Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bu il ölkəmizdə 2,8 milyon ton taxıl istehsal olunacağı proqnozlaşdırılır

Bu il ölkəmizdə 2,8 milyon ton taxıl istehsal olunacağı proqnozlaşdırılır

11.07.2013 [14:05]

Azərbaycanda taxıla olan tələbatın daxili imkanlar hesabına təmin olunması üçün bütün lazımi tədbirlər görülür
Hazırda ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ərzaq təhlükəsizliyinin təminatı, rəqabət qabiliyyətli yerli məhsul istehsalı və daxili bazarın idxaldan asılılığının aradan qaldırılması məqsədyönlü siyasətin əsas istiqamətlərindəndir.
Bu gün dövlət tərəfindən aqrar sahədə infrastruktur layihələrinin davamlılığı, kənd təsərrüfatı sahəsinə dövlətin qayğısının artırılması, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də, kreditlərin verilməsinin sürətləndirilməsi aqrar sahənin inkişafına müsbət təsirini göstərib.
Bütövlükdə, ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. Xüsusilə, son bir neçə ildə dünyada enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətləri artmağa başlayıb, bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Belə bir dövrdə Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Həmçinin, müharibə şəraitində olan bir ölkə üçün ərzaq təminatının həll olunması olduqca vacibdir. Bu baxımdan ərzaq təhlükəsizliyi məsələsinə dövlət daim diqqət və qayğı ilə yanaşır.
Bütövlükdə, ölkəmizdə əhalinin kənd təsərrüfatı məhsullarına, o cümlədən, strateji məhsul sayılan taxıla olan tələbatının təminatı üçün bütün lazımi tədbirlər görülüb. Belə ki, respublikamızda uğurla davam etdirilən aqrar islahatlar nəticəsində getdikcə artan kənd təsərrüfatı məhsullarının saxlanması, tədarükü və satışının təşkilində də ciddi struktur dəyişiklikləri baş verib, ölkənin müxtəlif bölgələrində müasir tipli taxıl və soyuducu ambar kompleksləri tikilib və bu istiqamətdə işlər davam etdirilir. Bundan əlavə, əkin sahələrinin genişləndirilməsi, əkin sahələrinə xidmət göstərmək məqsədilə yeni aqroservis müəssisələri yaradılır. Artıq dövlət başçısının tapşırığı ilə iri fermer təsərrüfatlarının yaradılmasına başlanılıb. Bütün bunlar isə taxılın məhsuldarlığının artırılması və idxalın azaldılmasına əhəmiyyətli təsir edəcək.
Daha öncə xəbər verildiyi kimi, ötən ay Azərbaycanda taxıl biçini mövsümünə start verilib. Qeyd edək ki, 2013-cü il üçün ölkədə istehsal olunacaq taxılın ümumi həcmi 2,8 milyon ton proqnozlaşdırılır. Bu barədə, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev açıqlamasında bildirib. Onun sözlərinə görə, may ayının sonu, iyun ayının əvvəlindən etibarən respublikanın aran - Hacıqabul, Sabirabad, Kürdəmir və s. taxılçılıq rayonlarında taxıl biçininə start verilib. Ümumilikdə, 2013-cü ilin məhsulu üçün payızlıq əkin sahəsi 997 min hektar təşkil edir. Onun 307 min hektarı arpa, qalan hissəsi isə buğdadan ibarətdir. Payızlıq dənli və dənli-paxlalı bitkilərin əkin sahəsi respublika üzrə qarğıdalısız 1 milyon 27 min hektar təşkil edir.
KTN-dən verilən məlumata görə, ötən ayın əvvəlinə kimi 23 min 693 hektar sahə biçilib və biçilən sahənin əsasını arpa təşkil edib. Bütövlükdə, 57 min ton məhsul istehsal olunub. Hər hektardan məhsuldarlıq 24,1 sentner təşkil edib. Yığım keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çox olub. KTN mütəxəssislərinin proqnozlarına əsasən, respublika üzrə 2,8 milyon ton taxıl istehsalı gözlənilir ki, bunun da 1,8 mln. tonunu ərzaq buğdası təşkil edəcək.
Rayonlar üzrə bölgüyə gəlincə isə, təkcə Ağstafa rayonunda cari ilin məhsulu üçün 11 min 748 hektar sahədə taxıl becərilib. Bunun 9 min 437 hektarı buğda, 2 min 311 hektarı arpa zəmiləridir. İndiyədək 846 hektar arpa, 1521 hektar isə buğda zəmisinin məhsulu biçilib. Ümumilikdə, 6035 ton məhsul toplanıb. Buğda və arpa zəmilərində hər hektarın orta məhsuldarlığı 25,5 sentner təşkil edir. Zaqatala rayonunda isə taxıl biçinini iyulun 20-dək başa çatdırmaq planlaşdırılıb. İyulun əvvəllərinədək 8 min 683 hektar sahənin taxılı biçilib, zəmilərdən 20 min 231 ton məhsul götürülüb. İstehsal olunmuş məhsulun 8 min 388 tonu arpa, 11 min 843 tonu isə buğdadır. Hər hektardan orta məhsuldarlıq 23,3 sentner təşkil edir. Hələlik biçilməmiş 3 min hektara yaxın taxıl sahəsi qalıb.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda taxıl biçini kampaniyası başa çatmaq üzrədir. Cari ilin məhsulu üçün Tərtərdə 16 min 615 hektar sahədə taxıl becərilib ki, bunun 13 min 932 hektarı buğda, 2,683 hektarı arpa zəmiləridir. İndiyədək 16 min 063 hektarda biçin aparılıb, 52 min 250 ton taxıl tədarük edilib. Məhsulun 43 min 456,5 tonu buğda, 8 min 796,7 tonu arpadır. Məhsuldarlıq hər hektardan orta hesabla 32,5 sentner təşkil edir.
Cari ilin məhsulu üçün Tovuzda 9 min 179 hektar sahədə taxıl becərilib. Bunun 8 min 924 hektarı buğda, 255 hektarı arpa zəmiləridir. Arpa biçini yekunlaşıb və sahibkarlar 255 hektar sahədən 676 ton məhsulu götürüblər. Buğda zəmilərinin isə 600 hektarında biçin aparılıb, sahələrdən 1710 ton məhsul tədarük olunub. Buğda zəmilərində məhsuldarlıq hər hektarda orta hesabla 28,5 sentner, arpa zəmilərində isə 26,5 sentner təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 sentner çoxdur.
Əlavə edək ki, Ağcabədi və Beyləqan rayonları ərazisində 4800 hektar sahədə yaradılmış və ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ-Taxıl” MMC-də buğda biçini davam edir. Təsərrüfatda aqrotexniki qaydalara əsaslanmaqla becərmə aparılıb və yüksək məhsul əldə edilib. Hər hektardan orta hesabla 50 sentnerdən artıq məhsul götürülür.
SEVİNC

Paylaş:
Baxılıb: 1384 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31