D-8 “İslam doqquzluğu”na çevrilir
24.12.2024 [08:52]
Azərbaycanın bu təşkilata üzv olması ölkələr arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya potensiallarını böyüdəcək
Məlum olduğu kimi dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. Bu, olduqca mühüm siyasi-iqtisadi hadisə olmaqla, Azərbaycanın yürütdüyü unikal diplomatiyanın növbəti uğuru kimi səciyyələndirilə bilər. Bu, eyni zamanda, regional və qlobal təşkilatlarda ardıcıl olaraq öz layiqli yerini tutan respublikamıza tərəfdaş ölkələrin dərin etimad və etibarının təzahürüdür.
“İslam Səkkizliyi” adlanan D-8 formatı siyasi nüfuzu ilə yanaşı, həm də böyük iqtisadi potensiala malik təsisat kimi mühüm statusa malikdir. Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda qurulan, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və hazırda Azərbaycanı öz sıralarında birləşdirən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı faktiki olaraq bundan sonra “İslam doqquzluğu”na çevrilmiş olur. Təşkilat regionda qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Şərqlə Qərb arasında iqtisadi-ticari körpü, nəqliyyat və kommunikasiyaların vəhdətində bu qurumun təsiretmə imkanları böyükdür. Təşkilatın birləşdirdiyi ölkələrdə 1,2 milyard insan yaşayır, iqtisadiyyatlarının həcmi 4 trilyon dollardır. Eyni zamanda, üzv ölkələrin ümumini ticarətlərinin həcmi 1,8 trilyon dollar təşkil etməklə, ümumdünya ticarətində 5 faiz paya malik olduğunu təsdiqləyir.
Azərbaycanın qoşulmasından sonra D-8-in iqtisadiyyatının dəyəri ən azı 100 milyard dollar, ticari mübadilənin həcmi 50 milyard dollar artmış olacaq. Eyni zamanda, sərmayələrdə və regional yük daşınmalarında, logistika mübadilələrində də əhəmiyyətli dinamika yaranacaq.
D-8-ə qoşulmaq Azərbaycana nə vəd edir?
Öncə vurğulayaq ki, rəsmi Bakı qlobal və regional təşkilatlara hansısa siyasi maraqlar bucağından yox, iqtisadi mənafe və bərabərhüquqlu təmsilçiliyə əsaslanan tərəfdaşlıq, qarşılıqlı etimad və anlaşma, inteqrasiya rakursundan yanaşır. Respublikamız indiyə qədər üzv olduğu və yaxud tərəfdaş kimi cəlb edildiyi bütün təsisatlarda yalnız səmərəverici və faydalı əməkdaşlıq töhfələri ilə yadda qalıb, Avropa və Asiya ölkələrinə, Qoşulmama Hərəkatına üzv dövlətlərə enerji və qeyri-enerji ixraclarında iqtisadi həmrəyliyə əsaslanan müsbət dinamikalar gətirib. Həmçinin, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatında hər zaman nümunəvi addımları ilə yeni baxış və məzmun gətirib, sivilizasiyalararası dialoqa, humanitar əməkdaşlığa, sülh təşəbbüslərinin təşviqinə töhfə verib. Bütün platformalara açıq ölkə kimi Azərbaycan nümunəvi iqtisadi davranışı ilə hörmət və etibar qazanıb.
Bu baxımdan, D-8 təşkilatı Azərbaycanın qlobal dünya ilə balanslaşdırılmış və çoxşaxəli siyasətinin müsbət nəticələrini, eləcə də artan resurs və tranzit imkanlarını nəzərə alaraq bu ailənin üzv olmasını yeni şans və fürsət kimi dəyərləndirir. D-8-də təmsil olunmaq Azərbaycan yaxın tərəfdaşları ilə iqtisadi əlaqələri yeni mərhələyə qaldırmaq, həm ikitərəfli, həm də regional və beynəlxalq çərçivədə təmasları artırmaq, mübadilələri intensivləşdirmək üçün dərin zəminlər yaradır. Azərbaycanın onsuz da D-8 ölkələrinin hər biri ilə ikitərəfli və beynəlxalq qurumlar çərçivəsində çox yaxşı münasibətlərə malikdir. Ancaq bu qurumda öz layiqli yerini aldıqdan sonra iqtisadi dinamika üçün əlavə qapılar açılmış olacaq.
