Vergilər Nazirliyi qlobal vergi əməkdaşlığının fəal iştirakçısıdır
19.12.2013 [09:28]
Mətin Kərimli: Nazirliyin istər beynəlxalq təşkilatlar, istərsə də qabaqcıl dövlətlərin vergi orqanları ilə əməkdaşlıq istiqamətləri ölkəmizin strateji hədəfləri, vergi sisteminin prioritetləri, eləcə də, beynəlxalq vergitutma sahəsində mövcud tendensiyalar nəzərə alınmaqla müəyyən edilir
“Vergilər Nazirliyi son illər qlobal vergi münasibətlərinin fəal iştirakçılarından birinə çevrilib. Əməkdaşlıq etdiyimiz təşkilatların və qurumların coğrafiyası bunu bir daha təsdiq edir. Hazırda nazirliyin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA), Avropa İttifaqı, MDB vergi orqanları rəhbərlərinin Koordinasiya Şurası, Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi (CIAT), BMT, İslam Ölkələrinin Vergi Administrasiyaları Assosiasiyası (ATAIC), Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və digər təşkilatlarla əməkdaşlıq münasibətləri mövcuddur. Nazirliyin istər beynəlxalq təşkilatlar, istərsə də qabaqcıl dövlətlərin vergi orqanları ilə əməkdaşlıq istiqamətləri ölkəmizin strateji hədəfləri, vergi sisteminin prioritetləri, eləcə də, beynəlxalq vergitutma sahəsində mövcud tendensiyalar nəzərə alınmaqla müəyyən edilir”.
Bunu qəzetimizə açıqlamasında Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi Mətin Kərimli deyib. İdarə rəisi onu da bildirib ki, Vergilər Nazirliyinin əsas beynəlxalq tərəfdaşı 2002-ci ildən tamhüquqlu üzvü olduğu IOTA-dır: “Ötən illərdə əməkdaşlarımız müntəzəm olaraq təşkilatın müxtəlif tədbirlərində yaxından iştirak ediblər. Vergilər Nazirliyi IOTA-nın bir neçə mühüm tədbirinə, o cümlədən, “Vergi ödəyicilərinə xidmət”, “ƏDV fırıldaqçılığının aşkarlanması və qarşısının alınması”, “Vergi borclarının idarə edilməsi” işçi qruplarının iclaslarına ev sahibliyi edib. 2013-cü ilin fevral ayında 33 ölkənin nümayəndəsinin iştirakı ilə IOTA-nın Baş Əlaqələndirici Şəxslərinin Forumu da Bakı şəhərində keçirilib. IOTA-nın prezidenti cənab Samuel Tanner ilk dəfə olaraq həmin forumda iştirak edib. IOTA-nın 17-ci Baş Assambleyasının 2013-cü il iyun ayının 27-28-də İsveçrənin Bern şəhərində keçirilmiş iclasında Vergilər Nazirliyi təşkilatın İcraiyyə Şurasına üzv seçilib. Vergilər Nazirliyi MDB ölkələri arasında IOTA-nın İcraiyyə Şurasına üzv seçilmiş ilk vergi administrasiyasıdır”.
Nazirliyin digər mühüm beynəlxalq tərəfdaşı OECD-dir. M.Kərimli deyib ki, bu təşkilatla əməkdaşlıq əsasən 2 struktur - OECD-nin Vergi Məsələləri üzrə Qlobal Şəffaflıq Forumu və Vergi Siyasəti və İnzibatçılığı Mərkəzi vasitəsilə aparılır: “Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan 2013-cü il fevralın 26-da Qlobal Foruma üzv qəbul edilib. Növbəti ildə Qlobal Forum çərçivəsində ölkəmizin milli qanunvericiliyinin şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi prosesi keçiriləcək. Hazırda bu prosesə hazırlıq məqsədilə OECD və Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edirik. Bundan əlavə, qiymətləndirmə prosesinə cəlb olunacaq nazirlik əməkdaşlarının lazımi təlim kurslarında iştirakı təmin olunur. Eyni zamanda, OECD-nin Vergi siyasəti və inzibatçılığı Mərkəzi ilə qurulmuş əməkdaşlıq çərçivəsində 2013-cü il iyunun 10-dan 14-dək Bakı şəhərində ilk dəfə olaraq “Çoxmilli müəssisələrin auditi” mövzusunda seminar keçirilib. Növbəti tədbirin gələn ilin iyun ayında keçirilməsi, eləcə də, əməkdaşlarımızın OECD-nin vergi məsələləri üzrə işçi qruplarının işində iştirakı nəzərdə tutulur. Bununla yanaşı, əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə imzalanması nəzərdə tutulan OECD ilə əməkdaşlıq fəaliyyəti haqqında saziş layihəsi ilə bağlı işi yekunlaşdırmaq üzrəyik”.
Nazirliyin beynəlxalq əməkdaşlığının mühüm istiqamətlərindən biri də MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurası və Vergi (maliyyə) təhqiqat orqanları rəhbərlərinin Koordinasiya Şurasının işində iştirakdan ibarətdir. MDB iştirakçısı olan ölkələrin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 2012-ci ilin iyun ayında Bakı şəhərində keçirilmiş iclasının qərarına əsasən, vergilər naziri Fazil Məmmədov bir il ərzində Şuraya sədrlik edib, Şuranın cari ilin oktyabr ayında Minsk şəhərindəki iclası da məhz Vergilər Nazirliyinin sədrliyi ilə keçirilib.
Açıqlamasında Azərbaycanın son illər ərzində vergi sahəsində bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini də deyən M.Kərimlinin sözlərinə görə, bu ilk növbədə ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir: “Digər tərəfdən isə Vergilər Nazirliyinin nüfuzlu tədbirlərə ev sahibliyi etməsi onun digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən etibarlı və peşəkar tərəfdaş kimi qəbul edilməsinin təsdiqidir. 2013-cü ilin birinci yarısında Vergilər Nazirliyi Avropadaxili Vergi Administrasiyaları Təşkilatının bir Forumuna və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının seminarına ev sahibliyi edib. Bu kimi tədbirlər milli vergi sisteminin tanıdılması ilə yanaşı, əməkdaşlarımıza digər ölkələrdən olan həmkarları ilə geniş fikir və təcrübə mübadiləsi aparmaq imkanı verir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55

