Azərbaycanın iqtisadiyyatı digər ölkələrə nisbətən 2 dəfə sürətlə inkişaf edir
13.03.2014 [14:39]
Qjeqoy Kolodko: Azərbaycan iqtisadiyyatında qeyri-neft sənayesinin inkişafı şaxələndirmə siyasətinin uğurla reallaşdırılmasının nəticəsidir
Hazırda Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik olan ölkələrdən biridir. Bu isə ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın neftdən asılılığını azaltmaq, iqtisadiyyatın diversifikasiyasına nail olmaq, qeyri-neft sektorunu inkişaf etdirməklə mümkün olub. Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də Azərbaycan iqtisadiyyatı mənfi xarici təsirlər qarşısında dayanıqlılıq nümayiş etdirib və nəticədə yüksək iqtisadi artım və sosial rifah əldə olunub. Bunu ötən ilin yekunlarından da görmək olar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyətinə dair hesabatda qeyd olunur ki, iqtisadi və sosial tərəqqinin əsas göstəricisi olan ümumi daxili məhsul (ÜDM) istehsalı 2013-cü ildə əvvəlki illə müqayisədə 5,8 faiz artaraq 57,7 milyard manata yüksəlib. Son illər davamlı inkişaf edən qeyri-enerji sektorunda da hesabat ilində əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2013-cü ildə iqtisadiyyatın qeyri-neft sahələrində 32,6 milyard manatlıq əlavə dəyər yaradılıb və əvvəlki illə müqayisədə 10 faiz artım müşahidə olunub. Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi əvvəlki ilə nisbətən 3,1 faiz bəndi üstələyib. Bundan başqa, qeyri-neft sənayesi məhsullarının istehsalı 4,8 faiz artıb və 6,8 milyard manat təşkil edib.
Azərbaycan iqtisadiyyatına ötən il 22 milyard manat (28 milyard ABŞ dolları) həcmində investisiya yatırılıb. Sərmayələrin 62,4 faizi daxili mənbələr hesabına maliyyələşdirilib, 37,6 faizi isə xaricdən cəlb edilib. 2013-cü ildə 149 ölkə ilə aparılmış xarici ticarət əməliyyatlarının həcmi 34,69 milyard ABŞ dolları olub. Müsbət makroiqtisadi göstəricilər əhalinin həyat səviyyəsinin yaxşlaşmasına da təsir edib. Belə ki, ötən ildə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 8 faiz artaraq 37,6 milyard manata çatıb. Onun hər nəfərə düşən həcmi isə 4039,6 manat və ya ayda orta hesabla 336,6 manat təşkil edib. Ölkə iqtisadiyyatında muzdla çalışanların orta aylıq əməkhaqqı əvvəlki ilə nisbətən 6,2 faiz artaraq 423 manat olub. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 4,2 faiz bəndi üstələyərək 6,6 faiz olub. Yaşayış minimumunun həddi ölkə üzrə 2013-cü ildə 116 manat məbləğində təsdiq edilib.
İl ərzində ölkənin strateji valyuta ehtiyatları 9 faiz artaraq 50,2 milyard dollara çatıb.
Lakin 2013-cü ildə dünya iqtisadiyyatında o qədər də yüksək olmayan cəmi 1,2 faizlik artım qeydə alınıb. Həmçinin, dünya ticarətinin 2012-ci ildəki 3,1 faizdən 2013-cü ildə 2,3 faizə enməsinə gətirib çıxarıb. Avropada iqtisadi böhranın dərinləşməsi səbəbindən sənaye istehsalının azalması və bazarda durğunluq tendensiyası geniş miqyas alıb. Böhranın ən ciddi təsir etdiyi Yunanıstan, İtaliya, Belçika iqtisadiyyatında ciddi durğunluq müşahidə olunub, sənaye istehsalında ardıcıl geriləmə qeydə alınıb. İspaniya iqtisadiyyatında da oxşar vəziyyət hökm sürüb. Ölkənin statistika institutunun məlumatına görə, martda sənaye məhsulları istehsalı illik əsasda 0,6 faiz azalıb. Əvvəlki ayda isə geriləmə 6,9 faiz təşkil edib. Dünya iqtisadi sisteminə fəal inteqrasiya olunan və sürətli inkişaf dövrünü yaşayan Azərbaycan iqtisadiyyatı qeyd olunanlara baxmayaraq, qeyd etdiyimiz kimi 2013-cü ildə də dinamik inkişafını davam etdirib. Bütün bunlar beynəlxalq təşkilatların, dünya mətbuatının, xarici dövlətlərin marağına səbəb olur, dünyanın aparıcı iqtisadi və maliyyə qurumları Azərbaycanın uğurlarına biganə qalmırlar. Artıq 5 ildir ki, Azərbaycan MDB dövlətləri arasında öz iqtisadi liderliyini qoruyub saxlayır. Bütün hesabatlarda ölkəmiz öncül mövqelərdə dayanır. Məsələn, Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə Azərbaycan “yuxarı orta gəlirli” ölkələr kateqoriyasına yüksəlib, BMT İnkişaf Proqramının müvafiq hesabatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupuna daxil olub. “Fitch Ratings”, “Standard & Moody’s” kimi beynəlxalq reytinq agentliklərinin tədqiqatları da göstərir ki, Azərbaycanın kredit reytinqi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dünya İqtisadi Forumunun ictimaiyyətə təqdim etdiyi 2013-2014-cü illər üzrə “Dünya Rəqabətlilik Hesabatı”nda bildirilir ki, Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib, 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb.
“Doing Business 2014” hesabatında Azərbaycan iqtisadiyyatı 189 ölkə arasında bir pillə irəliləyərək 70-ci yerə yüksəlib.
Bundan başqa, “Doing Business 2014” hesabatında əmlakın qeydiyyat göstəricisi üzrə Azərbaycan 13-cü, investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsi sahəsində müvafiq olaraq, 22-ci və 28-ci yerə yüksəlib.
Təsadüfi deyil ki, “2020 və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi” mövzusunda Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitindəki çıxışında Transformasiya, İnteqrasiya və Qloballaşma üzrə İqtisadi Araşdırmalar Mərkəzinin (TİGER) təsisçisi və direktoru, iqtisadiyyat professoru, Polşanın keçmiş maliyyə naziri Qjeqoy Kolodko ölkəmizdə gedən müsbət tendensiyanı qiymətləndirib. Bildirib ki, Azərbaycanın iqtisadiyyatı digər ölkələrə nisbətən 2 dəfə sürətlə inkişaf etməkdədir.
Azərbaycan iqtisadiyyatında qeyri-neft sənayesinin uğurlu inkişafından danışan Q.Kolodko vurğulayıb ki, bu amil şaxələndirmə siyasətinin uğurla reallaşdırılması ilə əlaqədardır.
SEVİNC
Xəbər lenti
Hamısına baxElanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24

