2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb
19.12.2025 [12:42]
2025-ci ildə biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən və məşğulluğun təmin edilməsinə öz töhvəsini verən 17 biznes subyektinə “Dayaq” mükafatı təqdim edilib.
2025-ci il üzrə iqtisadiyyatın müxtəlif sektorlarında çalışan ən fəal sahibkarlar mükafatlandırılıb. İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Güc biznesindir” devizi ilə “Dayaq” mükafatının təqdim olunması mərasimi keçirilib. Tədbirdə 300-dən çox iş adamı, startap, biznes assosiasiyaların nümayəndələri, millət vəkilləri və dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sahibkarlığın inkişafının yeni iş yerlərinin yaradılmasına və əhalinin rifah halının yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd edib. O, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildən həyata keçirilən 5 sosial islahat paketi nəticəsində sosial ödənişlərdəki artımları, əmək müqavilələrinin sayının 45% və ya 595 min artdığını, bu artımın 92%-nin özəl sektorun payına düşdüyünü diqqətə çatdırıb. 2018-2025-ci illərdə əməkhaqqı fondunda 3,2 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,6 dəfə artım olduğunu deyən nazir qeyd edilən dövrdə Nazirlik tərəfindən 2,1 milyondan çox şəxsin aktiv məşğulluq tədbirləri ilə əhatə olunduğunu bildirib. Anar Əliyev ölkəmizdə dayanıqlı mexanizmlərə əsaslanan sosial tərəfdaşlıq sisteminin formalaşdığını, bu sistem vasitəsilə işçilərin hüquqlarının qorunması ilə yanaşı, həm də sahibkarların maraqlarının təmin edildiyini, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Sazişin imzalandığını, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın uğurlu fəaliyyətini qeyd edib. O, sahibkarlığa dəstək tədbirlərinin həm vətəndaş rifahının yüksəldilməsinə, həm də iqtisadi inkişafa xidmət etdiyini bildirib, “Dayaq” mükafatına layiq görülən iştirakçıları təbrik edib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 2025-ci ilin iqtisadi mənzərəsi və özəl sektorun inkişaf göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində ölkəmizdə iqtisadi mühit təkmilləşib, sahibkarların rəqabət qabiliyyəti artıb, ölkənin beynəlxalq nüfuzu güclənib və xarici investisiyaların cəlbi üçün əlverişli şərait yaranıb. İqtisadi siyasətin əsas istiqamətlərindən olan qeyri-neft-qaz sektorunun inkişafı nəticəsində bu sahə 2021-2024-cü illərdə hər il orta hesabla 6,7% artıb və onun iqtisadiyyatda payı 68%-ə yüksəlib, hazırda bu rəqəm 70%-dən çoxdur. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsindədir. Son illərdə dövlətin əsas prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına mümkün qədər qısa müddətdə qayıtmasıdır. Dövlət və özəl sektor əməkdaşlığı bu sahədə də özünü müsbət mənada göstərir və bizneslər Böyük Qayıdış prosesində fəal iştirak edirlər.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə çıxışlarında KOB-ların dayanıqlı və davamlı iqtisadi inkişafda artan rolu, dövlət-özəl əməkdaşlığı barədə fikirlərini bölüşüblər.
Sonra 2025-ci ildə uğur qazanmış 17 sahibkarlıq subyektinə “Dayaq” mükafatları təqdim edilib. Sahibkarlar “Azad olunmuş ərazilərdə uğurlu biznes”, “Əlillik məhdudiyyət deyil”, “İlin investoru”, “Uğurlu qadın sahibkar”, “Ölkədə turizmin inkişafı”, “İnnovativ həllər”, “Ekoloji məsuliyyət”, "Uğurlu istehsalçı", “Fəal ixracatçı şirkət”, "Halal biznes", “Yeni nəfəs, yeni görüntü”, "Uğurlu startap", “Milli biznesin beynəlxalq təsir gücü”, “Tekstil – peşəkar fəaliyyət”, “Rabitə xidmətlərinin inkişafı”, “Kənd təsərrüfatında uğur” və “Naxçıvanda uğurlu biznes” nominasiyaları üzrə mükafatlandırılıblar.
Tədbir çərçivəsində “2026: KOB-ların çağırışı” mövzusunda panel müzakirə təşkil olunub. “Ekvita” şirkətinin baş direktoru İlqar Mehtinin moderatorluğunda panel müzakirədə sahibkarlıq ekosistemləri üzrə fəlsəfə doktoru Qənirə İbrahimova, “Times Consulting”in direktoru Elqar Bağırov, “Kapital Bank” ASC-nin Kiçik və Orta Sahibkarlarla İş Departamentinin direktoru Nəsimi Xasıyev, “Hesabat.az”, “CİB Biznes” və “TechLaw.az” layihələrinin təsisçisi Hacıağa Hacı KOB-larla bağlı əsas çağırışlar, yeni imkanlar, dövlət dəstəyi və innovativ yanaşmalar barədə fikir və təkliflərini bölüşüblər.
Eyni zamanda tədbir çərçivəsində KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə KOBİA tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsinin qalibləri təqdim edilib. Qeyd edək ki, KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə indiyədək 7 qrant müsabiqəsi keçirilib. 7-ci qrant müsabiqəsi çərçivəsində 30 KOB subyektinin layihəsinə 525 min manat olmaqla, ümumilikdə indiyədək keçirilmiş müsabiqələr çərçivəsində KOB-ların 129 layihəsinə 2,2 milyon manatdan çox qrant vəsaiti ayrılıb.
Həmçinin tədbirdə 2025-ci ildə uğur qazanmış sahibkarlar uğur hekayələrini bölüşüb, startaplar innovativ layihələrini təqdim edib, sahibkarlıqla bağlı film nümayiş olunub.
Qeyd edək ki, sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfə nəzərə alınaraq, artıq 4 ildir ki, biznes nümayəndələrinə “Dayaq” mükafatı təqdim edilir. KOBİA tərəfindən 2022-ci ildə təsis edilmiş “Dayaq” mükafatının məqsədi iqtisadiyyatın dayağı olan sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznes düşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasında əməkdaşlığın daha da möhkəmləndirilməsidir. Bu mükafat sahibkarların dayanıqlı inkişaf, innovativ yanaşma və sosial məsuliyyət sahəsində yaratdığı dəyəri cəmiyyətə tanıdır. “Dayaq” mükafatı yalnız sahibkarlara təşəkkür deyil, həm də biznesin yeni təşəbbüslərə və daha böyük hədəflərə doğru addımlaması üçün çağırış və dövlətin daima sahibkarın yanında olmasının göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

