İnflyasiya riski yoxdur
23.01.2025 [10:51]
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Mərkəzi Bankın (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25 faiz, eyni zamanda müvafiq olaraq, faiz dəhlizinin aşağı həddi 6,25, yuxarı həddi isə 8,25 faiz səviyyəsində dəyişməz saxlanılıb. Yəni, MB 2024-cü il dekabrın 18-də açıqladığı sonuncu qərarından sonra uçot siyasətində yenə də dəyişiklik etməyib. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2 faiz) olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
Xarici sektor göstəriciləri əlverişlidir
Mövcud qərar onu göstərir ki, MB uçot və faiz dərəcələrinin parametrlərində heç bir dəyişiklik etmədən sabit pul siyasəti yürüdülməsini prioritet hesab edir.
Sabit uçot dərəcəsi siyasəti ilə bağlı qərarlar ona dəlalət edir ki, ölkəmizdə inflyasiya amilləri nəzarət edilən səviyyədədir və artım riski yoxdur.
Uçot dərəcələrinin müəyyənləşməsində xüsusi rol oynayan inflyasiyanın mövcud çərçivəsinin formalaşmasına bir neçə amil ciddi təsir göstərir ki, onlardan biri olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. 2024-cü ildə tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında 5,5 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. Bu şəraitdə 2024-cü ildə valyuta bazarında sabitlik qorunub, Mərkəzi Bankın keçirdiyi bütün hərraclarda valyutaya tələb tam qarşılanıb. 2024-cü ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollar təşkil edib. Cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit (5,5 milyard dollar) 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir.
Yeri gəlmişkən, 2025-ci il yanvarın 2-də kommunal sektorda bəzi tariflərin tənzimlənməsi ilə bağlı qərarın inflyasiyaya artırıcı təsirinin cari il üzrə 0,5 faiz bənd təsirinin olacağı ehtimal edilir.
Cari ildə inflyasiya 5,5 faiz ehtimal edilir
İnflyasiya ilə bağlı həm Azərbaycan hökumətinin, həm də beynəlxalq institutların gözləntiləri ümidvericidir. Niderlandın “ING Group” analitik tədqiqat şirkətinin bu günlərdə dərc etdiyi hesabatda 2025-ci ildə 4,7 faiz, 2026-cı ildə isə 4,5 faiz səviyyəsində proqnozlaşdırılır. “ING Group” 2025-ci ilin sonunadək uçot dərəcəsini? 7,25 faiz səviyyəsində qalacağını da ehtimal edir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5 faiz, 2025-ci ildə 3,9 faiz təşkil edəcək. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, qiymət indeksi cari ildə 3,5 faiz, 2025-ci ildə 5 faiz, növbəti illərdə isə 4 faiz olacaq. Dünya Bankının proqnozlarında isə inflyasiyanın 2024-cü ildə 3 faiz, 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 4 faiz təşkil edəcəyi qeyd olunur. “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin iyun ayında açıqladığı yeni sənəddə Azərbaycanda 2024-cü il üzrə orta illik inflyasiyanın 2,9 faiz səviyyəsində proqnozlaşdırıldığı, 2025-2027-ci illərdə isə orta illik inflyasiya gözləntilərinin 3-4,2 faiz olacağı bildirilir.
Mərkəzi Bankın proqnozlarına görə, 2025-ci ildə inflyasiya 5,5 faiz, 2026-cı ildə isə 3,8 faiz səviyyəsində fərz edilir.
Risk faktorları nəzərə alınacaq
Bütün bu sabit gözləntilərə baxmayaraq, inflyasiya ilə mübarizə tədbirləri prioritet faktor kimi diqqətdə saxlanılacaq və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumlar bu prosesə cəlb edəcək. MB-nın rəhbəri bildirib ki, qarşıdakı dövrdə inflyasiya göstəricisi xarici və daxili amillərdən asılı olacaq. İnflyasiya bizim gözlədiyimiz istiqamətdə davam edərsə, yəni inflyasiya hədəf diapozonunda və daha aşağı səviyyələrdə formalaşarsa, bu zaman Mərkəzi Bank öz pul siyasətini yumşaltma istiqamətində fəaliyyəti nəzərdən keçirəcək.
Bununla yanaşı, MB inflyasiya hədəfinə nail olunması ilə bağlı mümkün risklərin reallaşması halında müvafiq şəkildə reaksiya verəcək. Qanunvericiliklə müəyyən olunmuş mandatına uyğun olaraq qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək.
Bu onu deməyə əsas verir ki, Mərkəzi Bank mövcud monetar şərtlər çərçivəsində anti-inflyasiya tədbirlərinə dəstəyini davam etdirəcək, eyni zamanda inflyasiyanın hədəf diapozonu daxilində saxlanılması və inflyasiya gözləntilərinin sabitləşdirilməsi üçün hökumətlə koordinasiyalı şəkildə fəaliyyətini davam etdirməyi düşünür.
Uçot dərəcəsi ilə bağlı növbəti qərarlar yenə də xarici və daxili amillərə uyğun olaraq müəyyənləşəcək. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat mart ayının əvvəllərində açıqlanacaq. Bu dövr ərzində uçot dərəcəsi xarici bazarlar, ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq qərar veriləcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57

