Bakı şəhərinin müasirləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir
18.03.2014 [08:57]
Paytaxtın “Sovetski” adlanan ərazisində nəzərdə tutulan yenidənqurma və abadlıq işləri şəhərimizin müasir görkəminə əlavə gözəllik qatacaq
Məlum olduğu kimi, son illər Bakı şəhərinin müasirləşdirilməsi, şəhər sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. “Ağ şəhər” layihəsi, Dənizkənarı Milli Parkın genişləndirilməsi, şəhər infrastrukturunun tamamilə yenilənməsi, nəqliyyat sisteminin inkişafı və digər mühüm tədbirlərin həyata keçirilməsi bu işlərin tərkib hissəsidir. Əlbəttə ki, şəhərin mərkəzi hissələri ilə yanaşı, ətraf qəsəbə və kəndlərin də inkişafına böyük önəm verilir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən Dövlət proqramları təsdiq olunub və müvafiq icra orqanları bu proqramları uğurla həyata keçirməkdədirlər.
Sirr deyil ki, bir neçə il öncə Bakı kəndlərinin kommunal və sosial infrastruktur sahələri ilə bağlı bir sıra çatışmazlıqlar özünü göstərirdi. Bu sahələrdə yenidənqurma və bərpa işlərinin aparılması, yeni dövrün tələblərinə uyğun olaraq müasir sosial infrastruktur obyektlərinin yaradılması, qabaqcıl texnoloji avadanlıqlarla təmin edilməsi günün əsas tələblərindəndir. Dövlət başçısı da məhz bu məsələlərin operativ şəkildə həlli üçün lazım olan bütün tədbirlərin görülməsinə dair göstərişlər verib. Artıq Bakının bütün rayonlarında qeyd olunan sahələr üzrə əsaslı şəkildə təmir-bərpa, yenidənqurma işlərinə start verilib. Onu da qeyd edək ki, indiyədək görülmüş işlər sayəsində paytaxt qəsəbələrinin inzibati ərazilərindəki kommunikasiyalar əsaslı şəkildə təmir olunub, bu ərazilərdəki park və mədəniyyət mərkəzlərinin böyük əksəriyyəti ən müasir üslubda inşa edilərək, insanların istifadəsinə verilib. Park və xiyabanlarda da həyata keçirilən yenidənqurma və abadlıq işləri, mədəni obyektlərin, sosial infrastrukturun yenidən qurulması sürətlə davam etdirilməkdədir. Bütün rayon mərkəzləri, qəsəbələr tanınmaz dərəcədə gözəlləşir və abadlaşır. Prezident İlham Əliyevin davamlı xarakter alan bu qərarları bütövlükdə, Bakının müasir mənzərəsinin modernləşməsində, paytaxtın sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Bütün ölkə üzrə yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına, firavan yaşamasına, hər bir kommunal vasitələrlə təmin edilməsində şərait yaradır.
Onu da qeyd etmək yerinə düşər ki, Bakı şəhərində yenidənqurma işləri və şəhərin müasir görkəmdə daha da inkişafına yönəlmiş tədbirlər qarşıdakı dövrdə daha da sürətləndiriləcək, abadlıq işləri geniş vüsət alacaq. Bakının “Sovetski” adlanan ərazisində nəzərdə tutulan yenidənqurma və abadlıq işləri də şəhərimizin müasir görkəminə əlavə gözəllik qatacaq. Artıq bununla bağlı müəyyən layihələr, fikir və təkliflər mövcuddur. Məsələn, dünyanın müxtəlif yerlərində çoxsaylı landşaft və park layihələrinin müəllifi memar Laura Peretti Bakının mərkəzində parkın yaradılması ilə bağlı maraqlı layihə təqdim edib. Onun sözlərinə görə, təklif etdiyi park özündə kəsişən avtomobil yollarından uzaq yaşıl zona yaratmağı nəzərdə tutur. Bu da şəhərin yeraltı və yerüstü hissələri arasında əlaqəni təmin edən yeraltı yol şəbəkəsi sayəsində mümkündür. Bu şəbəkə bəzi yolların genişləndirilməsini, eləcə də, yeraltı yolların inşasını nəzərdə tutur. “Bu, şəhərin səs-küyündən, necə deyərlər, qaçıb gizlənməyə imkan verən əsl təbii parkdır və bu məkan daha çox Nyu-York Mərkəzi Parkına bənzəyir. Mən bu parkı şəhərin “yaşıl ağciyərləri”nə bənzədərdim” - deyə, memar vurğulayıb.
L.Peretti onu da deyib ki, sözügedən ərazidə hər hansı hündür bina inşa olunmayacaq. Layihənin strategiyasında ərazidə mövcud olan və Azərbaycanın memarlıq abidələri hesab olunan tikililərin, eləcə də, artıq inşasına başlanmış tikililərin qorunub saxlanması nəzərdə tutulur. Nəhayət, Təzə Pir məscidinə açılan geniş ərazi sayəsində məscidi, hətta uzaqdan seyr etmək imkanı yaranacaq. Yeganə yeni tikinti böyük Azərbaycan ənənələri ruhunda “Şəbəkə” olacaq. Bu “Şəbəkə” uzun örtülü iki səviyyəli qalereya şəklindədir, bura geniş parkinq, bar, fitnes klub, uşaqlar üçün oyun meydançaları, mədəniyyət mərkəzləri, mağazalar və digər xidmətlər daxildir. Şəhər və park arasında keçid rolunu oynayan, Alov Qüllələri ilə İnşaatçılar prospektini vizual şəkildə birləşdirən “Şəbəkə”, həmçinin, Bakının gecə həyatının mərkəzinə çevrilə bilər. Yuxarıdan baxanda “Şəbəkə” gecə işıqlarının nurunda böyük parlaq xalçaya bənzəyəcək. Bütün bunlar isə şübhəsiz, paytaxtın mənzərəsini daha da müasirləşdirəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

