Sahibkarlığın inkişafı dövlətin xüsusi diqqət mərkəzindədir
25.04.2013 [15:10]
Azərbaycan öz dinamik iqtisadi tərəqqisinə görə dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Belə ki, həyata keçirilən rasional iqtisadi strategiyanın fonunda müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, kompleks səciyyəli iqtisadi islahatların həyata keçirilməsi, iqtisadi subyektlərin fəaliyyət mexanizminə əlverişli şəraitin yaradılması və digər bu kimi istiqamətlər prinsipial vəzifələr kimi müəyyən edilib. Eləcə də, Azərbaycan dövləti bütün bu vəzifələrin öhdəsindən layiqincə gələrək milli inkişafı ən yüksək səviyyədə təmin edir.
Eyni zamanda, ardıcıl surətdə həyata keçirilən rasional iqtisadi islahatlar da Azərbaycan iqtisadiyyatının dinamik inkişafını şərtləndirən mühüm amillərdən biri kimi çıxış edir. Belə ki, ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu da bütövlükdə, milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Təsadüfi deyil ki, beynəlxalq maliyyə institutları da ölkəmizin iqtisadi inkişafını, reallaşdırılan tədbir və islahatları yüksək qiymətləndirirlər. O da qeyd edilməlidir ki, vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar ümummilli inkişafın təcrübi gerçəkliklərini təşkil edir. Qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər də milli iqtisadiyyatımızın tərəqqisində əhəmiyyətli strateji faktor kimi çıxış edir.
Bütün bunların fonunda milli iqtisadi inkişafı təmin edən mühüm faktorlardan biri olan sahibkarlığın inkişafı da dövlətimizin diqqət mərkəzindədir. Ümumilikdə, sahibkarlığın inkişafı özəl sektorun tərəqqisinə əhəmiyyətli töhfələr verir və bu amil öz növbəsində ölkə iqtisadiyyatının dinamik inkişafının davam etməsində mühüm rol oynayır. Dayanıqlı iqtisadi sistemin formalaşmasında və dinamik inkişaf əldə etməsində altqurum institutu kimi mühüm rola malik olan sahibkarlıq fəaliyyəti təkcə iqtisadi tərəqqiyə təkan verən faktor kimi çıxış etmir, eyni zamanda, sosial rifah halının yaxşılaşmasında əhəmiyyətli vasitə rolunu oynayır. Başqa sözlə, Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və sair sosialyönümlü problemlərin həlli sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan sahibkarlığın inkişafı üçün hər cür şəraitin mövcud olduğu ölkədir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. 12 fevral 2013-cü il tarixində Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd etmişdir: “Həm bölgələrdə, həm böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Bizim seçdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur”.
Bununla yanaşı, bölgələrdə sahibkarlıq fəaliyyətinə malik olan subyektlər dövlət tərəfindən maliyyə dəstəyi alırlar ki, bu da sahibkarlar üçün xüsusi stimul mənbəyi kimi çıxış edir. Bu məqsədlə fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu bölgələrdə sahibkarlıq subyektlərinin fəaliyyətinin maliyyə cəhətdən dəstəklənməsində aparıcı rola malikdir. Məlumat üçün qeyd etmək lazımdır ki, bu günədək Fondun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kredit verilib. Bununla yanaşı, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dəstəklənən investisiya layihələrinin sayı ötən illə müqayisədə 57,1 faiz, verilən güzəştli kreditlərin məbləği isə 53 faiz artıb.
Sadalananlarla yanaşı, ölkəmizdə əlverişli sərmayə mühitinin mövcud olması, sərmayədarların hüquqlarının qorunması sahibkarların çoxşaxəli fəaliyyətinə dəstək və təkan verir.
Sirr deyil ki, sahibkarlıq fəaliyyəti hər zaman öz çevikliyi, yeniliyi, istehsalatda və müəssisələrin idarə edilməsində yeni üsulların, müasir texnologiyaların istifadəsinə meyil etməsi, yüksək rəqabətliliyi və istehlakçı tələbatına tez uyğunlaşması ilə səciyyələnir. Bu isə qeyd etdiyimiz kimi, iqtisadiyyatın çoxşaxəli inkişafını stimullaşdırır, iqtisadi tərəqqinin, bir növ, altqurumu kimi çıxış edir.
Bir məqama xüsusi olaraq toxunmaq gərəkdir ki, ölkəmizdə sahibkarlığın inkişafını təmin edən faktorlar çoxkomponentlidir və sadalananlarla yanaşı, bir sıra faktorlar da sahibkarlığın inkişafında yardımçı vasitələr qismində çıxış edir. Məsələn, bölgələrdə infrastrukturun yüksək tələblərə cavab verəcək səviyyədə yenidən qurulması, müasir standartlar əsasında yolların çəkilməsi, fasiləsiz enerjinin verilməsi, bir sıra rekonstruksiya tədbirləri və digər quruculuq işləri sahibkarların fəaliyyətini asanlaşdırır, yeni müəssisələrin, obyektlərin fəaliyyətinə əlverişli şərait yaradır.
