/ / Vergilər üzrə milli qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması prioritet hesab edilir
Vergilər üzrə milli qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması prioritet hesab edilir
27.08.2014 [09:26]
Natiq Şirinov: Qanunvericiliyin uyğunlaşdırılması ilə bağlı ilkin mərhələdə Aİ-nin dolayı vergitutma sahəsində 7 direktivi üzrə əsas tələblər təhlil edilərək müəyyənləşib
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinin mühüm şərtlərindən biri də ölkəmizin mövcud qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasından ibarətdir. Bu məsələ ölkəmizin Avropaya inteqrasiyasının sürətləndirilməsi istiqamətində əsas prioritetlərdəndir. Bu məsələnin həlli Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş vergi sisteminin inkişafı üzrə Strateji Planda nəzərdə tutulub. Artıq bu sahədə hazırlıq işlərinə başlanılıb. Qanunvericiliyin uyğunlaşdırılması ilə bağlı ilkin mərhələdə Aİ-nin dolayı vergitutma sahəsində 7 direktivi üzrə əsas tələblər təhlil edilərək müəyyənləşib. Bunu KİV-ə müsahibəsində Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov deyib.
Onun sözlərinə görə, Avropada belə bir fikir formalaşıb ki, uyğunlaşdırılmamış vergi qanunvericilikləri ölkələr arasında malların, xidmətlərin və kapitalın sərbəst hərəkətinə mane olur və rəqabət prinsiplərini pozur. Bu baxımdan milli qanunvericiliklərin Aİ qanunvericiliyinə uzlaşdırılması prioritet hesab edilir. Uyğunlaşdırma prosesi isə birmənalı olaraq əsasən dolayı vergilər sahəsində aparılır ki, bu da yalnız bu qrup vergilərin qarşılıqlı ticarət münasibətlərinə təsir etməsi ilə şərtlənir: “Birbaşa vergilərə gəldikdə isə, bu qrupa daxil olan vergi növlərinin harmonizasiyasına ehtiyac duyulmur. Belə ki, birbaşa vergilər dolayı vergilər kimi kapitalın, malların sərbəst hərəkətinə və xidmətlərin göstərilməsinə birbaşa təsir etmir. Birbaşa vergilər hər bir ölkənin daxili iqtisadi siyasətinə uyğun olaraq müəyyən edilir”.
Aİ-nin əsas tələblərindən biri də təhsil xidmətlərinin ƏDV-dən azad olunması ilə bağlıdır. Aİ-nin ƏDV üzrə 28 noyabr 2006-cı il tarixli direktivinin tələblərinə uyğun olaraq, 2013-cü il yanvarın 1-dən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164-cü maddəsinə dəyişiklik edilməklə ödənişli təhsil xidmətlərinin göstərilməsi ƏDV-dən azad edilib. Hazırda Aİ-nin ƏDV və aksizlərlə bağlı digər direktivlərinin aksizli malların əhatə dairəsi, ƏDV-yə cəlb olunan əməliyyatlar, ƏDV-nin dərəcəsinin diferensiallaşdırılması və s. barədə tələblərinin tətbiqi imkanlarının müəyyən olunması ilə bağlı araşdırmalar və müzakirələr davam etdirilir.
N.Şirinov müsahibəsində onu da deyib ki, son illərdə Azərbaycanda mütərəqqi Milli Ödəniş Sisteminin yaradılması üçün qabaqcıl beynəlxalq təcrübədən istifadə olunmaqla elektron hesablaşma sistemlərinin yaradılıb istifadəyə verilməsi istiqamətində bir sıra islahatlar aparılıb. Bu islahatların nəticəsində banklararası hesablaşmalar sistemi və xırda ödənişlər üzrə hesablaşma klirinq sistemi, böyük məbləğli və təcili ödənişlərin real vaxt rejimində (on-line) həyata keçirilməsinə və xırda ödənişlərin, o cümlədən, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödəmələrin elektron daşıyıcılar, habelə plastik kartlar əsasında şəffaf, təhlükəsiz, səmərəli şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradılıb.
Təhlillər göstərir ki, 2012-ci ildə cəmi pul kütləsinin həcmi 20,7 faiz artdığı halda, nağd pul kütləsi 29,3 faiz artıb. Ötən il isə cəmi pul kütləsi 15,4 faiz artdığı halda, nağd pul kütləsinin artımı 13 faiz təşkil edib: “Qeyd edim ki, respublika ərazisində nağd qaydada aparılan hesablaşmaların məhdudlaşdırılmasını və nağdsız ödənişlərin stimullaşdırılmasını nəzərdə tutan müvafiq qanunvericilik aktlarının layihələrindən ibarət təkliflər hazırlanıb baxılması üçün hökumətə təqdim olunub. Bununla yanaşı, ölkə iqtisadiyyatında nağdsız ödənişlərin stimullaşdırılmasında beynəlxalq tələblərə cavab verən daha təkmil qanunvericilik bazasının yaradılmasına texniki kömək üçün Dünya Bankının Azərbaycandakı nümayəndəliyi ilə müzakirələr aparılır.
Vergi xidməti bu sahədə öz üzərinə düşən müəyyən işləri artıq tamamlayıb”.
Bundan başqa, 2012-ci ilin aprelindən başlayaraq vergi ödəyiciləri plastik bank kartından istifadə etməklə vergi və rüsumların internet vasitəsi ilə ödənilməsi imkanı əldə ediblər. POS-terminal şəbəkələrinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb: “Bildiyiniz kimi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması üçün müvafiq POS-terminalların quraşdırılması hüquqi və fiziki şəxslərin vəzifələrinə aid edilib. Həmin qanunun icrasından irəli gələrək nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən 2012-ci ildə “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi qaydaları” və “POS-terminallar quraşdırılacaq obyektlərin meyarları” təsdiq edilib. Hazırda vergi ödəyicilərinin obyektlərində POS-terminalların quraşdırılması işləri davam etdirilməkdədir. Görülmüş işlər nəticəsində POS-terminal və ATM-lər vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi artmaqdadır. Bu artım POS-terminal və ATM-lərin sayında da özünü göstərir. İyunun 1-dək respublika üzrə qeydiyyatda olan POS-terminalların sayı ilin əvvəlinə olan göstəriciyə nisbətən 1,6 dəfədən çox artaraq 51773 ədəd təşkil edib. Son üç il ərzində POS-terminal və ATM-lər vasitəsilə həyata keçirilən nağdsız dövriyyənin həcmi 4 dəfəyədək artaraq, 2013-cü ildə 578 milyon manat olub”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35

