Azərbaycanın qaz ehtiyatlarına beynəlxalq tələbat artmaqdadır
01.04.2014 [09:23]
Ölkəmizin tərəfdaş dövlətlərin “mavi yanacaq”la təminatı sahəsində mövqeyi daha da möhkəmlənir
Məlum olduğu kimi, hazırda, enerji təminatı qlobal səviyyədə vacib təhlükəsizlik faktorlarından birinə çevrilib. Xüsusən də, xarici mənbələrdən enerji asılılığı ilə seçilən bir çox Avropa qitəsi dövlətləri bu amildən siyasi manipulyasiya vasitəsi kimi istifadə olunma ehtimalını nəzərə alaraq, “mavi yanacaq” idxalı mənbələrinin şaxələndirilməsinə çalışırlar. Bu o deməkdir ki, həmin ölkələr “mavi yanacağa” olan daxili tələbatı bir deyil, bir neçə ölkədən alınan və müxtəlif marşrutlarla transfer edilən təbii qaz hesabına təmin etməyə çalışırlar. Şübhəsiz, nəhəng qaz ehtiyatlarına malik olan Azərbaycan bu məsələdə diqqəti özünə cəlb edir.
Əvvəlcə xatırladaq ki, ölkəmizin qaz ehtiyatlarının ümumi həcmi 2,5 trilyon kubmetr qiymətləndirilir. Karbohidrogen ehtiyatların ixracından böyük gəlir əldə edən Azərbaycan həm də etibarlı iqtisadi tərəfdaş kimi özünü beynəlxalq əməkdaşlıqda təsdiqləyib. 2007-ci ildə istismara verilən Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri Azərbaycan qazının xarici bazarlara çıxmasına qapı açdı. Bu kəmərin istifadəyə verilməsi ilə Azərbaycan qazı Türkiyə, Gürcüstan və Yunanıstana ixrac olunmağa başladı. Azərbaycanla əməkdaşlıq edən dövlətlərin yanacaq təminatında ölkəmizin rolu getdikcə artmaqdadır. Nümunə üçün qeyd edək ki, Gürcüstanın milli statistika xidmətinin yaydığı məlumata görə, bu ölkə 2014-cü ilin yanvar-fevral aylarında Azərbaycandan neft ekvivalenti 76,06 milyon dollar olan 368,56 min ton təbii qaz alıb. Bu isə ötən ilin eyni göstəricisi ilə müqayisədə 19,56 faiz artım deməkdir. Ümumilikdə, Gürcüstan idxal etdiyi “mavi yanacağın” 82,9 faizini Azərbaycandan alır.
BTƏ ilə yanaşı, Azərbaycanın təşəbbüsü ilə qəbul olunan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi ölkəmizin, eləcə də Avropa regionu dövlətlərinin enerji maraqlarına cavab verir. Hələ 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Cənub qaz dəhlizi” ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu layihənin həyata keçirilməsi üçün həlledici razılaşmalardan biri də “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Sazişdir. Qeyd olunmalıdır ki, TANAP layihəsi Transxəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.
Bildiyimiz kimi, TANAP layihəsi Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Mərkəzi və Cənubi Avropanın sərhədlərinə çatdırılmasını təmin edəcək. Qazın Avropa ölkələrinə daşınmasını həyata keçirmək üçün isə “Şahdəniz” Konsorsiumu 2013-cü ilin iyun ayında Trans-Adriatik qaz kəməri (TAP) layihəsini seçib. Azərbaycanın enerji siyasətində böyük irəliləyişə yol açan bu qərar Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2013-cü il dekabrın 17-də “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir.
Məlumdur ki, Azərbaycanın ən böyük təbii qaz mənbəyi olan “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr həcmində dəyərləndirilir. Bu, Azərbaycanın gələcəkdə sürətli inkişafını təmin etmək üçün mühüm imkandır. “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub qaz dəhlizi” vasitəsilə “mavi yanacağın” Xəzər hövzəsindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Bu, həm də Azərbaycanın enerji sektoruna böyük həcmdə yeni investisiyaların yatırılmasına və yeni iş yerlərinin yaradılmasına da səbəb olacaq. İstehlakçı ölkələr isə enerji mənbələrinin çoxaldılması yolu ilə öz təhlükəsizliklərini daha etibarlı təmin edə biləcəklər.
Göründüyü kimi, şaxələndirilmiş enerji siyasəti sayəsində Azərbaycan çoxsaylı tərəfdaşları ilə enerji sahəsində faydalı əməkdaşlıq qurur. Mövcud əlaqələr Azərbaycanın zəngin karbohidrogen resurslarının səmərəli və milli mənafelərə uyğun surətdə istismarına, ölkənin gəlirlərinin yüksəldilməsinə imkan verir. Region ölkələri və Avropa dövlətləri ilə enerji sahəsində əməkdaşlıq Azərbaycanın maraqları baxımından, ölkənin gəlirlərinin artmasına, iqtisadiyyatın qeyri-neft sahələrinin sürətli inkişafına və bütövlükdə, ölkənin güclənməsinə, nüfuzlu dövlətə çevrilməsinə vacib töhfədir.
Beləliklə, bu gün Azərbaycanın dünya enerji bazarlarında hasilatçı ölkə olaraq ön sıralara doğru irəliləməsi danılmaz həqiqətdir. Düzgün enerji siyasəti sayəsində Azərbaycan özünün inkişafını təmin edir, eyni zamanda, çoxsaylı tərəfdaşlar qazanmaqla, özünün beynəlxalq aləmdəki nüfuzunu və mövqelərini durmadan gücləndirir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

