Vergi borclarının məbləği azalır
23.01.2014 [10:24]
Zeynalabdin Məmmədzadə: Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsi tərəfindən borclu vergi ödəyiciləri barədə məlumat bazası yaradılıb və həmin vergi ödəyiciləri müvafiq meyarlar nəzərə alınmaqla risk qrupları üzrə bölüşdürülüb
Ötən il Azərbaycan iqtisadiyyatında və vergi sistemində müsbət tendensiyalar davam edib və sabitlik nümayiş olunub. Vergi orqanlarında idarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının təmin olunması, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması istiqamətində əhəmiyyətli işlər görülüb. Bütün bunlar isə öz növbəsində vergi borclarının azalmasına da öz təsirini göstərib.
Bunu KİV-ə müsahibəsində Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi Zeynalabdin Məmmədzadə deyib. Onun sözlərinə görə, 2014-cü ilin 1 yanvar tarixinə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borclarının məbləği 2012-ci ilin yanvar ayının 1-nə olan məbləği ilə müqayisədə 23,8 faiz, 2013-cü ilin yanvar ayının 1-nə olan məbləği ilə müqayisədə isə 9,0 faiz azalıb. İl ərzində 227 min 480 borclu vergi ödəyicisinin vergi borcları tamamilə ləğv edilib. Cari ilin 1 yanvar tarixinə borclu vergi ödəyicilərinin ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi cəmi 3,4 faiz təşkil edib.
Zeynalabdin Məmmədzadə bildirib ki, ötən il vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən əmlakın siyahıya alınması barədə 60 min 700 sayda qərar açılıb və bu qərarların 86,8 faizi borclar ləğv edildiyi üçün bağlanıb. 2013-cü il ərzində əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 58,1 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib: “Bununla yanaşı, ötən il vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyən 454 borclu vergi ödəyicisində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 286 borclu vergi ödəyicisində qanun pozuntusu aşkar edilib, həmçinin, onlar barəsində 78,3 min manat məbləğində maliyyə sanksiyası və inzibati cərimə tətbiq olunub. Keçirilmiş tədbirlər nəticəsində tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələrin 89,4 faizinin dövlət büdcəsinə ödənilməsi təmin olunub. Göstərilən dövr ərzində borclu fiziki şəxslərin borcları üzrə tələbin onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi prosesi davam etdirilib”.
İdarə rəisinin sözlərinə görə, eyni zamanda, hüquqi şəxslərdə təsisçi kimi çıxış edən fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə 66 borclu fiziki şəxsə qarşı məhkəmələrdə iddialar qaldırılıb: “Həmin iddialar üzrə 49 iş üzrə borc məbləğinin hüquqi şəxsin əmlakındakı payına yönəldilməsi barədə qətnamə çıxarılıb və 8 iş üzrə borc məbləği ödənildiyindən müvafiq məhkəmə qərardadı qəbul olunub. Borc məbləğlərinin qeyd edilən mənbələrə yönəldilməsi barədə görülmüş tədbirlər nəticəsində hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən 1224 borclu fiziki şəxs üzrə 1.022,5 min manat məbləğində borcların dövlət büdcəsinə ödənilməsi təmin edilib”.
“Biz öz fəaliyyətimizdə hər bir borclu vergi ödəyicisinə fərdi yanaşmağa çalışırıq. Bu sahədə səmərəliliyin təmin olunması üçün ilk növbədə, vergi borcunun yaranma səbəbləri araşdırılır, həmin borcun ödənilməsi ilə bağlı vergi ödəyicisinin imkanları dəyərləndirilir və borcun yönəldilməsi üçün mənbələr dəqiq müəyyən edilir. Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsi tərəfindən borclu vergi ödəyiciləri barədə məlumat bazası yaradılıb və həmin vergi ödəyiciləri müvafiq meyarlar nəzərə alınmaqla risk qrupları üzrə bölüşdürülüb”, - deyən Zeynalabdin Məmmədzadə əlavə edib ki, borclu vergi ödəyiciləri barədə məlumat bazasının yaradılması vergi borcunun ödənilməsi istiqamətində daha tez nəticə verə biləcək metodların seçilməsinə, borclu vergi ödəyicilərinin müvafiq risk qruplarına ayrılması isə həmin ödəyicilər üzrə görülmüş və görüləcək işlərə nəzarətin daha da effektiv şəkildə həyata keçirilməsinə köməklik edəcək. Bu məlumatlar Vergilər Nazirliyi tərəfindən hər ay yenilənərək yerli vergi orqanlarına təqdim edilir.
Xəbər lenti
Hamısına baxSiyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10

