Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qızılın qiyməti yeni tarixi rekord həddə çatıb

Qızılın qiyməti yeni tarixi rekord həddə çatıb

23.12.2025 [11:50]

Gələn ilin fevral ayında çatdırılma üçün nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 500 dollar həddini keçib.

AZƏRTAC xəbər verir ki, “Comex” birjasının məlumatına əsasən, Bakı vaxtı ilə saat 04:13-ə olan vəziyyətə görə qızılın bir troya unsiyasının qiyməti 2,57 faiz artaraq tarixi maksimum – 4 500,2 dollar təşkil edib.

Cəmi dörd dəqiqə sonra qızılın qiyməti daha da yüksələrək bir troya unsiyası üçün 4 500,9 dollara çatıb.

Qeyd edək ki, oktyabrın əvvəlində Nyu-York Ticarət Birjasında qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir troya unsiyası üçün 4 000 dollar həddini aşmışdı. Oktyabrın 15-də isə dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti növbəti rekordunu yeniləyərək bir troya unsiyası üçün 4 200 dollar (təxminən 31 qram) səviyyəsini keçmişdi.

Paylaş:
Baxılıb: 379 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30