3,2 milyard dollardan çox...
19.09.2025 [10:32]
Birinci yarımillikdə Azərbaycan iqtisadiyyatına xarici investisya qoyuluşları artıb
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi təxminən 3,2 milyard dolları ötüb. Mərkəzi Bankın Statistika departamentinin rəhbəri Samir Nəsirov bildirib ki, ölkəmizin iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrin sırasında ilk yerdə 806 milyon dollarla Böyük Britaniya dayanır. İkinci yerdə qəralaşan qardaş Türkiyənin Azərbaycana yatırımları 629 milyon dollar təşkil edib. Kipr 353 milyon dollar, İsveçrə 226 milyon dollar, İran isə 176 milyon dollar investisiya yönəldib.
Hesabat dövründə Azərbaycanın özü potensial investor dövlət qismində ölkələrin iqtisadiyyatına 3,4 milyard dollar yatırım edib. Ölkəmizin ən çox investisiya qoyduğu ölkə İsrail (542 milyon dollar) olub. Azərbaycan birinci yarımillikdə Türkiyəyə 177 milyon dollar, Birləşmiş Ərəb Əmirliklərinə 156 milyon dollar, Gürcüstana və ABŞ-a isə ayrı-ayrılıqda 77 milyon dollar sərmayə yatırıb.
Sağlam və münbit investisiya iqlimi
Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının artmasında ən mühüm amillərdən biri ölkədə təmin edilmiş sağlam və münbit investisiya mühitidir. Bu istiqamətdə respublikamızda həyata keçirilən hüquqi və institusional islahatlar mühüm rol oynamaqdadır. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən, ölkə iqtisadiyyatına investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu ssenariyə uyğun olaraq biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlər görülüb ki, bu da xarici sahibkarlaın fəaliyyətində yeni mərhələnin başlanmasına səbəb olub.
Son 20 ildə 170 milyard dollar həcmində xarici investisiya
İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunların qəbul edilməsi, Rəqabət Məcəlləsinin qüvvəyə minməsi sərmayə cəlbediciliyini artırıb.
Azərbaycan hökumətinin bir sıra xarici ölkələrlə ikiqat vergi tutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalaması da investisiya qoyuluşunu təşviq etməkdədir. Azərbaycan beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb ki, həmin dövlətlərin investorlarının ölkəmizin iqtisadiyyatında potensial sərmayədar kimi xüsusi payı artmağa başlayıb.
Beləliklə, qeyd edilən təşviqedici tədbirlər, dövlətin xarici investorlara olan dəstəyi biznes sektorunun və beynəlxalq maliyyə qurumlarının Azərbaycana olan investisiya marağını yüksəldir. Ümumilikdə, 2003-2024-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi təxminən 320 milyard dolları təşkil edib ki, onun 170 milyard dolları xarici investisiyalardır.
Azərbaycanın investisiya reytinqi “BBB” səviyyəsinə yüksəlib
Məhz bu tədbirlər sayəsində Azərbaycanın beynəlxalq miqyasda investisiya cəlbedicliyi yüksəlib. “Standart & Poor’s” və “Moods” reytinq agentlikləri Azərbaycanın investisiya və kredit reytinqini artıraraq “BB+” səviyyəsinə qaldırıb. Eyni zamanda, “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “pozitiv” proqnozu ilə “BBB” səviyyəsində təyin edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investitorlarının daim diqqət mərkəzindədir.
Beynəlxalq Valyuta Fondu (BVF) dünya ölkələrində investisiya cəlbedicliyi mühiti ilə bağlı 2024-cü ilə dair hesabatında Azərbaycanı ən yaxşı ölkələr qrupunda qərarlaşdırıb. Belə ki, ölkəmiz ən yaxşı investisiya mühitinə malik “Top-7”qrupunda yer alıb. BVF-nin reytinqində xarici investorlar üçün əlverişli münbit iş şəraitinin yaradılması, bütün hüquqi təminatlarla əhatə olunması təqdir edilir.
Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mindən artıqdır. Təkcə, 2024-cü ildə Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin təxminən 900-ü xarici investisiyalı şirkətlər olub.
Azad ərazilərdə sərmayəçilər üçün güzəştlər
Azərbaycanın müasir inkişaf gündəliyində əsas investisya sahələri kimi süni intellekt və “yaşıl enerji”yə investisiya cəlb olunması əsas strateji xətt kimi müəyyən edilib. Resurs zənginliyi ilə diqqəti cəlb edən işğaldan azad edilmiş ərazilərə xarici investorların marağı böyük olduğundan çoxsaylı iqtisadi stimullar, güzəştlər tətbiq olunmaqdadır. Dövlət başçısının “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına əsasən, azad ərazilərdə uçotda olan və fəaliyyət göstərən sahibkarlıq subyektləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, eləcə də sosial vergilərdən azad olunublar ki, bu amil həmin bölgəyə xüsusi axınları sürətləndirəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

