Prezident İlham Əliyevin Azərbaycan sənayesinin modernləşdirilməsi siyasəti
05.09.2014 [09:43]
Məlum olduğu kimi, Prezident İlham Əliyev müasir dünya çağırışlarını əsas tutaraq müstəqil Azərbaycanın bir sıra yeni inkişaf paradiqmalarını müəyyənləşdirib. Bu paradiqmalar içərisində ölkəmizin sənayeləşdirilməsi, o cümlədən də, elm tutumlu modern sənaye quruculuğu, yeni texnologiyaların istehsalata tətbiqi xətti mühüm yer tutur. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “İnnovasiyaya əsaslanan güclü iqtisadiyyatın yaradılması əsas məqsədlərimizdən biridir və biz dayanmadan bu istiqamətdə irəliləyirik”.
Qeyd edək ki, Azərbaycanda yüksək texnologiyalara əsaslanan müasir sənaye quruculuğunu reallaşdırmaq üçün real zəmin və geniş imkanlar mövcuddur. Respublikanın zəngin əmək, xammal və kadr potensialı, əlverişli biznes mühiti, investisiya qoyuluşunun təşviq edilməsi, dövlətin nümayiş etdirdiyi siyasi iradə, institusional islahatların dəstəklənməsi, möhkəm daxili sabitlik və digər amillər ölkəmizdə müasir sənaye quruculuğunu şərtləndirir. Bundan başqa, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi yeni neft strategiyasının uğurla reallaşdırılması respublikamızın qarşısında geniş inkişaf perspektivləri açıb. Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə dair imzalanan “Əsrin müqaviləsi” və digər kontraktların müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində maliyyə imkanlarının genişlənməsi ölkənin gələcək inkişafı baxımından zəruri sahələrə, o cümlədən də, modern sənaye quruculuğuna böyükhəcmli daxili sərmayələr yönəltməyə imkan verir.
Ənənəvi istehsal sahələrində yeni texnologiyaların tətbiqi ölkənin müasir sənaye quruculuğu siyasətində mühüm yer tutur
Azərbaycanın neft ölkəsi olması ilə əlaqədar uzun illər ərzində burada neft hasilatı və emalı sahəsində zəngin ənənələr, o cümlədən də, güclü potensiala malik sənaye formalaşıb. Ötən əsrin 70-80-ci illərində xalqımızın Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə respublikamızda inşa edilən bu və digər neft emalı qurğuları, ayrı-ayrı müəssisələrdə həyata keçirilən texnoloji yenidənqurma işləri bu gün Azərbaycanın neft emalı zavodlarının dünyadakı oxşar istehsalatlarla rəqabət aparmasında müstəsna rol oynayır.
Yeni neft strategiyasının reallaşdırılması çərçivəsində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda “ELOU-AVT-6” qurğusunun vakuum bölməsində aparılmış modernləşdirmə işləri, ABŞ-ın “Merikem” firmasının texnologiyası üzrə dizel yanacağı və kerosinin qələviləşdirilməsi qurğusunun inşası, 6 saylı sexdə naften turşularının istehsalı qurğusunun istismara verilməsi, müəssisədə TDS - 3000 idarəetmə sisteminin tətbiqi, “Azərneftyağ” müəssisəsində 2 ədəd “ELOU-AVT-2” neftin ilkin emal qurğusunun, istehsal gücü ildə 250 min ton olan “Bituroks” bitum qurğusunun işə salınması isə neft emalı sənayemizin texniki imkanlarını daha da artırıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nda da yanacaq-enerji kompleksinə daxil olan sənaye sahələrinin, o cümlədən də, neft emalı müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması üçün müvafiq elmi-texniki və təşkilati tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Respublikanın neft emalı müəssisələrində Dövlət Proqramına əsasən həyata keçirilən müasirləşdirmə tədbirləri nəticəsində neftin emal dərinliyini 92 faizədək yüksəltmək mümkün olub ki, bu da inkişaf etmiş ölkələrdə də ən yüksək göstəricilərdən hesab olunur.
Texnoparkların yaradılması ilə Azərbaycan sənayesinin yeni inkişaf mərhələsi başlayıb
Müasir dünya ilk növbədə yeni trendlərlə səciyyələnir. ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Çin, Cənubi Koreya kimi dövlətlərin təcrübəsi göstərir ki, həmin ölkələrin yüksək texnoloji inkişaf səviyyəsinə çatmasında texnoparkların yaradılması mühüm rol oynayıb. Hazırda ABŞ-da fəaliyyət göstərən “Silikon” vadisi, qardaş Türkiyənin “Arı Texno” kəndi, Rusiyanın “Skolkova” mərkəzi, İKT sektoru üzrə xüsusi iqtisadi zona olan Dubay internet şəhəri texnoparklar üzrə bir növ dünya brendinə çevrilib və öz ölkələrinin iqtisadiyyatına sanballı töhfələr verir.
Dinamik sosial-iqtisadi inkişafı ilə dünyanın qabaqcıl ölkələri sırasında yer tutmağı hədəfləyən Azərbaycan da məhz bu yolu tutub. Dövlət başçısı 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi ölkəmizdə sənaye sahəsinin üstün inkişafına göstərilən diqqətin daha bir ifadəsidir.
Beləliklə, deyə bilərik ki, Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlanıb. Ölkədə ilk texnoparkların yaradılması istiqamətində uğurlu addımlar atılıb və ilk texnoparklarda məhsul istehsalına start verilib. Sumqayıtda 167,66 hektar ərazidə yaradılan Kimya Sənaye Parkının ölkəmizin kimya sənayesinin inkişafında və bu sahədə ixrac potensialının artırılmasında əhəmiyyətli rolu olacaq. Artıq burada fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanıb, həmçinin, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri həyata keçirilir. Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən isə tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılıb. Belə texnoparklar, həmçinin, Mingəçevir və Gəncə şəhərlərində yaradılacaq.