Xüsusilə də təşkilatın lider iqtisadi gücü olan Türkiyə ilə Azərbaycan iqtisadi-ticari dövriyyəni durmadan artırır, digər tərəfdaş ölkələrlə müxtəlif iqtisadi güzəşt və ticarət razılaşmaları əsasında əmtəə mübadilələrini böyüdür. Azərbaycan və Türkiyənin enerji, nəqliyyat, ticarət və digər sahələrdə əlaqələrinin genişlənməsi təkcə iki ölkə arasında iqtisadi inkişafa deyil, həm də D-8 coğrafiyasında yer alan ölkələrin də rifah və iqtisadi həmrəyliyinin möhkəmlənməsi üçün nümunəvi formatın yaradılmasına səbəb olacaq. Bir sözlə, yeni hədəflərin gerçəkləşməsində D-8 alternativ platforma kimi əsaslı stimullar yaradacaq.
Nəticə etibarilə Azərbaycan bu klubda öz iqtisadi resurs coğrafiyasını genişləndirəcək, Asiya, Orta Şərq və Şimal-Qərbi Afrikaya qədər geniş coğrafi ərazilərdə iqtisadi proqramlarının əhatəsini böyüdəcək. Eyni zamanda, ölkəmizin bu təşkilatın üzvləri ilə ticarət əlaqələrini diversifikasiya etmək, yeni bazarlar və sərmayə imkanları tapmaq üçün axtarışları da müsbət nəticə verəcək.
Azərbaycan regionun iqtisadi-nəqliyyat coğrafiyasını da yeniləyəcək
Azərbaycan D-8 çərçivəsində qlobal nəqliyyat tranzitlərini də əlaqələndirməkdə yeni fürsətlər əldə edə bilər. Bu alyansın bir çox üzvü böyük tranzit daşıyıcılığı potensialına malikdir, İran Şimal-Cənub nəqliyyat dəhlizinin müəlliflərindən biridir. Nəzərə alsaq ki, bu qlobal dəhlizə inteqrasiya prosesləri son ildə daha da güclənib, layihə Orta və Mərkəzi Asiya ölkələri üçün də xüsusi maraq doğurur. Dəhlizə qoşulan Hindistan əlavə daşınmalara inteqrasiya üçün yeni qovşaqlar inşa edir. Eləcə də Pakistan və digər ölkələrin də marağı böyükdür. Pakistanın Rusiyadakı səfiri Məhəmməd Xalid Camali bildirib ki, sözügedən dəhlizə qoşulmaq üçün müvafiq iqtisadi-hüquqi prosedurlar başlayıb. Rəsmi İslamabad Şimal-Cənub dəhlizi ilə hazırda potensial 1 milyard dollar dəyərində ticarət daşınmalarını təmin etməkdədir, ticarət həcmlərini daha da artırmaq imkanlarları nəzərdən keçirilir. Ümumiyyətlə, Pakistan bölgədəki bütün transkommunikasiya xətlərinin iqtisadi səmərəliliyinə xüsusi önəm verir və Orta Dəhlizə də inteqrasiyanı dəstəkləyən ölkələrdən biridir.
Türkiyə və Azərbaycanın xüsusi strateji qərar tutduğu Orta Dəhlizin beynəlxalq transkommunikasiya arteriyası kimi böyüməsi gələcəkdə Orta Şərq və Afrika regionun da dəniz nəqliyyatlarının inteqrasiyasını sürətləndirə bilər. Bu baxımdan Misir, Nigeriya və digər ölkələrin də qlobal tranzitlərə çıxışı üçün fürsətlər açılmış olardı.
Beləliklə, Azərbaycanın genişşaxəli dəhlizlər formatı bu ölkələrin strateji maraqları ilə üst-üstə düşdüyündən bölgədəki kommunikasiyaların hərəkətliliyində də yeni impulslar yaranacaq. Şübhəsiz, D-8 formatında yer alan ölkələr həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində sıx əməkdaşlığı gücləndirməklə İslam dünyasının iqtisadi-logistika potensialını bir zəncirdə birləşdirməyə və “İslam doqquzluğu” geonəqliyyat coğrafiyasında strateji qərarlar vermək gücünü təmin etməyə nail olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28

