Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bu həftə Azərbaycan qazı Suriyaya nəql olunacaq

Bu həftə Azərbaycan qazı Suriyaya nəql olunacaq

30.07.2025 [13:27]

Bu həftə Azərbaycandan nəql olunan qazı Suriyaya tədarük edəcəyik.

AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.

“Azərbaycanla SVOP razılaşması imzalamışıq. Bununla da Azərbaycandan ixrac olunan qazı Kilis üzərindən Suriyaya, Dəməşqə ixrac edəcəyik. Avqustun 2-də Azərbaycan, Suriya və Qətərdən olan həmkarlarım ilə bu mərasimi Kilisdə rellaşdıracağıq”, - deyə türkiyəli nazir qeyd edib.

Alparslan Bayraktar onu da əlavə edib ki, nəql olunacaq qaz Suriyanın elektrik enerjisinin istehsalında istifadə olunacaq: “Suriyaya ixrac olunacaq 6 milyon kubmetr qaz ilə gündəlik 1200 meqavat həcmində elektrik enerjisi istehsalını həyata keçirmək mümkün olacaq. Beləliklə, Suriyadakı mövcud enerji təsisatlarını yanacaqla təmin etmiş olacağıq. Bununla da Suriyada hazırda gün ərzində mövcud olan 3-4 saatlıq elektrik enerjisi verilişi, 10 saata qədər artırılacaq. Bu, insanların həyatına müsbət təsir göstərəcək”.

Paylaş:
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31