Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Nərimanov rayonunda 2014-cü ilin birinci yarısının yekunları uğurlu olub

Nərimanov rayonunda 2014-cü ilin birinci yarısının yekunları uğurlu olub

02.08.2014 [11:30]

2014-cü ilin birinci yarısında da ölkəmizin uğurlu inkişafı təmin edilmişdir. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu, xüsusilə qeyd edilmişdir. Ümumi daxili məhsul 2,1 faiz artmışdır. Əlamətdar hal ondan ibarətdir ki, əvvəlki illərdə görülmüş işlər və düzgün siyasət nəticəsində ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı davam etmişdir. Belə ki, ölkə iqtisadiyyatının qeyri-neft sektoru 7 faiz artmışdır.
2014-cü ilin birinci yarısında Nərimanov rayonunda da inkişaf davam etmişdir. Rayonda istehsal olunmuş sənaye məhsulunun həcmi xidmətlər də daxil olmaqla 1210422.3 min manat olmuşdur. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 15,4 faiz təşkil etmişdir. Sənaye müəssisələrində işçilərin siyahı tərkibində orta sayı 10523 nəfər təşkil etmiş, orta aylıq əməkhaqqı 10 faiz artaraq 497.4 manat olmuşdur. Bu ilin 6 ayı ərzində Nərimanov rayonunun sosial, iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 331781.4 min manat məbləğində investisiya yönəldilmişdir. 298112 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 298596.7 min manat, dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 32023.3 min manat olmuşdur. Tikinti sahəsində çalışan işçilərin orta siyahı sayı 11088 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2462 nəfər azdır.
2014-cü ilin altı ayı ərzində nəqliyyat sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 41233.5 min manatlıq, rabitə müəssisələri tərəfindən isə müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 161921.8 min manatlıq xidmət göstərilmişdir.
Pərakəndə əmtəə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 4535 milyon manata, pullu xidmətlərin həcmi isə 2,4 faiz artaraq 120.7 milyon manata və iaşə xidmətləri 20,6 faiz artaraq 54.4 milyon manata çatmışdır. Əmtəə dövriyyəsinin 100 faizi, iaşə xidmətlərinin 99,7 faizi, pullu xidmətlərin isə 86,9 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdür.
Yeni iş yerlərinin yaradılması ilə bağlı işlər davam etdirilmişdir. Belə ki, 2014-cü ilin yanvar-iyun aylarında 2460 daimi iş yeri yaradılmışdır. Ümumiyyətlə isə, 1 oktyabr 2003-cü ildən 1 iyul 2014-cü ilədək rayonda 41265 yeni iş yeri açılmışdır.
Rayon sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatının tam və dolğun ödənilməsi, bazar qiymətlərinin süni surətdə qalxmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstəriş və tapşırıqlarının yerinə yetirilməsi məqsədi ilə hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunmuş və 2014-cü ilin 6 ayı ərzində 3 min tona yaxın kənd təsərrüfatı məhsulları satılmışdır.
Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində 2014-cü ilin birinci yarısında müvafiq işlər görülmüşdür.
Nərimanov rayonunun qısa zaman kəsiyində geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Qürurverici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ildən bu günədək 65 dəfə Nərimanov rayonunda olmuş, obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə inşası davam edən obyektlərdə işlərin gedişatı ilə tanış olmuş, keçirilən beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak etmişdir. Həmin tədbirlərdən 3-ü bu ilin ilk yarısında olmuşdur. Belə ki, 7 yanvar 2014-cü il tarixdə ölkə başçısı respublikanın ən iri səhiyyə müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzinin təntənəli açılışında iştirak etmiş, 7 mart 2014-cü il tarixdə Nərimanov rayonunda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişatı ilə tanış olmuş və 29 may 2014-cü il tarixdə isə Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılış mərasimində iştirak etmişdir.
Yarım il ərzində “Gənclik” metrostansiyasının ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması və yeraltı piyada keçidlərinin inşa olunması, Vaqif prospektinin genişləndirilməsi və Əhməd bəy Ağaoğlu küçəsi ilə birləşdirilməsi, Ziya Bünyadov prospektinin yenidən qurulması, Olimpiya stadionunun inşası ilə əlaqədar yeni yol qovşaqlarının salınması, şəhərin baş planına uyğun digər layihələrin həyata keçirilməsi işləri davam etdirilmişdir.
Heydər Əliyev prospekti, K.Rəhimov, Ə.Əbdürrəhimov, Akademik H.Əliyev küçələrində istismar müddəti keçmiş, yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində işlər davam etdirilmişdir. Qeyd olunan ünvanlarda yaşayan sakinlər üçün hal-hazırda K.Rəhimov küçəsində 126 mənzilli, 7 mərtəbəli yaşayış binasının və Heydər Əliyev prospektində 167 mənzilli, 7 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilir və yaxın müddətdə sakinlərin istifadəsinə veriləcəkdir.
