Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb

İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb

18.06.2026 [15:16]

İslam İnkişaf Bankı həmişə üzv ölkələri qonşu ölkələrlə birlikdə işləməyə çağırır. Azərbaycanla əməkdaşlığımız başlayandan indiyədək 1,3 milyard dollarlıq layihələrə vəsait yatırmışıq.

AZƏRTAC xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Davamlı Rifah Naminə Regional İnteqrasiya” mövzusuna həsr olunmuş yüksəksəviyyəli qeyri-rəsmi müzakirədə deyib.

“Bakıya son səfərim zamanı Ələt Azad İqtisadi Zonasında oldum. Bu infrastruktur ölkənin ixrac və idxal imkanlarının genişləndirilməsinə xidmət edir. Bu cür layihələr dənizə çıxışı olmayan ölkələrin logistik çətinliklərini qismən kompensasiya etməyə imkan verir”, - deyə İİB sədri əlavə edib.

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Diqqət Ukraynaya...

18 İyun 11:25  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30