Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qaz qurğularının xəritələrindən istifadəyə görə dövlət rüsumu ləğv edilir

Qaz qurğularının xəritələrindən istifadəyə görə dövlət rüsumu ləğv edilir

07.07.2026 [15:25]

Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə dövlət rüsumu ləğv edilir.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iyulun 7-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Belə ki “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar iki qanuna – “Dövlət rüsumu haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər edilməsi nəzərdə tutulur. Yeni “Qaz təchizatı haqqında” Qanunda ləğv edilmiş 1998-ci il 30 iyun tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından “Dövlət rüsumu haqqında” Qanunda müvafiq dəyişiklik edilir (18.59-cu maddə ləğv edilir). Eyni zamanda, “Energetika haqqında” Qanunda terminoloji xarakterli uyğunlaşdırma həyata keçirilir.

Paylaş:
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

Analitik

Diqqət ANKARAYA!!

07 İyul 10:40  

YAP xəbərləri

Ədəbiyyat

Maraqlı

Maraqlı

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31