İqtisadi tərəqqi əmək bazarında keyfiyyətli işçi qüvvəsinə tələbi artırır
10.04.2014 [09:01]
İnsanın seçdiyi sənətin sirlərinə mükəmməl yiyələnməsi, onun incəliklərini bilməsi bütün zamanlarda aktual olub. Dahi Azərbaycan şairi Nizami Gəncəvi hələ XII əsrdə yazırdı: “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Dünya təcrübəsində, həmçinin, öz qabiliyyəti, peşəkarlığı ilə sadə bir peşəyə də yüksək nüfuz gətirən, onu şöhrətləndirən sənətkarlar çox olub. Bir sözlə, sənətin pisi, yaxşısı yoxdur, əsas odur ki, seçdiyin sahədə püxtələşəsən və həyatını bağladığın peşədən mənəvi zövq alasan.
Müasir dövrdə isə peşələrlə bağlı tələblərin daha da artdığını və həm də yeni xarakter aldığını söyləmək mümkündür. Qloballaşan dünyada innovativ texnologiyaların sürətlə inkişaf etməsi peşələrə tələblərin içərisində ağıl, düşüncə, ixtisaslı kadr amillərini önə çəkir. Başqa sözlə desək, elm, texnika sürətlə inkişaf etdikcə, mürəkkəb maşınları, robot dəzgahları idarə edən kadrların da peşə hazırlığı səviyyəsi müvafiq surətdə artmalıdır.
Azərbaycanda yeni iqtisadi inkişaf tendensiyaları əmək bazarına tələbləri dəyişib
Hazırda Azərbaycan iqtisadiyyatının xarakterik fərqli cəhəti ondan ibarətdir ki, ölkəmizdə ənənəvi sahələrlə paralel surətdə, burada qloballaşan dünyanın tələblərinə, həmçinin, güclü daxili potensiala, ilk növbədə isə, insan resurslarına əsaslanan yeni tendensiyalar bərqərar olmaqdadır. Ölkədə müşahidə olunan iqtisadi tərəqqi və inkişaf perspektivləri istehsalın texniki cəhətdən modernləşdirilməsini özündə ehtiva edir. Belə ki, hazırda iqtisadiyyatımız biliklər, müasir texnologiyalar və innovasiyalar əsasında formalaşaraq yeni hədəflərə çatır. Azərbaycan Prezidenti İlham Əliyevin 4 may 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da respublikada biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması üçün elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin, təhsilin və istehsalatın inteqrasiyasının təmin edilməsi, innovasiya siyasətinin səmərəsinin artırılması mühüm fəaliyyət istiqamətləri hesab olunub, innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən texnoparkların, texnoloji mərkəzlərin, biznes inkubatorları şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulub. Bu strategiyanın məntiqi nəticəsi olaraq ölkəmizdə 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili”, 2014-cü ilin “Sənaye ili” elan olunması iqtisadi inkişafın yeni modelinin təşəkkülündən xəbər verir. Bundan başqa, Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da qeyri-neft sektoruna xüsusi diqqət ayrıldığını, innovasiya, İKT, təhsil, insan kapitalının inkişafı məsələlərinin daha çox önə çəkildiyini görmək mümkündür.
Bütün bunlar respublikamızda ixtisaslı kadrların hazırlanmasına reallıqlar nəzərə alınmaqla yeni baxış bucağından yanaşılmasını tələb edir. Ölkədə iqtisadiyyatın inkişafının müasir tendensiyalarına uyğun peşəkar kadrlar-istər idarəetmə sferasında çalışacaq yeni təfəkkürlü menecerlər, mühəndislər, istərsə də aşağı pillədə işləyəcək orta texniki heyət, ixtisaslı fəhlələr hazırlayan təhsil sistemi genişləndirilməli və təkmilləşdirilməlidir.
Ölkədə kadrlar hazırlanmasının prioritetləri
Davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında yüksək ixtisaslı kadrların müstəsna rolu var. Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi qarşıda duran mühüm vəzifədir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən kadr siyasəti bütün sahələrdə yeni düşüncəli, savadlı, saf mənəviyyatlı, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan kadrların hazırlanmasına, onların cəsarətlə seçilib irəli çəkilməsinə böyük zəmin yaradır. Daim gələcəyi düşünən Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı gənci yüksək səviyyəli təhsil almaq üçün xarici ölkələrə göndərmişdir. Bu gün də Preziden İlham Əliyevin imzaladığı Fərmanla təsdiq olunan Dövlət Proqramına əsasən, hər il çoxlu sayda gənc inkişaf etmiş xarici dövlətlərin qabaqcıl ali təhsil müəssisələrində ixtisaslı kadr kimi yetişirlər. Azərbaycanın özündə də milli kadrların hazırlanması üçün bir neçə yeni elm və təhsil ocaqları yaradılmış, mövcud ali məktəblərdə yeni dövrün tələb etdiyi mütəxəssislərin hazırlanması işi təşkil edilmişdir.
Müasir dövrdə iqtisadiyyatın innovasiyalar əsasında inkişafına, əmək bazarının dəyişən tələblərinə uyğun olaraq ixtisaslı fəhlə kadrların hazırlanmasının reallaşdırması da mühüm vəzifədir. Bu məqsədlə respublikamızda normativ-hüquqi baza yaradılıb, müvafiq təhsil şəbəkəsi qurulub, bir sıra sənədlər, o cümlədən Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı və inkişaf konsepsiyası (2007- 2012-ci illər), “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” (2006-2015-ci illər)” qəbul olunub. Qəbul olunan normativ-hüquqi sənədlərdə ölkədə güclü iqtisadi tərəqqinin tələblərinə uyğun olaraq ixtisaslı kadrların hazırlanmasının prioritetləri öz əksini tapıb.
