“Şahdəniz” qaz yatağı və layihəsi dünya miqyasında ən böyük enerji layihəsidir
25.09.2014 [10:16]
Prezident İlham Əliyev: Biz birgə səylərlə “Cənub” qaz dəhlizinin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik
Məlum olduğu kimi, 2,5 trilyon kubmetrdən artıq təsdiqlənmiş təbii qaz və 2 milyard ton neft ehtiyatları olan Azərbaycan karbohidrogen resursları ilə zəngin olan ölkələrdəndir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının həyata keçirilməsində ilk böyük addım olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra dünyada neft ölkəsi kimi tanınan Azərbaycan son illərdə qaz hasilatı imkanları ilə beynəlxalq diqqət mərkəzindədir. Xüsusən də, Avropa regionu ölkələri qaz idxalı mənbələrinin şaxələndirilməsi siyasəti çərçivəsində ölkəmizin qaz ehtiyatlarına böyük maraq göstərir.
Fəal enerji siyasəti Azərbaycanın milli maraqlarının təmin olunmasında da xüsusi çəkiyə malikdir. Bu istiqamətdə Azərbaycan da daxil olmaqla bütün tərəflərin ardıcıl fəaliyyətinin nəticəsi olaraq, sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim baş tutub. Bununla da, Asiya ilə Avropanı birləşdirəcək nəhəng qaz dəhlizinin reallaşdırılması yönündə mühüm mərhələyə qədəm qoyulub. Təbii ki, “Cənub” qaz dəhlizinin təməlinin qoyulması bu layihənin əsas iştirakçısı olan Azərbaycanın zəngin “mavi yanacaq” mənbələrinin işlənməsi üzrə illərlə həyata keçirilən fəaliyyətin məntiqi nəticəsidir.
“Cənub” qaz dəhlizinin icrası Azərbaycanın zəngin “Şahdəniz” yatağının işlənməsini təmin edəcək. Ümumi ehtiyatları 1,2 trilyon kubmetrdən artıq dəyərləndirilən, Azərbaycanın ən böyük təbii qaz mənbəyi olan “Şahdəniz” dəniz qaz-kondensat yatağının işlənməsi üzrə 1996-cı il iyunun 4-də müqavilə imzalanıb. 1999-cu ildə “Şahdəniz” yatağında zəngin qaz yataqlarının aşkar olunması bir çox ölkələri, xüsusən də Qərb dövlətlərini ölkəmizlə bu sahədə əməkdaşlığa cəlb edib. Bildiyimiz kimi, Avropanın böyük bir hissəsi qaz təchizatına görə məhdud sayda mənbədən asılı vəziyyətdədir. Dövlətin enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan enerji təchizatının əsasən məhdud çərçivədə cəmləşməsi Avropa ölkələrini istər-istəməz alternativ mənbələrin axtarışına sövq edir. Bu baxımdan, etibarlı tərəfdaş imicinə sahib olan Azərbaycanla əməkdaşlıq region dövlətlərinin maraqlarına uyğundur. Bu, həm də Prezident İlham Əliyevin sözügedən mərasimdə söylədiyi kimi, ölkəmizin qaz resurslarının Avropa üçün yeganə yeni mənbə olması ilə əlaqədardır: “Xəzər qazı Avropa üçün yeganə yeni mənbədir. Digər mənbələr var. Avropa o mənbələrdən qidalanır. O mənbələrin həcmi arta bilər, ancaq yeni mənbə hazırda Azərbaycandır”.
Qeyd edək ki, Ulu öndərin əsasını qoyduğu layihələri davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında sonrakı illərdə yatağın istismarı üzrə böyük işlər görülüb. Uğurlu beynəlxalq əməkdaşlığın nəticəsi olaraq 2006-cı ildə “Bakı-Tbilisi-Ərzurum” Cənubi Qafqaz qaz boru kəməri istifadəyə verilib və dekabr ayından dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağından hasilat başlanıb. 2007-ci il fevral ayından etibarən Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan təbii qaz “Bakı-Tbilisi-Ərzurum” (BTƏ) vasitəsi ilə Gürcüstana nəql olunmağa başlanıb. 2007-ci il iyulun 3-də isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz BTƏ marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olub.
Cənubi Qafqaz qaz boru kəmərinin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr həcmində ölçülür. Bir çox Avropa ölkələrinin Türkiyə vasitəsilə Azərbaycan qazını almaqda maraqlı olması, eləcə də, Azərbaycanın iqtisadi maraqları başlanan işin davam etdirilməsini və daha da genişləndirilməsini zəruri edirdi. 2013-cü ilin iyun ayında Bakıda XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu barədə deyib: “Şahdəniz” qaz yatağı və layihəsi dünya miqyasında ən böyük enerji layihəsidir. “Şahdəniz”in birinci fazası uğurla icra edilir. Biz ikinci fazanın reallaşmasına yaxınıq”.
