Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir
01.10.2014 [09:42]
Prezident İlham Əliyev: Heç bir başqa ölkədə son on il ərzində iqtisadiyyat bu qədər artmamışdır
Məlum olduğu kimi, bir neçə il bundan əvvəl başlayan qlobal maliyyə-iqtisadi böhranı ayrı-ayrı ölkələrdə ciddi fəsadlarla nəticələnib-istehsal aşağı düşüb, çoxlu sayda iş yerləri ixtisar edilib, sosial əhəmiyyət daşıyan layihələr təxirə salınıb. Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmiz bu kimi kataklizmlərdən yan keçməyi bacarıb. Hazırda müstəqil Azərbaycan bütün dünyada sabitlik və inkişaf adası kimi səciyyələnir. Ölkə iqtisadiyyatının potensialının ilbəil artması, həmçinin, müsbət makroiqtisadi göstəricilər respublikamızın hərtərəfli dinamik inkişafını təsdiqləyir.
Belə ki, son 10 ildə ölkəmizdə ÜDM istehsalında 3 dəfədən çox artıma nail olunub. Prezident İlham Əliyevin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışında vurğuladığı kimi: “Heç bir başqa ölkədə son on il ərzində iqtisadiyyat bu qədər artmamışdır”.
Son 10 ildə Azərbaycan iqtisadiyyatına 160 milyard dollar həcmində investisiyalar yönəldilib. Ötən il ölkə iqtisadiyyatına müxtəlif mənbələrdən yönəldilən investisiyaların həcmi rekord səviyyəyə-28 milyard dollara çatıb.
Ölkə iqtisadiyyatının inkişaf dinamikasında müşahidə edilən əsas cəhət isə qeyri-neft sektorunun üstün artımı ilə bağlıdır. Məlumdur ki, uzun illər ərzində neft sektoru Azərbaycan iqtisadiyyatında lokomotiv rolunda çıxış edib və bu gün də üstün mövqeyini qoruyub saxlamaqdadır. Bununla belə, ölkəmizdə iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Ölkəmizin gələcək inkişafı ilə bağlı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni paradiqmalar sırasında neft gəlirlərinin modern, innovasiyalara əsaslanan, elm tutumlu sənaye quruculuğu siyasəti mühüm yer tutur. Nəticədə, 10 il ərzində ölkəmizdə qeyri-neft sektoru 2,6 dəfə, o cümlədən regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6 dəfə artıb. Ötən il qeyri-neft sektorunda 10 faiz artım müşahidə edilib.
Uğurla həyata keçirilən iqtisadiyyatın diversifikasiya siyasəti sayəsində ölkənin sənaye xəritəsi daha da zənginləşib, həmçinin, regionlar iqtisadi güc amilinə çevrilib. Belə ki, son 10 il ərzində ölkədə əsasən regionlarda olmaq şərti ilə 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb.
İqtisadiyyatda özəl bölmənin çəkisinin artmasını da xüsusi vurğulamaq gərəkdir. Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə 1,2 milyard manat güzəştli kredit verilib. Bu tədbirlər nəticəsində vergi daxilolmalarında özəl bölmənin payı 42 faizdən 72,5 faizə yüksəlib, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb və ümumi daxili məhsulda özəl sektorun çəkisi 80 faizi ötüb.
Ölkə iqtisadiyyatının həcminin dünyada analoqu olmayan səviyyədə artması paralel surətdə büdcə xərclərinin 20 dəfə artması ilə nəticələnib. Respublikamızda büdcədən, həmçinin, Prezidentin ehtiyat fondundan ayrılan vəsaitlər hesabına genişmiqyaslı infrastruktur və sosial məzmunlu layihələr reallaşdırılır. Ölkəboyu intensiv surətdə həyata keçirilən abadlıq-quruculuq işləri sayəsində şəhər və kəndlərin siması dəyişib. Paytaxt Bakıda və bölgələrdə yeni su, kanalizasiya şəbəkələri qurulur, müasir enerji gücləri yaradılır, ən ucqar kəndlərə belə qaz xətləri çəkilir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən və Onun bilavasitə rəhbərliyi altında uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Dövlət proqramlarının uğurla reallaşdırılması bütövlükdə Azərbaycanın simasını dəyişib. Ümumilikdə, proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. Proqramlar çərçivəsində 2708 məktəb, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilib və ya əsaslı təmir olunub.
Hazırda ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı uğurla reallaşdırılır. Qeyd edək ki, yeni Dövlət Proqramı çərçivəsində ölkədə 300-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir.
Xatırlatmaq yerinə düşər ki, dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildə seçkiqabağı təbliğat kampaniyası çərçivəsində yerlərdə keçirdiyi görüşlərdə prezident seçiləcəyi təqdirdə ölkədə işsizlik probleminin həllinə nail olacağına söz vermişdi. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev ötən dövrdə bu vədini yerinə yetirməyə nail olub. Onun məqsədyönlü siyasəti sayəsində iqtisadiyyatın həcminin dinamik şəkildə artması ölkədə işsizliyin 5 faizədək aşağı düşməsi ilə nəticələnib. Belə ki, son 10 ildə respublikamızda 1 milyon 300 min yeni iş yerləri yaradılıb ki, onların da təxminən 1 milyonu daimi iş yerləridir. Belə bir fakt da çox əlamətdardır ki, yeni açılan iş yerlərinin 80 faizdən çoxu Azərbaycanın bölgələrinin payına düşür. Yeni iş yerlərinin açılması regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında da əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Qeyd edək ki, sözügedən Dövlət Proqramının uğurla reallaşdırılması nəticəsində ilin əvvəlindən bəri 70 minə yaxın yeni iş yerləri yaradılıb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında ölkədə əhalinin təbii artımına diqqət çəkərək yeni iş yerlərinin açılmasını davamlı bir prosesə çevirməyin və bu məqsədlə düşünülmüş bir konsepsiyanın hazırlanmasının zəruriliyini gündəmə gətirib. “İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıbdır, gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək. Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı düşünülmüş bir konsepsiya hazırlansın”.
Təbii ki, dünyadakı qlobal böhran şəraitində Azərbaycanın dinamik iqtisadi inkişafa nail olması beynəlxalq miqyasda da böyük maraqla izlənilir. Son vaxtlarda respublikamızda səfərdə olan ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları iqtisadi inkişaf sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıblar. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrində də ölkə iqtisadiyyatının daim artan templə inkişaf etməsinə yüksək qiymət verilir. Məsələn, Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadi sahədə rəqabət qabiliyyətliliyinə görə daha bir pillə irəliləyərək 38-ci yerdə qərar tutub. Prezident İlham Əliyev Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdəki çıxışında Azərbaycanın Davos Dünya İqtisadi Forumunun son hesabatında daha bir pillə irəliləməsindən məmnunluqla söhbət açaraq deyib: “Bu yaxınlarda Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 38-ci yerdədir. Bu, bizim üçün çox böyük nailiyyətdir və onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir”.
Yeri gəlmişkən, bu günlərdə təməli qoyulan “Cənub” qaz dəhlizi də Azərbaycan iqtisadiyyatı üçün yeni inkişaf perspektivləri vəd edir. “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdəki çıxışında bu məqama toxunan Prezident İlham Əliyev deyib: “Bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