Ölkədə texniki-peşə təhsili sisteminin inkişaf etdirilməsi məqsədilə qəbul olunan sənədlərdə texniki-peşə təhsili müəssisələrinin maddi-texniki bazasının müasir təlim avadanlığı hesabına yeniləşdirilməsi, yeni təhsil texnologiyalarının tətbiqi üçün müvafiq tədbirlər görülməsi nəzərdə tutulub. Texniki-peşə təhsilinin əmək bazarının dəyişən tələbinə uyğunlaşdırılması bu sahə üzrə yeni ixtisas və ixtisaslaşma klassifikatorunun hazırlanmasını və daim yenilənməsini zəruri edir. Konsepsiyada vurğulanır ki, peşə təhsili müəssisələrində kadr hazırlığı ölkə iqtisadiyyatının inkişafına və əmək bazarının tələblərinə uyğun yüksək texnologiyalı istehsal və xidmət sahələrinə istiqamətləndirilməlidir.
Texniki-peşə təhsili: Real vəziyyət və perspektivlər
Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdə (1991-1993-cü illər) respublikada mövcud olan qeyri-sabit ictimai-siyasi şərait bütün sahələrdə olduğu kimi, texniki-peşə təhsilinin də inkişafına mənfi təsir göstərib. Yalnız Ümummilli lider Heydər Əliyevin xalqın təkidli istəyi ilə ikinci dəfə respublika rəhbərliyinə qayıdışından sonra texniki-peşə təhsilinin inkişafı üçün real şərait yarandı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında peşə təhsilinin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 avqust 1996-cı il tarixli qərarı ilə peşə təhsili müəssisələrinə peşə məktəbi və peşə liseyi statusu verildi, peşələrin yeni siyahısı təsdiq edildi, şəbəkə optimallaşdırıldı.
Hazırda respublikada Təhsil Nazirliyinin tabeliyində 104, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyində isə 4 ilk peşə-ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdən 46-sı peşə liseyi, 2-si peşə tədris mərkəzi və 60-ı peşə məktəbidir. Peşə məktəblərindən 8-i cəzaçəkmə müəssisələrinin nəzdindədir. İlk peşə-ixtisas təhsili müəssisələrinin sosial statusunun yüksəldilməsini, peşə məktəbləri və peşə liseylərində tədris olunan ixtisasların təbliğini, məlumatların hamı üçün əlçatan olmasını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən Peşə Seçiminə Dəstək Sistemi (PSDS) internet səhifəsi istifadəyə verilib.
Son dövrlərdə texniki-peşə məktəblərinin işəgötürən təşkilatlarla əlaqələri genişləndirilməkdədir. Belə ki, ayrı-ayrı texniki-peşə məktəblərinin “KÜR” MMC, “Azersun Holdinq”, “Büllur”, “Bakı Tikiş Evi”, “KNAUF” və s. şirkətlərlə sıx əməkdaşlıq əlaqələri yaranıb, həmin müəssisələrin tələbatını ödəyəcək ixtisaslı kadrların hazırlanması üçün müqavilələr imzalanıb.
Peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, milli peşə kurikulumunun yaradılması, Milli İxtisas Çərçivəsinin hazırlanması, qeyri-formal peşə təhsili sisteminin inkişaf etdirilməsi, özəl peşə təhsili şəbəkəsinin yaradılması və digər bu kimi məsələlər peşə təhsili sisteminin gələcək inkişaf istiqamətlərini təşkil edəcək.
Yeni peşə standartları hazırlanıb
Qəbul olunan Dövlət Proqramına uyğun olaraq ölkəmizdə yeni peşə standartlarının hazırlanması istiqamətində iş aparılır. Məsələn, ötən il dekabrın 19-da Bakıda “Kadr hazırlığı və əmək məhsuldarlığının yüksəldilməsində peşə standartlarının rolu” mövzusunda keçirilən konfransda bu vacib məsələnin aspektləri barədə geniş fikir mübadiləsi aparılıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuata açıqlamasında bildirib ki, rəhbərlik etdiyi nazirlik ilə Dünya Bankının birgə həyata keçirdikləri “Sosial müdafiənin inkişafı” layihəsi çərçivəsində 2010-2013-cü illərdə Azərbaycanda 200 peşə standartı hazırlanıb. Nazir vurğulayıb ki, indiyədək ölkəmizdə peşələrin ətraflı təsviri və müasir tələblərə, bazar iqtisadiyyatı prinsiplərinə uyğun peşə tələbləri sistemi, demək olar ki, mövcud olmayıb. Bu isə istehsal prosesinə müəyyən maneələr yaratmaqla yanaşı, əmək bazarına daxil olan işçi qüvvəsinin peşə bacarıqları ilə işəgötürənlərin tələbləri arasında ziddiyyətin yaranmasına səbəb olurdu, işçi qüvvəsinin zəruri bacarıqlara malik olmaması işəgötürənlər üçün vaxt və maliyyə itkisi ilə nəticələnirdi. Peşə standartlarının hazırlanması ölkəmizdə əmək resurslarının təkmilləşdirilməsi istiqamətində görüləcək işlər üçün mühüm əsasdır.
S.Müslümov deyib ki, bu standartlar peşə təhsili və təlimi sisteminin iqtisadi sferanın tələblərinə uyğunlaşdırılması kimi vacib məsələnin həllində bir açar rolunu oynayacaq. Bu sahədə mütərəqqi beynəlxalq təcrübədən istifadə olunub. Peşə standartları artıq müəssisələr tərəfindən tətbiq olunmağa başlanıb. Bu sahədə fəaliyyət gələcəkdə də davam etdiriləcək.
Mübariz ABDULLAYEV
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə
müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20