Onu da vurğulamaq lazımdır ki, sərmayə cəlbediciliyini təmin etmək məqsədilə texnoparkların ərazilərində yerli və xarici investorlar üçün bir sıra güzəştlər nəzərdə tutulub. Daha bir vacib məqam isə texnoparkların ərazisində ən müasir tələblərə cavab verəcək infrastrukturun yaradılması ilə bağlıdır.
Ölkə sənayesinin gələcəyi innovativ, elm tutumlu istehsalatların yaradılması ilə bağlıdır
Ölkə sənayesinin gələcəyi isə, heç şübhəsiz ki, müasir dünya trendlərinə cavab verən innovativ, elm tutumlu müəssisələrin yaradılması ilə bağlıdır. Respublikamızda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və böyük gələcəyə malikdir. 2003-cü ildə Milli İKT Strategiyasının, sonrakı illərdə isə “Elektron Azərbaycan” Dövlət Proqramının qəbul olunması bu sahənin inkişafına böyük təkan verib. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına 3 milyard ABŞ dollarından artıq vəsait yatırılıb. Nəticədə, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artıb.
Prezident İlham Əliyevin 8 noyabr 2008-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncamı və bununla bağlı qəbul olunan dövlət proqramlarının icrası nəticəsində ölkəmiz kosmik sənaye sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. “Azərkosmos”un yaradılmasında əsas məqsəd ölkədə kosmik sənayeyə aid milli məhsul istehsalını təmin etməkdən ibarətdir. ASC-nin yaradılmasından təxminən 3 il sonra, 2013-cü il fevralın 8-də “Azerspace-1” peyki uğurla orbitə çıxarıldı. Azərbaycanın ilk milli telekommunikasiya peykinin 15 il istismar müddəti ərzində 650 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir. Növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, 2020-ci ilədək isə bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılması nəzərdə tutulub.
Prezident İlham Əliyev 5 noyabr 2012-ci il tarixində “Yüksək Texnologiyalar Parkının yaradılması” haqqında Fərman imzalayıb. Fərmana əsasən, ölkəmizdə iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını təmin etmək məqsədilə müasir komplekslər - Yüksək Texnologiyalar Parkının yaradılması nəzərdə tutulub.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi modern sənayeləşdirmə strategiyasında qarşıya qoyulan yeni hədəflər sırasında ölkədə sənaye klasterlərinin, hər rayonda sənaye zonalarının yaradılması da mühüm yer tutur. Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən sənaye məhəllələrinin yaradılması sahəsində müasir təcrübə öyrənilib və ilk olaraq Neftçala rayonunda layihələndirmə işlərinə başlanılıb.
Güclü milli hərbi sənaye kompleksinin yaradılması prioritet hədəflərdən biridir
Prezident İlham Əliyev müəyyənləşdirdiyi yeni sənayeləşdirmə siyasətində milli hərbi sənaye kompleksinin inkişaf etdirilməsini də prioritet hədəflərdən biri kimi qarşıya qoyub. Dövlət başçısının 16 dekabr 2005-ci il tarixli müvafiq Sərəncamına əsasən yaradılan Müdafiə Sənayesi Nazirliyi ölkənin Silahlı Qüvvələrini lazımi silah, hərbi texnika, sursatla təmin etmək üçün yeni istehsal sahələrinin işə salınması istiqamətində uğurlu addımlar atıb. Ötən müddət ərzində nazirliyin tabeliyində olan müəssisələrin böyük əksəriyyətində əsaslı tikinti və yenidənqurma işləri aparılıb. “İqlim”, “Dalğa” və “Sənayecihaz” elmi istehsalat müəssisələri, “Telemexanika”, “Peyk”, “Alov”, Elektron Hesablayıcı Maşınlar, “Radioquraşdırma”, Şirvan “Araz”, Bakı “Cihazqayırma”, Xaçmaz “Kondensator” zavodları, “AZAD Systems Co.” müəssisəsi və Elmi-Tədqiqat İnstitutu əsaslı təmir və yenidənqurmadan sonra istismara verilib.
Ümumiyyətlə, Müdafiə Sənayesi Nazirliyinin tikinti və yenidənqurma işləri aparılmış birlik və müəssisələrində 45 yeni istehsal sahəsi yaradılıb. Artıq ölkənin hərbi sənaye kompleksinə daxil olan müəssisələrdə istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 750-ni ötüb.
Sevindirici haldır ki, Azərbaycanın hərbi sənaye kompleksində buraxılan müxtəlif növ döyüş texnikası ordumuzun tələbatını ödəməklə yanaşı, həm də xarici bazarlara çıxarılır, beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir. İlk dəfə beynəlxalq sərgilərə cəmi 27 adda məhsulla qatılan MSN ötən ilin mayında İstanbulda keçirilən “IDEF-2013” XI Beynəlxalq müdafiə sənayesi sərgisində 130 növ döyüş texnikası ilə çıxış edib. Şübhə yoxdur ki, cari il sentyabrın 11-13-də Bakıda keçiriləcək “ADEX-2014” sərgisi Azərbaycanın müdafiə sənayesinin bütün dünyada artan nüfuzunun daha bir təsdiqinə çevriləcək.
Mübariz ABDULLAYEV
Azərbaycan Mətbuat Şurası və SOCAR-AQŞ-nin “Əsrin müqaviləsi” - ölkəmizin davamlı sənaye
inkişafının təməli” mövzusundakı müsabiqəyə təqdim olunur
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38

