Yeni strateji Yol Xəritəsi...
28.08.2025 [10:34]
Azərbaycan-ABŞ birgə investisiya platforması yaradılır
Avqustun 26-da Nazirlər Kabinetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında çıxış edən Mikayıl Cabbarov Azərbaycan-ABŞ münasibətlərinin perspektivlərindən danışarkən bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın tamamilə yeni ge?işməzmunlu səhifəsi açılıb. Azərbaycanın dövlət başçısının avqustun 8-də ABŞ-a səfəri çərçivəsində imzalanan Çərçivə Sazişi və şirkətlər arasında əldə edilən anlaşmalar iqtisadi sahədə ikitərəfli münasibətlərin yeni strateji yol xəritəsini müəyyənləşdirir.
30 ildə 19 milyard dollara yaxın investisiya
Azərbaycan-ABŞ iqtisadi və ticarət əməkdaşlığının uzun illərdir ki, yüksələn xətlə inkişaf etdiyini xatırladan M. Cabbarovun sözlərinə görə, iqtisadi əlaqələrin müqavilə-hüquq bazasını ötən dövrdə imzalanmış 87 sənəd təşkil edir. 2007-ci ildə əməkdaşlığın institutsional mexanizmi kimi yaradılan Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyası birgə təmasların inkişafında müstəsna rol oynayıb. Komissiyanın sonuncu (4-cü) iclası 2019-cu ilin mayın 17-də Bakıda keçirilib və həmin dövrə qədər qarşıya qoyulmuş prioritetlər üzrə müsbət nəticələrə nail olunub. Bu təşəbbüslər dövlətlər arasında əmtəə mübadilələrinin davamlı artmasına səbəb olub və 2024-cü ildə Azərbaycan-ABŞ ticarət dövriyyəsinin dəyəri 1,7 milyard dolları təşkil edib. ABŞ Azərbaycanın xarici ticarət dövriyyəsində 5-ci , o cümlədən idxalında 4-cü, ixracında isə 24-cü yeri tutur.
Ötən illərdə tərəflər arasında investisiya dinamikası hər il artımla irəli gedib. ABŞ şirkətləri üçün investisiya cəlbediciliyini qoruyub saxlayan Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə irihəcmi sərmayələr yatırılıb. Ötən 30 ildə ABŞ Azərbaycana, ümumilikdə, 18,9 milyard dollar, o cümlədən neft-qaz sektoruna 17,4 milyard dollar, qeyri-neft-qaz sektoruna isə 1,5 milyard dollar investisiya yönəldib. Ölkəmizin kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət sahələrində 300 Amerika şirkət qeydiyyata alınmaqla, onlardan 220-si aktiv fəaliyyətini davam etdirir.
Azərbaycan ABŞ-ın 10 müttəfiqini qazla təmin edir
İki ölkə arasında ötən əsrin əvvəllərindən möhkəm təməli qoyulmuş enerji əməkdaşlığı yeni müstəviyə qədəm qoyur. 1994-cü ildən Azərbaycanın əzmkar enerji diplomatiyasını qətiyyətlə dəstəkləyən və “Əsrin müqaviləsi”ndə və sonrakı sazişlərdə nəhəng şirkətləri ilə (“Exson”, “Mobil”, “Chevron”) təmsil olunan ABŞ Şərq-Qərb enerji dəhlizlərinin formalaşmasında birmənalı mövqeyi ilə ölkəmizin strateji tərəfdaşı olub. Habelə, BTC, TANAP, TAP kəmərlərinə siyasi dəstək verən güc mərkəzlərdən biri kimi ABŞ bu layihələrin sülh və rifah, əsil enerji həmrəyliyi dəhlizlərinə çevrilməsində dəstəkverici siyasətini davam etdirib. Donald Trampın birinci prezidentlik dövründə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində verdiyi dəstək Azərbaycanın ABŞ üçün önəmli strateji əməkdaş olduğunu təsdiqləyib və yeni enerji bumu Azərbaycanın və Vaşinqtonun regionda müştərək iqtisadi-enerji maraqlarını tam legitimləşdirib. Belə ki, Azərbaycanın hazırda təbii qazla təmin etdiyi 10 dövlət məhz ABŞ-ın müttəfiqləridir ki, bu amil olduqca mühüm geosiyasi əhəmiyyət daşıyır.
Həmçinin Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilərək Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq kommunikasiya alyansı yaradır. Azərbaycanın bu geoiqtisadi və coğrafi mövqeyinin əhəmiyyətliliyi Transxəzər-Qərb nəqliyyat habını formalaşdırır. Bu isə Vaşinqton tərəfindən yüksək dəyərləndirilir.
Ümumiyyətlə, rəsmi Bakının yürütdüyü daxili və xarici siyasətin, həm Azərbaycan, həm də Qərb və ABŞ-ın maraq və prinsiplərinə tam cavab verməsi, Azərbaycanın Qafqaz regionunda və Xəzərətrafı bölgədə malik olduğu geostrateji mövqe və iqtisadi əhəmiyyət də əlavə olunmaqla, ABŞ-ın strateji tərəfdaş kimi Bakı ilə münasibətlərini möhkəmləndirir.
“EXIM Bank”ın qeyri-enerji və innovasiyalara böyük sərmayə planları
Regionda strateji layihələrin birgə maliyyələşdirilməsi üçün Azərbaycan və ABŞ arasında birgə investisiya platformasının yaradılması təklif edilir. Yeni əməkdaşlıq gündəliyinə uyğun olaraq “Exson” və “EXIM Bank” qeyri-ənənəvi neft yataqlarında hidrogen istehsalını tədarük etmək niyyətindədir. Bankla imzalanmış sənəd Azərbaycanın qeyri-enerji və “yaşıl enerji”yə keçid, translogistika və innovasiya layihələrinə maliyyə dəstəyi göstərmək üçün innovativ alətlər təqdim edəcək. “EXIM Bank” və “SpaceX” kosmik texnologiyalar, süni intellekt, yeni sənaye quruculuğu transferi sahəsində aparıcı dəstəyini göstərəcək. ABŞ şirkətlərinin Azərbaycanın bərpaolunan enerji sektoruna da böyük marağı böyükdür və bu istiqamətdə fəal məsləhətləşmələr aparılır.
İkitərəfli münasibətlərdə fəal yer almağa çalışan biznes icmaları da səmərəli layihələr üzərində çalışır. Məsələn, Azərbaycan Milli Biznes Assosiasiyası ABŞ-ın aparıcı 10 şəhərində nümayəndəliklərini açmağı planlaşdırır ki, bu təşəbbüs hər iki ölkənin investorları və sahibkarları arasında dayanıqlı iqtisadi platforma deməkdir. ABŞ şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində digər sahələrə investisiya qoyması üçün də imkanlar böyükdür.
Beləliklə, çoxistiqamətli əməkdaşlıq platformaları Azərbaycan iqtisadiyyatına ABŞ şirkətlərinin yeni axınlarına və ticarət-iqtisadi əlaqələrin yüksək səviyyəyə yüksəlməsini təmin edəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

