Ümumdünya Ticarət Təşkilatına üzvlüyün bir addımlığında...
25.01.2025 [10:39]
Azərbaycan təşkilatın 19 üzvü ilə danışıqlar aparır
Azərbaycan ABŞ, Avropa İttifaqı (Aİ), Norveç, İsveçrə, Rusiya, Çin, Kanada, Hindistan, Malayziya, İndoneziya, Cənubi Koreya, Argentina, Braziliya, Səudiyyə Ərəbistanı daxil olmaqla, ümumilikdə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) 19 üzvü ilə mallar və xidmətlər üzrə danışıqlar aparır. İqtisadiyyat Nazirliyindən bildirilib ki, bundan başqa, bir sıra üzv dövlətlərdən daxil olan sualların cavablandırılması istiqamətində müvafiq işlər görülür. ÜTT-yə üzvlüyü çərçivəsində ikitərəfli danışıqlarda mal nomenklaturu üzrə idxal tarifləri və müxtəlif xidmət sektorları üzrə bazara çıxış məsələləri, çoxtərəfli danışıqlarda isə ticarət rejimi, o cümlədən, texniki tənzimləmə və s. məsələlər müzakirə olunur.
Bir müddət əvvəl ölkəmizdə səfərdə olan ÜTT-nin baş direktoru Nqozi Okonyo-İveala da ölkəmizdə əlverişli işgüzar mühit və investorlar üçün yaradılan imkanları müsbət dəyərləndirərək Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməsi fonunda bu təşkilata üzvlüyünün yaxın vaxtlarda gerçəkləşəcəyini bildirib.
Rəqabət Məcəlləsi ÜTT-yə üzvlük üçün yeni imkanlar açır
Ümumdünya Ticarət Təşkilatı ilə sıx əməkdaşlıq Azərbaycanın iqtisadi siysətində hər zaman ilk yerlərdən birini tutub və 1995-ci ildən bu mötəbər qurumla sıx əməkdaşlıq edirik. Əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasından ibarət olan ÜTT-yə üzvlük üçün ölkəmiz ötən dövrdə iqtisadi-hüquqi addımlar adıb, çoxtərəfli ticarət danışıqlarını həyata keçirib. Respublikamız 1997-ci ildə ÜTT-yə üzv olmaq niyyətini əks etdirən müraciəti ÜTT Katibliyinə təqdim edib və həmin il ÜTT katibliyində ölkəmiz üzrə İşçi Qrup yaradılıb. İndiyə qədər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı bir neçə iclas keçirilib və üüzvlük prosesi çərçivəsində ABŞ, Avropa İttifaqı, Rusiya, İsveçrə, Tailand, Braziliya, Yaponiya ilə mallar və xidmətlər üzrə ikitərəfli danışıqlarda razılaşmalar əldə olunub. İkitərəfli danışıqlar nəticəsində bir neçə ölkə ilə protokallar imzalanib.
Hazırda öz qanunvericiliyini ÜTT tələblərinə uyğunlaşdıran ölkəmiz 10-dan artıq hüquqi sənədi təkmilləşdirib, gömrük qanunvericiliyini tam optimallaşdırıb. Yeni qəbul edilmiş Rəqabət Məcəlləsi isə artıq Azərbaycanın ÜTT-yə üzv olmasını tam yaxınlaşdırıb.
Orta Dəhliz - qlobal ticarət üçün yeni qapı
Hazırda Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarət icması da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasında xüsusi təşəbbüskarlıq göstərir, dəstək verir. Bundan başqa, Azərbaycan sərhəd-keçid sistemində ən müasir texnologiyalar tətbiq edərək gömrük rejimini asanlaşdırır, qlobal ticarət tərəfdaşları ilə gömrük dərəcələrinin aşağı salınması istiqamətində addımlar atır. Bir çox ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər imzalayır. Asan ticarətin ən təşviqedici aləti olan Preferensial Ticarət Sazişlərini imzalamaq üçün bir çox ölkələrlə danışıqlar aparır. 2021-ci ildə ilk dəfə olaraq qardaş Türkiyə ilə qarşılıqlı ticarətdə yeni yol açan Preferensial Ticarət Sazişinin qüvvəyə minməsi iqtisadi və ticari əlaqələrdə gömrük rejiminin sadələşdirilməsini təmin edib və bir neçə mal qrupu üzrə gömrük dərəcələrinin azalmasına gətirib çıxarıb. Belə sazişlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur ki, bu da ÜTT-nin maraqlarına tam cavab verir.
Gömrük Tranzit Portalı ticarəti asanlaşdırır
Ötən ilin sonlarında yaradılan Transxəzər Gömrük Tranzit Portalı da bu strateji hədəflərin bir hissəsidir və beynəlxalq ticarətin asanlaşmasına xidmət edir. Tranzit Portalı xidmətləri asan və şəffaf bir pəncərədə birləşdirən sistem olmaqla, yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında daşınmalar üçün səmərəli nəzarətə şərait yaradan rəqəmsal qovşaqdır. Nəticədə, görülən bütün işlər məhz Ümumdünya Ticarət Təşkilatının tövsiyələrinə tam uyğundur və bu qurumun asan ticarət tələbləri ilə üst-üstə düşür.
Beynəlxalq ticarətdə öz yerini möhkəmləndirmək, ixrac coğrafiyasını daha da genişləndirmək Azərbaycanın yeni iqtisadi hədəflərində də ön sırada yer alır. Milli İxrac Strategiyasına əsasən, Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, yeni bazarların araşdırılması, ixracın stimullaşdırılması və təşviqi istiqamətində sistemli və kompleks tədbirlər, həmçinin yeni xarici ölkə bazarlarının tapılması və ixrac istiqamətlərinin coğrafi hüdudları müəyyən edilib. “Milli ixrac strategiyası” 15-dən çox hədəf bazarını və 120 çeşid ixrac məhsulunu müəyyən edir. Həmçinin xarici ölkələrə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan sahibkarların fəaliyyətinin təşviq edilməsi, “Made in Azerbaijan” və “İnvest in Azerbaijan” ixrac portalları üzrə sifarişlərin daha qlobal ticarət şəbəkələrinə inteqrasiyasının təkmilləşdirilməsi, iri investorların Azərbaycana gətirilməsi və qeyri-neft istehsalı sahələrinə cəlbi məqsədilə yeni iqtisadi alətlərin tətbiqi strategiya sənədinin əsas prioritetləri sırasında yer alır.
Beləliklə, qlobal nəqliyyat daşınmalarının əsas coğrafi koordinatlarından birinə çevrilən Azərbaycan həm də beynəlxalq ticarətin axınlarını təmin etməyə hazırlaşır. Bu yeni reallıqlar ölkəmizin ÜTT-yə üzvlüyünü labüdləşdirib.
ELBRUS
Xəbər lenti
Hamısına baxMEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31

