Aydın Hüseynov: “Cənub” qaz dəhlizi Azərbaycanla Avropanı birləşdirəcək
24.09.2014 [09:30]
“1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” ilə uğurlu və olduqca mühüm bir tarixi başlanğıca imza atan Azərbaycan dövləti bu ənənəni davam etdirərək 20 il sonra XXI əsrin ən mühüm siyasi-iqtisadi hadisəsini - “Cənub” qaz dəhlizi ilə bağlı nəhəng sazişi imzaladı. Bu saziş Xəzər dənizindən Avropa İttifaqına birbaşa xüsusi keçid rolunu oynacaq”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov səsləndirib.
Onun sözlərinə görə, “Cənub” qaz dəhlizinə dair sazişin imzalanması 20 il əvvəl Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyası və “Əsrin müqaviləsi”nin məntiqi nəticəsidir: “Respublikamız 20 il əvvəl çox mühüm bir tarixi hadisəyə imza atmaqla regionda Qərbyönümlü enerji marşrutları sisteminin əsasını qoydu. Bundan sonra regionda çox strateji əhəmiyyətə malik trans-enerji dəhlizləri ilə bağlı sazişlər imzalandı. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin əzmkarlığı, siyasi qətiyyəti və təşəbbüsü sayəsində ötən illər ərzində Azərbaycan yeni neft və qaz layihələrinin həyata keçirilməsinə nail olub. Prezident İlham Əliyevin uzaqgörənliklə atdığı addımlar regionun enerji xəritəsinin dəyişməsinə səbəb olub və Azərbaycanın müəllifi olduğu yeni enerji dəhlizlərinin coğrafi hüdudları genişlənməkdədir. “Cənub” qaz dəhlizinin reallaşmasında əsas siyasi qətiyyət və prinsipial qərar məhz Azərbaycanın dövlət başçısı İlham Əliyevə məxsusdur. Məlum olduğu kimi, 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun respublikamıza səfəri zamanı Avropa İitifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizinə dair Anlaşma Memorandumu imzalandı və bu qərar hazırkı enerji layihəsinin həyata vəsiqə almasında açar rolunu oynadı. Bu marşrutu seçməklə Azərbaycan özünün Avropanın enerji təchizatçısına çevrilməsi üçün mühüm addımlardan birini atdı”.
YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov bildirib ki, “Cənub” qaz dəhlizi Bakı-Tbilisi-Ərzurum kəmərinin genişləndirilməsini, Trans-Anadolu (TAP) qaz kəmərinin inşasını və bu kəmərin məntiqi davamı olan Trans-Adriatik boru kəməri (TANAP) layihəsinin tikintisini və ümumilikdə, bu layihələrin icrası nəticəsində Xəzər qazının Avropaya nəqlini nəzərdə tutur. “Cənub” qaz dəhlizinin əsas yanacaq mənbəyi “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın Qərbə nəqlindən ibarətdir. Məlum olduğu kimi, Azərbaycan bir neçə ildir ki, Bakı-Tbilisi-Ərzurum kəməri ilə “Şahdəniz” yatağından hasil olunan qazı Gürcüstan və Türkiyəyə ixrac edir. 2011-ci ilin sonunda Azərbaycanla Türkiyə arasında imzalanmış yeni qaz sazişinə və 2012-ci ildə hər iki ölkə hökuməti tərəfindən təsdiq olunan TANAP layihəsinə əsasən, Azərbaycan yaxın 2-3 ildə Yunanıstan, Bolqarıstan və Albaniyaya qaz nəql edəcək. Yəni, mavi yanacaq “Şahdəniz-2” layihəsi çərçivəsində bu ölkələrə nəql olunacaq. TANAP “Cənub” dəhlizi enerji şəbəkəsinin ən mühüm komponentlərindən biri olmaqla yeni dəhlizlərin yaradılmasına geniş üfüqlər açıb.
Aydın Hüseynov hesab edir ki, “Cənub” qaz dəhlizinin ən həlledici mərhələsi isə TAP layihəsinin işə düşməsi olacaq. TAP vasitəsilə bir sıra Avropa ölkələri qazla təmin olunacaq. Ümumilikdə, TANAP və TAP kəmərləri Xəzər regionunun qaz ehtiyatlarını Qərbə nəql etməklə “Cənub” qaz dəhlizinin əsas transkontinental enerji sistemi statusu almasını gerçəkləşdirəcək. Proqnozlara görə, bu yanacaq dəhlizinin ilkin mərhələdə illik ötürmə gücü 10 milyard kubmetr olacaq. Sonrakı mərhələdə isə Avropaya 16 milyard kubmetr qaz çatdırılacaq.
A.Hüseynovun sözlərinə görə, “Cənub” qaz dəhlizi layihəsi Xəzər regionunun digər ölkələri üçün geniş əməkdaşlığa əla bir fürsət yaradır. “Yaxın illərdə Türkmənistan və Qazaxıstanın öz yanacaq ehtiyatlarını bu dəhlizlə nəql etməsi istisna deyil. Yəni, bu dəhlizlə Avropaya 5-dən çox ölkənin qaz ehtiyatlarını nəql etmək olar. Çünki bu ölkələr üçün hər bir baxımdan - istər siyasi, istər iqtisadi və istərsə də kommersiya cəhətdən “Cənub” qaz dəhlizi daha sərfəli və təhlükəsiz sayıla bilər”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

