İqtisadi münasibətlərdə yeni dövr
26.11.2025 [10:58]
Azərbaycan-Misir Hökumətlərarası Komissiyanın iclasında yeni iqtisadi prioritetlər müəyyənləşdirilib
Qahirədə Azərbaycan-Misir Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclası keçirilib. Komissiyanın həmsədri, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, 2002-ci ilin oktyabrında yaradılmış Hökumətlərarası Müştərək Komissiya ötən illər ərzində müxtəlif istiqamətlərdə iqtisadi-ticari təşviqlərin real nəticələrlə tamamlanmasında fəal rol oynayıb. Komissiyanın fəaliyyətinin nəticəsi olaraq indiyədək ölkələrimiz arasında 60-dan çox sənəd imzalanıb. Həmin sənədlərin icrası isə iqtisadiyyatın bir çox sahələrində, o cümlədən, ticarət və investisiya bölmələrində imkanların üzə çıxarılması və inkişafında, habelə beynəlxalq iqtisadi platformalarda əməkdaşlığın əlaqələndirilməsində mühüm rol oynayıb.
Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Raniyə əl-Maşat bildirib ki, dərin köklərə malik iki dost dövlət arasında əlaqələrin zəngin tarixi var, son illərdə münasibətlər inkişaf edərək dinamik və uzunmüddətli tərəfdaşlıq səviyyəsinə yüksəlib. İqtisadi əlaqələrin intensivləşməsi turizm, xidmətlər, sənaye, tikinti, rabitə, kənd təsərrüfatı, İKT sahələrində müştərək müəssisələrin yaranmasını təmin edib. Hazırda ölkəmizdə misirli iş adamlarına məxsus 35 şirkət fəaliyyət göstərir, ancaq bu, tərəfləri qane etmir, daha çox sərmayə dövriyyəsi və ticarət mübadiləsinin həcminin artmasını vacib hesab edir. Buna görə də tərəflər ticarət əlaqələrinin genişləndirilməsi üçün mövcud potensialı bir neçə dəfə artırmağı planlaşdırır.
Biznes-forum investisiya və işgüzar fəallığı təşviq edir
Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun və Misirin Sərmayə və Azad Zonalar üzrə Baş Qurumunun (GAFI) birgə təşkilatçılığı ilə Biznes-forum keçirilib. Forumda çıxış edən R.Nəbiyev bildirib ki, qeyri-neft və enerji sahəsində tərəflər arasında əməkdaşlıq çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirilir. Azərbaycanın yüksək texnologiyalar parklarında İT şirkətləri üçün tətbiq edilən güzəşt və imtiyazlar misirli sərmayəçilər üçün maraq doğura bilər. Eyni zamanda, Azərbaycanın rəqəmsal məhsullarının Misirə ixracı imkanları genişdir və biznes icmasının üzərinə ciddi vəzifələr düşür. Qeyd edilib ki, SOCAR-ın Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlığı da bölgənin enerji təchizatı və şaxələnməsi üçün əhəmiyyət daşıyır. Əlaqələr turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb.
Biznes-forum çərçivəsində iki ölkədəki investisiya imkanları, Ələt Azad İqtisadi Zonasında, eləcə də Azərbaycanın digər sənaye və texnologiya parklarında tətbiq olunan güzəştlər barədə məlumat verilib, Misir şirkətlərinə ölkəmizə investisiya qoyuluşu imkanlarını nəzərdən keçirmək təklif olunub. Eyni zamanda, vurğulanıb ki, Azərbaycan - Misir Biznes Şurasının fəaliyyətinin aktivləşdirilməsi iki ölkə arasında ticarət əlaqələrinin inkişafına öz töhfəsini verə bilər.
