafa böyük sərmayə yatırılması meyarlarına əsaslanıb.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, əslində, bəzi pozisiyalar istisna olmaq şərtilə biz ərzaq təhlükəsizliyi məsələlərini həll edə bildik: “Bu da böyük və tarixi nailiyyətdir. Bundan sonrakı illərdə, harada ki, hələ biz özümüzü təmin edə bilmirik, o sahələrə xüsusi diqqət verilməlidir, İqtisadi İnkişaf Nazirliyi bunu bilir. O sahələrə verilən kreditlərin həcmi artmalıdır və elə etməliyik ki, yaxın illərdə Azərbaycan özünü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etsin və bu, tarixi nailiyyət olacaqdır. Bayaq qeyd etdiyim kimi, biz ixrac imkanlarını da araşdırmalıyıq və xarici bazarlara ixrac məhsulları ilə çıxmalıyıq”.
Dövlət fermerləri dəstəkləyir
Dövlət tərəfindən aqrar sahədə infrastruktur layihələrinin davamlılığı, kənd təsərrüfatı sahəsinə dövlətin qayğısının artırılması, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də, kreditlərin verilməsinin surətləndirilməsi kənd təsərrüfatının inkişafına müsbət təsirini göstərib. Hazırda Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı da sürətlə inkişaf edir. 2012-ci ildə kənd təsərrüfatı sahəsində 5,8 faiz artıma nail olunub, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilib.
Ümumilikdə, 2003-2012-ci illərdə aqrar sektor 1,4 dəfə, heyvandarlıq məhsullarının istehsalı isə 3,4 dəfə artıb. Sahibkarlara Kömək Milli Fondunun xətti ilə 2003-cü ildən 15 mindən çox sahibkara 936 milyon manat güzəştli kredit ayrılıb. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 104 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb.
Həmçinin, intensiv metodlara əsaslanan aqrar sektorun formalaşdırılmasına yönələn siyasət çərçivəsində həyata keçirilən dövlət dəstəyi tədbirləri, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün soyuducu anbar infrastrukturunın inşası öz nəticəsini verib, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə səbəb olub.
Dövlət başçısının iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı tapşırığına əsasən Ağcabədi və Beyləqan rayonlarında pilot taxılçılıq təsərrüfatı yaradılıb. Bu layihə çərçivəsində həm də taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları istehsalı zavodu və aqroservisin yaradılması da nəzərdə tutulur və layihələrdə əsasən məcburi köçkün və yerli sakinlər işlə təmin olunur. Növbəti addım olaraq Cəlilabad, Beyləqan, Şamaxı və Hacıqabul rayonlarında da taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə zəruri işlərə başlanılıb. Həmçinin, ötən il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilən 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlayıb ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən, 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 iri taxılçılıq və 5 meyvə-tərəvəz emalı müəssisələridir. Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə ötən il ərzində Hövsanda süd emalı zavodu, və Ağstafa Aqroservis müəssisəsi fəaliyyətə başlayıb. Ölkəmizdə üzümçülüyün inkişaf etdirilməsi istiqamətində işlər görülüb. Ötən il üzüm istehsalı 10,2 faiz artıb.
Dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. İl ərzində kənd təsərrüfatı torpaqlarında 162 min poqonmetrə qədər kollektor-drenaj şəbəkələri, 209 min poqonmetrdən çox suvarma kanalları tikilib və yenidən qurulub. Bununla yanaşı, Şəmkir dəryaçası, Yuxarı Mil kanalı, Taxtakörpü su anbarının tikintisi, Samur-Abşeron kanalının yenidən qurulması davam etdirilib.
Beləlilə, ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb. Hazırda kəndlilər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Məsələyə toxunan Prezident İlham Əliyev deyib ki, biz kənd təsərrüfatını stimullaşdırmaq, ərzaq təhlükəsizliyini təmin etmək və bölgələrdə işsizliyin aradan qaldırılması üçün kompleks tədbirlər görürük: “Fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilmişdir və bu gün də biz bu güzəştləri qüvvədə saxlayırıq. Baxmayaraq ki, artıq 20 ilə yaxın vaxt keçir və fermerlər də artıq ayağa durdular, böyük imkanlara malikdirlər. Azərbaycan da çox böyük inkişaf yolu keçmişdir. Ancaq biz bu güzəştləri qüvvədə saxlayırıq, hesab edirəm ki, bu, düzgün siyasətdir. Hər bir dövlət fermerləri dəstəkləməlidir. Hər bir dövlət subsidiyaları verməlidir. Biz də bunları edirik. Bizim verdiyimiz subsidiyalar, həm də kreditlər çoxşaxəlidir”.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12

