/ / Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı və “Azərsu” ASC-nin 10 illiyi münasibətilə təntənəli tədbir keçirilib
Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı və “Azərsu” ASC-nin 10 illiyi münasibətilə təntənəli tədbir keçirilib
06.06.2014 [09:40]
İyunun 5-də su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 10 illiyi münasibətilə təntənəli tədbir keçirilib. “Azərsu” ASC-də keçirilən tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin əhalinin keyfiyyətli içməli su ilə təminatındakı xidmətlərindən, Səhmdar Cəmiyyətin 10 ildə gördüyü işlərdən və həyata keçirilən layihələrdən bəhs edən sənədli film nümayiş etdirilib. Sonra su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə fərqlənənlərə “Tərəqqi” medalının və “Əməkdar Mühəndis” fəxri adlarının verilməsi haqqında Prezident İlham Əliyevin sərəncamları oxunub.
Tədbirdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı ilə hər il iyunun 5-nin “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi təsis olunduğunu və Səhmdar Cəmiyyətin kollektivinin ilk dəfə əlamətdar bayramı qeyd etdiyini vurğulayıb. 2004-cü il iyunun 11-də yaradılan “Azərsu” ASC-nin ötən dövrdə böyük uğurlara imza atdığını deyən Q.Hüseynov ölkə əhalisinin dünya standartlarına uyğun içməli su ilə təminatında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb, su təsərrüfatının inkişafında və müasirləşdirilməsində Prezident İlham Əliyevin diqqət və qayğısından bəhs edib.
Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra su təsərrüfatında ciddi dönüş yaranıb, problemlərin kompleks həlli məqsədi ilə böyük layihələr icra edilib. ASC-nin sədri deyib ki, Bakı şəhəri və Abşeron yarımadasının su təchizatında müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin ideya müəllifi də Ulu öndər Heydər Əliyevdir. Ulu öndərin göstərişi ilə icrasına başlanılmış Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin fəal tikinti mərhələsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib.
Q.Hüseynov qeyd edib ki, 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının şəhər, qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün master plan hazırlanıb. Master planın su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisi isə artıq yekunlaşmaq üzrədir.
Bundan əlavə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC-nin sifarişi əsasında 24 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra edilir. Ümumiyyətlə, son 10 ildə “Azərsu” ASC tərəfindən regionlarda 3430 kilometr su, 1225 kilometr kanalizasiya xətti, 96 su anbarı, 39 su və kanalizasiya-nasos stansiyaları tikilib. Nəticə etibarilə regionlarda fasiləsiz su alanların xüsusi çəkisi 2 dəfədən çox artaraq 55 faizə çatdırılıb.
Müasir texnologiyaların tətbiqindən, yerli kadrların hazırlanmasında həyata keçirilən tədbirlərdən bəhs edən ASC sədri su təsərrüfatı və meliorasiya işçilərinin dövlət mükafatlarına layiq görülməsini Prezident İlham Əliyev tərəfindən bu sahəyə göstərilən yüksək etimad və inamın ifadəsi kimi dəyərləndirib, bunun hər bir işçidə böyük məsuliyyət yaratdığını qeyd edib.
Daha sonra çıxış edənlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində su təsərrüfatı və meliorasiya sahəsinin ilbəil inkişafından, müasirləşməsindən danışıb, fəaliyyətlərinə verilmiş yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Sonra fəaliyyətlərində fərqlənən bir qrup işçi fəxri fərmanlarla təltif olunub.
Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