Heydər Əliyev prospektinin yenidən qurulması ilə əlaqədar olaraq istismar müddəti keçmiş 8 ədəd yaşayış binası sökülərək yerində müasir, milli memarlıq üslubunda 4 ədəd yeni yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Həmin binalarda yaşayan 320 nəfər sakin əvvəlcədən kirayəhaqqı ödənilməklə köçürülmüş və söküntü işləri başa çatdırılmışdır. Binaların layihələndirilməsi işləri həyata keçirilərək tikinti işlərinə başlanılmışdır. Tikinti işləri yaxın zamanda tam başa çatdırıldıqdan sonra əvvəlki mənzillərinin sahəsindən 30-40 faiz artıq olmaqla tam təmirli, geniş və yaraşıqlı mənzillər sakinlərin istifadəsinə veriləcəkdir.
K.Rəhimov küçəsində sökülmüş 7 ədəd yaşayış binasının yerində rayon sakinlərinin mənalı istirahət yerinə çevriləcək ən müasir parkın salınması davam etdirilir. Öz füsunkar gözəlliyi ilə seçilən, Avropa istehsalı olan tikinti materiallarından istifadə edilməklə salınmış parkın birinci hissəsi artıq sakinlərin istifadəsinə verilmişdir. Parkın ikinci hissəsinin 2 mərtəbəli avtomobil dayanacağı ilə birlikdə yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edilən layihələrin həyata keçirilməsi nəticəsində Nərimanov rayonunun siması daha da gözəlləşəcək, sakinlərin yaşayışı və mənalı istirahəti üçün geniş imkanlar yaranacaq.
Rayon statistika şöbəsi sosial-iqtisadi göstəriciləri əks etdirən rəsmi statistika hesabatlarının statistik vahidlər tərəfindən elektron sənəd formasında vaxtında və keyfiyyətli göndərilməsi üçün müəyyən işlər görmüşdür. Hüquqi şəxslərin hesabata cəlb olunması və bu işin məqsədi və əhəmiyyəti barədə onların maarifləndirilməsi üçün mühasibat işçiləri ilə mütəmadi olaraq təlimati müşavirələr keçirilmişdir, onlara əməli köməklik göstərilmişdir.
Rayon ərazisində yerləşən müəssisə, cəmiyyət və təşkilatların əksəriyyəti bir qayda olaraq rəsmi statistika hesabatlarını düzgün və vaxtlı-vaxtında təqdim edirlər. “Bakı Şampan Şərabları” ASC, “Bakı Şərab-2” ASC, “MKT-İK” MMC,”Bakelektro” ASC, “Rabitə İnşaat” ATSC, “Turan AP” şirkəti, “DAK” firması, “Soyuz Kontrakt Trans” MMC, “Azərsun Ticarət və Dağıtım” MMC, “SNT İnşaat” şirkəti, “Raylı” MMC, “Rafa Co” MMC , “Bakı Taxıl” ATSC, “ANT inşaat Təmir Tikinti” MMC, “Az İnşaat” MMC, “Azalsan LTD” MMC, ATS İKF, “Elektroterm” MMC, “Piramida F.R” MMC və s. bu qəbildən olan müəssisə və cəmiyyətlərdir.
2014-cü ilin birinci yarısında hesabat intizamı və yeni tətbiq edilmiş rəsmi statistik hesabatları ilə bağlı müəssisə və təşkilatlara məktublar yazılıb. Şöbənin işçiləri tərəfindən hesabat və ya fəaliyyət göstərmədiyi barədə arayış təqdim etməyən hüquqi şəxslərin ünvanlarına da baş çəkilib. Hüquqi və faktiki ünvanları dəyişmiş statistik vahidlərin tapılması üçün digər tədbirlər də həyata keçirilib. Lakin acınacaqlı haldır ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi müəssisə və cəmiyyətlər tərəfindən rəsmi statistika hesabatları vaxtında təqdim olunmur.
Rəsmi statistika materiallarının hazırlanması və statistik vahidlərin dövlət registrinin aparılması üçün zəruri məlumatların vaxtında və düzgün təqdim edilməməsinə görə cavabdeh məsul şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmuşlar. Belə ki, 2014-cü ilin 6 ayı ərzində 21 hüquqi şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsinə müvafiq olaraq 825 manat cərimə tətbiq edilib və cərimələrin Dövlət Xəzinədarlığı Agentliyinə ödənilməsi təmin olunub.
Məlumat üçün hüquqi və fiziki şəxslərin nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 iyun 2014-cü il tarixli, 987-İVQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsində statistika müşahidələrinin keçirilməsi üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə cərimə sanksiyası 3 yüz manatdan 7 yüz manatadək müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2010-cu il tarixli, 35 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət orqanlarına təqdim edilməsi Qaydası”nın icrası ilə bağlı müəyyən işlər görülüb. Məlumatları elektron hesabat formasında təqdim etmək istəyən cəmiyyət və təşkilatların ərizələri toplanıb və onlarla müvafiq qaydada müqavilələr bağlanıb. Əsas məqsəd hüquqi və fiziki şəxslərlə əməkdaşlıq əlaqələrinin keyfiyyətinin yaxşılaşdırılması, statistik vahidlərə düşən informasiya yükünün və vaxt itkisinin azaldılması, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə məlumatların təqdim edilmə üsulunun asanlaşdırılmasına nail olmaqdır. Həyata keçirilmiş tədbirlər nəticəsində 1678 statistik vahid tərəfindən rəsmi statistika hesabatları elektron sənəd formasında təqdim olunur. Hal-hazırda rayon statistika şöbəsi tərəfindən fəaliyyət göstərən digər statistik vahidlərlə bu istiqamətdə işlər davam etdirilir.
Hüsaməddin İsgƏndƏrov,
Nərimanov rayon Statistika
Şöbəsinin rəisi

Paylaş:
Baxılıb: 1068 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31