Həqiqətən, çox keçmədən layihənin ikinci fazasının uğurlu başlanğıcı qoyuldu. Belə ki, 2013-cü il dekabrın 17-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə “Şahdəniz-2” qaz yatağı üzrə yekun investisiya qərarının imzalanması mərasimi baş tutdu. Qeyd edək ki, “Şahdəniz-2”-nin təsdiq edilməsi layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir. “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub” qaz dəhlizi vasitəsilə mavi yanacağın Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Xatırladaq ki, qərarın imzalanması mərasimindəki çıxışında Prezident İlham Əliyev “Şahdəniz-2” layihəsini “XXI əsrin layihəsi” adlandırmışdı. Bu günlərdə “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunan mərasim iştirakçılarına videomüraciətində Avropa Komissiyasının sədri Joze Manuel Barrozu da bu layihənin, sadəcə, kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizi, sözün əsl mənasında, geostrateji bir layihə olduğunu deyərək, “Cənub” qaz dəhlizini “XXI əsrin layihəsi” adlandırıb.
Həmçinin, “Cənub” qaz dəhlizinin təməlinin qoyulması mərasimindəki çıxışında Prezident İlham Əliyev layihənin reallaşması yolunda atılan mühüm addımlardan bəhs edib. Dövlət başçısının sözlərinə əsasən, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” qaz kəmərinin tikintisi də tarixi hadisə idi, çünki həmin hadisədən sonra Azərbaycan artıq qaz ölkəsi kimi özünü dünyada tanıtmağa başlayıb: “Bu kəmərin yeni xəttinin tikintisi, əslində, bu gün başlayır. Azərbaycan artıq “Cənub” qaz dəhlizinin birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdir. Ondan sonrakı dövr ərzində biz böyük layihə üzərində işləyirdik. Bildiyiniz kimi, bir neçə variant var idi. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilmişdir. TANAP layihəsi və onun həyata keçirilməsi tarixi hadisədir. Məhz TANAP layihəsinin razılaşdırılmasından sonra artıq “Cənub” qaz dəhlizinin konturları görünməyə başlamışdır. 2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə idi. Eyni zamanda, keçən il artıq qazın satışı ilə bağlı kontraktlar imzalanmışdır. Yəni, bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə olaraq, biz birgə səylərlə “Cənub” qaz dəhlizinin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik”.
Əlbəttə ki, Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan TANAP layihəsi həm ölkəmizin, həm də qitə dövlətlərinin enerji maraqlarına cavab verir. Xatırladaq ki, hələ Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun 2011-ci ildə Azərbaycana səfəri zamanı “Cənub” qaz dəhlizi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu layihənin həyata keçirilməsi üçün həlledici razılaşmalardan biri də, qeyd olunduğu kimi, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Sazişdir. TANAP layihəsi Transxəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək.
Azərbaycan qazını Avropaya daşıyacaq TAP layihəsi isə Xəzər regionundan Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya qaz nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin gücü 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyon kubmetr qaz təşkil edəcəkdir. TAP “Cənub” qaz dəhlizinin əsas halqası sayılır. Layihənin reallaşması nəticəsində Yunanıstana 1,5 milyard, Albaniyaya isə 1 milyard avro sərmayə qoyulacağı gözlənilir.
Beləliklə, xəritəyə nəzər saldıqda, son illərdə Azərbaycanın iştirakı ilə qlobal əhəmiyyətli təbii qaz layihələrinin reallaşdırılmasının və bu sahədə irəliyə doğru addımların atılmasının şahidi olmaq mümkündür. Belə ki, BTƏ qaz kəməri Azərbaycan qazını Gürcüstandan keçməklə Türkiyənin şərq hissəsinə daşıyır. Tikiləcək TANAP kəməri qazı Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhədə gətirəcək. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək. Bu isə Avropada “mavi yanacaq” bazarını genişləndirəcək, istehlakçı ölkələr isə enerji mənbələrinin çoxaldılması yolu ilə öz təhlükəsizliklərini daha etibarlı təmin edə biləcək.
Dövlət başçısının söylədiyi kimi, “Cənub” qaz dəhlizinin reallaşması ilə artıq layihə üç ölkə səviyyəsindən çıxaraq çoxlu sayda ölkəyə prosesdə iştirak imkanı yaradacaq: “Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi - Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər”.
Beləliklə, Avropanın yeni enerji xəritəsi Bakıda çəkilir. Bu gün Azərbaycanın dünya enerji bazarlarında hasilatçı ölkə olaraq ön sıralara doğru irəliləməsi danılmaz həqiqətdir. Düzgün enerji siyasəti sayəsində Azərbaycan özünün inkişafını təmin edir, eyni zamanda, çoxsaylı tərəfdaşlar qazanmaqla, özünün beynəlxalq aləmdəki nüfuzunu və mövqelərini durmadan gücləndirir. Azərbaycanın enerji siyasətinin regional və qitə miqyaslı rolu da bunu təsdiq edir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