Tranzit potensiallarından birgə istifadə
Raniyə əl-Maşat isə qeyd edib ki, ölkəsinin investorları Azərbaycanla sənaye və texnologiya, əczaçılıq, avtomobil sənayesi, toxuculuq, sement istehsalı, tibbi avadanlıqların hazırlanması sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir. Misir yüksək istehsal imkanları olan sektorlarda, tekstil, emal, yüngül sənaye sahələrində tərəfdaşlığın yeni istiqamətlərini araşdırır və konkret anlaşma sazişləri imzalmaq qənaətindədir. Misirli nazir öz ölkəsinin tranzit, logistika və beynəlxalq bazarlara çıxış üçün əlverişli imkanlara malik olduğunu xatırladar Orta Dəhlizdə strateji mövqeyə malik Azərbaycanı tranzit xətlərini əlaqələndirməyə dəvət edib. Həmçinin Misir şirkətləri yükdaşımalarında Azərbaycanın tranzit potensialından - Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Şimal-Cənub marşrutlarından da yararlana bilər. Misirdə münbit investisiya mühitinin formalaşdığını bildirən nazir Süveyş kanalı İqtisadi Zonası ilə Azərbaycanın iqtisadi zonaları arasında yaxın ticari-investisiya bağlantılarının qurulmasının mümkünlüyünə də diqqət çəkib.
Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası Azərbaycan arasında münasibətlərin inkişafı rəsmi Bakının xarici siyasət kursunda prioritetlərdən birini təşkil edir. Dövlət başçılarının və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri Azərbaycan-Misir münasibətlərinin möhkəmləndirilməsində və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edib, müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb. Həmçinin, Ərəb Ölkələri Liqası və Afrika Birliyi Təşkilatının dünya iqtisadiyyatına inteqtasiyasını sürətləndirən iradəli addımlar atması region dövlətləri, o cümlədən Azərbaycanla münasibətlərin inkişafında yeni mərhələ açıb. 2005-ci ildən Azərbaycanın Ərəb Dövlətləri Liqasında, 2011-ci ildə isə Afrika Birliyində müşahidəçi statusu alması Qahirə ilə münasibətlərin daha da inkişafına əsaslı zəmin yaradıb. İslam həmrəyliyi amili də Azərbaycan-Misir münasibətlərinin İslam Əməkdaşlıq Təşkilatı, BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığının dərinləşməsində mühüm rol oynamaqdadır.
Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib, öz ərazi bütövlüyünü təmin edən respublikamızla yeni quruculuq dövründə birgə addımlar atmaq niyyətini bəyan edib.
Misir iş adamlarının Qarabağda sərmayə niyyətləri
Azərbaycan Prezidentinin 2022-ci ilin noyabrında Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında Misirin dövlət başçısı ilə görüşü, 2023-cü ilin yanvarında Azərbaycanda olan Prezident Əbdülfəttah Əs-Sisi ilə dövlətimizin başçısı İlham Əliyevin görüşü, habelə 2024-cü ilin iyununda Misir Respublikasına rəsmi səfəri münasibətlərin inkişafında yeni səhifə açıb. Səfər zamanı imzalanan sənədlər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına töhfələr verib.
Azərbaycan ilə Misir arasında siyasi-iqtisadi əlaqələrin qarşılıqlı hörmət, dostluq və faydalı əməkdaşlıq əsasında inkişaf edərək müasir çağırışlar əsasında yeni məzmun daşımaqdadır. Bu baxımdan iki ölkənin iş adamları arasında iqtisadi təmasları möhkəmləndirən Biznes-forumun keçirilməsi investisiya və işgüzar fəallığın artmasında təşviqedici rola malikdir. Forumda səslənən fikirlərdən də aydın olur ki, Misir iş adamlarının işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştirak etmək, yaradılan biznes mühitindən, həyata keçirilən “yaşıl enerji” layihələrindən faydalanmaq niyyətləri var.
Azərbaycan-Misir Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclasında bəyan edilən fikirlər bir daha təsdiq edir ki, Azərbaycan-Misir arasında iqtisadi münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub və tərəflər mövcud olan birgə böyük potensialları gücləndirməklə daha geniş iqtisadi-ticarı nəticələrə nail olmağa çalışır. Sözsüz ki, Komissiyanın müəyyən etdiyi yeni prioritetlər bu hədəflərə çatmağa imkan verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19