Bunlarla yanaşı, ayrı-ayrı sektorlarda təxirəsalınmaz effektiv tədbirlər planının hazırlanması və icra mexanizmlərinin formalaşdırılması, həmçinin, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi sahibkarlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə bir nümunəyə istinad etmək məqsədəmüvafiq olar: belə ki, yerli istehsalın artması xarici ölkələrlə ticarətdə müsbət saldoya təsir etməklə yanaşı, ölkədə məhsul bolluğu yaradır ki, bu da əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi anlamına gəlir. Sahibkarlara maliyyə dəstəyi ayrılarkən, ilk növbədə, iqtisadiyyatın indiki dövrdə inkişaf etdirilməsinə daha böyük tələbat olan sahələr hədəf seçilir. Bu baxımdan, qarşıya qoyulan məqsədlərdən biri, yəni, ərzaq məhsullarına olan tələbatın daxili istehsal hesabına tam ödənməsi və ərzaq təhlükəsizliyinin tam təmin olunması üçün bu sahəyə xüsusi diqqət ayrılır.
Strateji səciyyə daşıyan digər bir məsələ budur ki, özəl sektorun inkişafı və sahibkarlıq fəaliyyəti bir-biri ilə sıx bağlıdır. Ümumiyyətlə, Azərbaycanda özəl sektor çoxşaxəlidir və onun ölkə iqtisadiyyatındakı çəkisi sürətlə artır. Özəl sektorun ümumi daxili məhsuldakı payının artıq 83 faizə çatması sahibkarların fəaliyyətinə verilən dəyərin göstəricisi olmaqla yanaşı, bu sektorun tərəqqisinə təkan verən mühüm strateji amildir. Məhz bütün bunların qanunauyğun nəticəsi kimi, bu gün Azərbaycanda sahibkarlıq inkişaf dinamikasına malikdir və özəl sektor öz məhsulları ilə daxili bazarı təmin edir, eyni zamanda, bu məhsulların ixrac potensialı da ilbəil artır.
Qeyd etmək lazımdır ki, ölkəmizdə sahibkarlığın inkişafına zəmin yaradan ən mühüm faktorlardan biri də bu sahədə qanunvericilik bazasının və təkmil hüquqi mexanizmlərinin mövcud olmasıdır. Belə ki, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi özəl sektorun struktur elementi olan sahibkarlığın inkişafına hüquqi dəstəyin mövcud olmasını göstərməkdədir.
Lakin bütün bunlarla yanaşı, bəzi neqativ hal və tendensiyalar sahibkarlığın inkişafına mane olan süni əngəl kimi çıxış edir. Bu sırada bir sıra məmurların fəaliyyəti, xüsusilə, qeyd edilməlidir. Belə ki, məmurlar bəzi hallarda sahibkarlığın inkişafına mane olan hallara yol verirlər ki, bu həm yerlərdə sahibkarlıq subyektlərinin fəaliyyətinin səmərəliliyini aşağı salır, həm də ölkəmizin ümumi iqtisadi inkişafına təsir edən neqativ faktor qismində çıxış edir. Heç şübhəsiz, bu, dövlətin sahibkarlığın inkişafına yüksək səviyyəli diqqət və qayğısına zidd haldır və yolverilməz durum kimi səciyyələndirilməlidir.
Cari ilin fevral ayının 12-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən dövlətimizin başçısı bu məsələyə toxunaraq qeyd edib ki, sahibkarlığa dəstək ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir: “Mən daim sahibkarlarla görüşürəm, həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı, bəlkə də, indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Belə hallar vardır. Deyə bilmərəm ki, bu, belə geniş vüsət alıbdır, amma var və buna son qoyulmalıdır. Sahibkarlığın inkişafı dövlət siyasətidir və yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə, bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır. Onlardan qanunsuz tələbdə olan şəxslər öz cəzasını alacaqdır. Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”.
Dolayısıyla, hər bir məmur və bütövlükdə müvafiq dövlət qurumları sahibkarlığın inkişafına dəstək verməli, bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətə uyğun addımlar atmalıdır. Məhz bu, sahibkarlığın, bütövlükdə isə milli iqtisadiyyatımızın tərəqqisinə əhəmiyyətli töhfələr verəcəkdir.
Nəticə etibarilə, sahibkarlığın inkişafı dövlətin diqqət mərkəzindədir. Azərbaycan dövləti sahibkarlığın, xüsusən də, bölgələrdə orta və xırda sahibkarlığın inkişafına maddi və mənəvi dəstək göstərməklə siyasi iradə nümayiş etdirir. Məhz bu amil iqtisadiyyatın dinamik inkişaf tempinin mütəmadi xarakter daşımasını şərtləndirir. Prezident İlham Əliyevin çıxışlarında mütəmadi olaraq sahibkarların fəaliyyətinə verdiyi önəmi vurğulaması, onların problemlərini dilə gətirməsi və sahibkarlığın inkişafı üçün lazım olan tapşırıqlar verməsi sahibkarlara böyük stimul verir, bu isə nəticə etibarilə sahibkarlığın inkişafına təkan və töhfə kimi çıxış edir.
NURLAN QƏLƏNDƏRLİ,
“Avromed” şirkətinin dəstəyi ilə “Xalq qəzeti” və “Kaspi” qəzetlərinin Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə keçirdiyi “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı” istiqaməti üzrə yazı müsabiqəsinə təqdim olunur
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12

