Azərbaycan Bolqarıstanınenerji təhlükəsizliyinin əsas təminatçısına çevrilir
16.11.2024 [09:45]
“SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” Avropa regionunda enerji bağlantısını daha da möhkəmləndirəcək
Noyabrın 13-də Prezident İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşü çərçivəsində “SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” imzalanıb. Sənəd iki ölkə arasında iqtisadi və enerji sahəsində əməkdaşlığın növbəti mərhələyə yüksəlməsi üçün dərin zəmin yaradır. Eyni zamanda, hər iki ölkə bərpaolunan enerji sahəsində də yeni əməkdaşlıq layihələrinə xüsusi diqqət yetirir və dövlət başçılarının görüşündə “yaşıl enerji” layihələrinin perspektivləri müzakirə olunub. “SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bu ölkənin daha dayanıqlı qaz təminatını möhkəmləndirəcək, SOCAR Bolqarıstanın milli enerji korporosiyalarının əsas müttəfiqinə çevriləcək. Qeyd edək ki, “Asarel Energy” Bolqarıstanın qaz təchizatı sistemində operator kimi bu ölkənin paylayıcı və ötürücü qaz şəbəkələrinə nəzarət edir, qaz tədarüklərini həyata keçirir. Şirkətin SOCAR-la əməkdaşlığı çərçivəsində Bolqarıstanın qazla təmin edilməyən bölgələrinin qazlaşdırılması layihəsi icra ediləcək ki, bu da ölkənin enerji təhlükəsizliyinin möhkəmlənməsində əsaslı rol oynayacaq. Azərbaycan SOCAR-ın timsalında Bolqarıstanın milli qaz sənayesinin əsas qarantına çevriləcək.
Bolqarıstanın qaz təchizatının 50 faizindən çoxu Azərbaycanın payına düşür
Azərbaycan Bolqarıstanın enerji təminatında mühüm və həlledici tərəfdaşa çevrilib. Bolqarıstanın dövlət başçısı Rumen Radev dəfələrlə bildirib ki, Azərbaycan onun ölkəsinin enerji-yanacaq təchizatında ən etibarlı tərəfdaşdır və çətin günlərdə köməyinə çatıb. Belə ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Şərqi Avropada qaz nəqli xətlərində yaranan böhranın fəsadları Bolqarıstana da ciddi mənfi təsirlərini göstərdi və həmin günlərdə bu ölkənin enerji böhranından xilas edən yeganə qaz mənbəyi Azərbaycan oldu. Respublikamız bolqar xalqının şaxtalı qış günlərində yanacaq sıxıntısı yaşamasına imkan vermədi.
2022-ci ilin noyabr ayında Azərbaycan qazını Bolqarıstana nəql edən Yunanıstan-Bolqarıstan qaz interkonnektorun işə düşməsindən sonra Cənub Qaz Dəhlizi Mərkəzi və Şərqi Avropaya birləşib və enerji diversifikasiyası bütün region və Avropa üçün böyük əhəmiyyət daşıyıb, Azərbaycan qazının Bolqarıstana ixracı isə əhəmiyyətli dərəcədə artıb. 2023-cü ildə 1 milyard 250 milyon kubmetr qaz nəql edilib ki, bu, əvvəlki illə nisbətdə 650 milyon kub metr çoxdur. Nəticədə bu ölkənin enerji təhlükəsizliyi Azərbaycanın hesabına daha da möhkəmləndi, Bolqarıstanın qaz təminatının 50 faizindən çoxu Azərbaycan qazı hesabına formalaşdı. Hazırda imkanlar daha da böyüyür və cari ilin sonu, növbəti ilin əvvəllərində Azərbaycan qazının Bolqarıstan bazarında payının 70 faizə çatması gözlənilir. Bundan əlavə, 2023-cü ilin sonunda Bolqarıstan Türkiyə ilə hökumətlərarası saziş imzalayaraq Türkiyənin yeraltı qaz anbarlarında yaz-yay mövsümündə qazın saxlanılması və onun payız-qış mövsümündə idxalına dair razılıq əldə edib. Türkiyənin yeraltı qaz anbarlarının yaradılmasında və təchizatında da Azərbaycan aparıcı yer aldığından faktiki olaraq Bolqarıstanın əlavə ehtiyacları da Dövlət Neft Şirkətinin (SOCAR) baş podaratçı olduğu həmin layihə çərçivəsində həll ediləcək. Bu baxımdan, Bolqarıstanın enerji təminatı birbaşa Azərbaycanın imkanları və şaxələndirilmiş enerji siyasəti sayəsində tənzimlənməkdədir.
Azərbaycan “Həmrəylik Halqası”nda öz imkanlarını artırır
Bolqarıstanın sənaye və əlavə daxili istehlak tələbatlarının artması nəzərə alınaraq qarşıdakı illərdə yanacağın digər qismlərinin də tankerlərlə daşınan Azərbaycana məxsus maye qaz hesabına təmin olunması istisna edilmir. COP29 sammiti çərçivəsində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Rumen Radev yeni əməkdaşlıq imkanlarından bəhs edərkən yanacağın şaxələndirilməsi imkanlarına işarə edib. Yəni, rəsmi Sofiya bütünülüklə özünün yanacaq-enerji komplekslərini, sənaye təchizatlarını Azərbaycanın resursları hesabına dayanıqlı şəkildə təmin etməkdə qərarlıdır. Bunun da başlıca səbəbi ölkəmizin etibarlı və sadiq tərəfdaş, enerji dostu olması ilə bağlıdır.
Azərbaycan-Bolqarıstan enerji əməkdaşlığı, Şərqi Avropanın digər regionlarına da yanacağın şaxələnməsi üçün əlverişli imkanlar açır. Belə ki, TAP nəql sisteminin bir hissəsi olan Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun növbəti axıcı qolları Bolqarıstan-Serbiya və Bolqarıstan-Rumıniya interkonnektorlarıdır ki, bu infrastrukturlar vasitəsilə Azərbaycan qazının Serbiya və Rumıniyaya nəqli də gerçəkləşmiş olur. 2 il əvvəl Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Slovakiya və Azərbaycan qazın bu bölgədə şaxələndirilməsini təmin edən “Həmrəylik halqası” layihəsi ilə bağlı memorandum imzalayıb. “Həmrəylik Halqası” Azərbaycan qazının mərhələlərlə Şərqi Avropanın bütün nöqtələrinə çatdırılmasını nəzərdə tutur. Həmin memoranduma əsasən, Serbiya bir neçə aydır ki, bu şəbəkədən qaz əldə edərək TAP ailəsinə qoşulub, Rumıniya isə ilin sonunda bu şəbəkədən faydalana bilər. SOCAR və Rumıniyanın enerji şirkəti “Romgaz S.A.” arasında qaz tədarükü haqqında ötən il imzalanmış müqavilənin icrası üzrə texniki-hüquqi işlər yekunlaşmaqdadadır və yaxın aylarda Azərbaycandan Rumıniyaya 1 milyard kubmetr qazın nəqli nəzərdə tutulur.
Beləliklə, Azərbaycan və Bolqarıstan arasında enerji və iqtisadi əməkdaşlığın dinamikasını artırmaqla yanaşı, TAP regionda qaz təchizatı təhlükəsizliyini? təkmilləşməsinə və Avropanın enerji bağlılığının daha da möhkəmlənməsinə töhfə verəcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

