Qeyri-bank təşkilatları üçün yeni qaydalar
28.11.2024 [09:21]
BOKT-ların nizamnamə kapitalının artırılması kiçik və orta biznesin kredit təminatında mühüm rol oynayacaq
Mərkəzi Bankın (MB) təsdiqlədiyi “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”na əsasən, qeyri-bank qurumları olan sözügedən kredit qurumlarının (BOKT) nizamnamə kapitalı tələbinin 3 dəfədən çox artırılması tələbi qoyulub. Yeni qaydalar mikromaliyyə sektorunun tənzimlənməsinə, təşkilatların fəaliyyətinin daha da təkmilləşdirilməsinə, keyfiyyətin artırılmasına, korporativ idarəetmənin inkişafına hədəflənib. Həmçinin, BOKT sektorunda risklərin sığortalanması sistemini təmin etməklə onların etibarlılığını artırmaq, biznesə kredit ötürücülüyündə fəallığını təşviq etmək məqsədi daşıyır.
BOKT-ların sayı bankların sayını iki dəfə üstələyir
Hazırda BOKT-ların nizamnamə kapitalının həcmi təxminən 230 milyon manat təşkil edir, cəmi kapital portfeli isə 460 milyon manatdan çoxdur. Həmçinin, bu maliyyə qurumlarının kredit qoyuluşu 688 milyon manata bərabərdir. Ümumi götürdükdə, onların kapital resursları banklardan dəfərlərlə azdır, ölkə üzrə ümumi kredit portfelindəki payı cəmi 2 faiz təşkil edir. Ancaq buna baxmayaraq, bank olmayan kredit qurumlarının sayı 50-dən çox olmaqla bankların sayını iki dəfə üstələyir, hətta bu gün elə BOKT var ki, banklarla güclü rəqabət aparmaq gücünə malikdir, bölgələrdə çoxsaylı filalları fəaliyyət göstərir və filial sayı bəzi banklardan çoxdur. Təxminən 5 BOKT-un 20-35 arasında regional filalları var ki, bu da bir neçə bankın filial sayını üstələyir.
Ancaq öz portfelinin genişləndirmək üçün BOKT-ların kifayət qədər imkanları var, xüsusilə də bölgələrdə böyük müştəri kontingenti formalaşıb. Bölgələrdə fəaliyyət göstərən BOKT-lar kənd təsərrüfatı, bağçılıq, kiçik fermer təsərrüfatları, mikro və kiçik biznes subyektləri üçün ən sərfəli maliyyələşmə ünvanıdır. Bu qurumların girov mexanizmi də banklardan müəyyən qədər yumşaqdır, BOKT-lar daha çox qızıl-zinət əşyalarının girovu ilə kredit verir ki, bölgədə çalışan kiçik sahibkarlar üçün də bu əlçatanlıq baxımından sərfəli sayılır. Eləcə də hazırda rayonlarda yaradılan ailə kəndli təsərrüfatlarına verilən kreditlərin də əsas təchizatçısı BOKT-lardır.
Yeni imkanlar- müştərilərə kredit hesabının açılması, kredit kartlarının emissiyası
Bu kontekstdən yanaşdıqda maliyyə bazarında böyük maliyyə təchizatçısı institutu kimi BOKT-ların iqtisadiyyatın real sektorlarının kreditləşməsində və biznes üçün əsas mənbələrdən birinə çevrilməsində daha aktiv fazaya keçidinin vaxtı çoxdan yetişib. Çünki ölkə iqtisadiyyatı böyüyür, biznesin sayı və maliyyə ehtiyacları da artır. Yeni inkişaf meyarları biznes sektorunun ildə milyardlarla manat kredit tələbatının qarşılanmasını ehtiva edir. Dövlətin öz güzəştli maliyyə təminatı siyasəti, eləcə də, kommersiya banklarının yerli resursları hesabına ayırdığı kreditlərin həcmi yenə də biznesin tələbatını ödəmir. Ona görə də, qeyri-bank qurumlarının da bu prosesdə fəal rol olması təşviq edilir.
Ümumiyyətlə, Mərkəzi Bank tərəfindən yürüdülən siyasət bank olmayan kredit təşkilatlarının fəaliyyətinin genişlənməsinə yol açmaqdadır. Bir müddət əvvəl “Bank olmayan kredit təşkilatları haqqında” qanuna edilmiş dəyişikliklər nəticəsində BOKT-lara müştərilərə kreditlərin verilməsi üçün hesabın açılması, kredit kartlarının emissiyası kimi hüquqlar verilib. BOKT-lar banklarla müqavilələr əsasında “co-brend” kartlar olan adsız kartlardan istifadə edirdisə, hazırda kart emissiya etmək hüququ əldə etmək hüququ qazanıb. Yaxın vaxtlarda onların Mərkəzi Bankda müxbir hesabının açılması təmin edildikdən sonra kart emissiyasına da başlanılacaq və nəticədə bu qurumların kapital bazarlarına inteqrasiyası genişlənəcək. Həmçinin məsafədən bankçılıq, məsafədən kreditləşmədə BOKT-lara müəyyən səlahiyyətlərin verilməsi müştərilərlə əlaqəsini artıracaq.
Yeni prudensial çərçivə kredit risklərini də sığortalayacaq
Yeni prudensial çərçivə BOKT sektorunda risklərin sığortalanması ilə yanaşı, həm də bu sahədə rəqabətin gücləndirilməsini də təmin edəcək. BOKT-ların nizamnamə portfelinin böyüdülməsi ümumilikdə ölkə üzrə kredit portfelinin də həcminin böyüməsinə səbəb olmaqla, sahibkarlıq sektorunun tələbatlarının qarşılanmasında yeni sağlam bünövrə yarada bilər. Xüsusilə də vətəndaşlara ayrılan kreditin maksimal məbləğinin BOKT-un nizamnamə kapitalının həcminə uyğun müəyyən edilməsi, kredit faiz dərəcələrinin təkmilləşməsində də dəyişikliklərə səbəb olacaq. Nizamnamə kapitalının artırılması, həmçinin mikrokreditlərin də həcminin artımını təşviq edəcək.
Beləliklə, yeni prudensial tənzimləmə sayəsində BOKT-ın kapital resursları portfeli böyüməklə maliyyə bazarlarında daha güclü və sağlam struktura çevrilməsi mümkün olacaq, sahibkarlıq sektoru ilə koordinasiyasını formalaşdıracaq. Xüsusilə də kiçik və orta biznesin maliyyə ehtiyaclarının ödənilməsində qeyri-bank təşkilatlarının əlverişli və əlçatan mikrokredit təchizatı zəncirinin qurulmasını təmin edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

