Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Daşkəsən rayonunda 2014-cü ilin 9 ayında çox uğurlu işlər görülüb və mühüm nailiyyətlər əldə olunub

Daşkəsən rayonunda 2014-cü ilin 9 ayında çox uğurlu işlər görülüb və mühüm nailiyyətlər əldə olunub

15.10.2014 [09:56]

Daşkəsəndə 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilib
Dünən Daşkəsən rayonunda 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilib. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq vurğulayıb ki, 2014-cü il Daşkəsən rayonunun tarixinə qızıl hərflərlə həkk olunacaq. Ona görə ki, bu ildə çox geniş miqyasda tikinti, quruculuq, abadlıq və yenidənqurma işləri aparılıb və ilin sonuna qədər onların tamamlanması nəzərdə tutulur: “Respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2014-cü ilin 9 ayında bir çox işlər görülmüş və nailiyyətlər əldə olunmuşdur. Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli artmışdır. İnanırıq ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsən 2014-cü ildə özünün ən sürətli inkişafına çatacaqdır. Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Daşkəsən Filizsaflaşdırma Kombinatının yenidən fəaliyyətə başlaması böyük bir sənaye kompleksinin yaranması deməkdir. Aidiyyəti ünvanlarla bu sahənin inkişafı üzrə müqavilələr bağlanmışdır. Müqaviləyə əsasən “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC 12 ədəd yeni “BelAZ” markalı karxana yük avtomobili almışdır. Həmin maşınlardan dəmir filizi hasilatında istifadə ediləcək, bununla da hasil olunan filizin maya dəyərinin 20 faiz aşağı düşməsinə imkan yaranacaqdır”.
İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev daha sonra bildirib ki, 2014-cü ilin 9 ayı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb və hazırda da həmin işlər davam etdirilməkdədir. Cari ilin keçən dövrü ərzində Statistika İdarəsinin yeni müasir inzibati binası istifadəyə verilib. Quşçu, Mollahəsənli, Daşkəsən qəsəbə, Əmirvar kənd tam orta, Bayan, Əmirvar-Əhmədli, Muşavaq ümumi orta məktəbləri və Daşkəsən şəhərində 5 saylı Körpələr evi uşaq bağçası müasir tələblər səviyyəsində tikilərək istifadəyə verilib. Həmçinin, S.Vurğun adına 4 saylı şəhər, Alunitdağ qəsəbə, Kəmərqaya, Astaf kənd tam, Əhmədli, Xoşbulaq kənd ümumi orta məktəblərində və Quşçu kənd uşaq bağçasında təmir işləri aparılıb. Qabaqtəpə kənd xəstəxanasında, Zəylik və Çovdar tibb məntəqələrində Xoşbulaq 2 saylı kitabxanasında, Qazaxyolçular kənd klubunda və Quşçu kənd mədəniyyət evində təmir işləri aparılıb. Çovdar qızıl zavodunun tikintisi davam etdirilib, hazırda zavodda son tamamlanma işləri aparılır. Yatağın tam istifadəyə verilməsi burada 300 nəfər əhalinin işlə təmin olunmasına imkan yaradacaq: “Heydər Əliyev Mərkəzinin əsaslı təmir işləri, Daşkəsən rayon İcra Hakimiyyəti üçün yeni müasir tipli inzibati binanın, Xoşbulaq kəndində Gənclərin Təlim və İstirahət Mərkəzinin, Daşkəsən şəhərində yeni avtovağzal kompleksinin, Quşçu qəsəbəsində 16 mənzilli yeni yaşayış binasının tikinti işləri başa çatdırılmışdır. Adları qeyd olunan bu tikintilərin yaxın günlərdə möhtəşəm bir açılışı olacaqdır. Daşkəsən şəhərinin girəcəyindən başlamaqla Heydər Əliyev prospektinə və Heydər Əliyev meydanına və digər küçələrə 26 000 kv.m yeni asfalt örtüyü salınmışdır. Şəhərin küçələrində 6000 kv.m istinad divarlarında təmir işləri aparılıb. 3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən 21,3 km uzunluğunda olan Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi uğurla başa çatdırılaraq əhalinin istifadəsinə verilib. 12 km uzunluğu olan Daşkəsən-Xoşbulaq avtomobil yolu əsaslı təmir edilib. Bundan başqa, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaq. Rayonumuzda əlavə olaraq yeni yaşayış binalarının, evlərinin tikintisinin aparılması sahəsində aidiyyəti üzrə respublika tabeli qurumlar tərəfindən tədbirlər görülməlidir. Bu istiqamətdə işlərin görülməsi üçün Xoşbulaq kəndi ərazisində əlverişli şərait vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər”.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxışında onu da bildirib ki, “Yeni Daşkəsən” layihəsi işlənib elmi əsaslarla hazırlanıb və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli layihədə əsas vəzifə kimi qarşıya qoyulub.
O, qarşıdakı dövrdə görüləcək işlərlə bağlı da məlumat verib. Qeyd olunub ki, 3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən-Əmirvar - Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunub və bu proqramın həyata keçirilməsi 2014-cü il Dövlət Proqramına salınıb və təsdiq olunub: “Daşkəsən rayonu ərazisindəki yay otlaq sahələrindən təyinatına uyğun və səmərəli istifadənin təmin edilməsi, habelə onların mühafizəsinə nəzarətin gücləndirilməsi məqsədilə Daşkəsən rayonunun ərazisindən digər rayonların istifadəsinə verilmiş Dövlət fondu yay otlaq sahələrinin Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi xahiş olunmuş, məhz hörmətli Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən məsələyə baxılaraq, müraciət müsbət həll olunmuş, bu barədə Nazirlər Kabineti müvafiq sərəncam vermişdir”.
Əhəd Abıyev çıxışının sonunda bildirib ki, qarşıda çox məsul və şərəfli vəzifələr durur. Bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün hər kəs üzərinə düşən işin öhdəsindən layiqincə gəlməlidir: “Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında müxtəlif sahələrdə mövcud vəziyyəti hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən möhtərəm Prezidentimiz cənab İlham Əliyev yekun nitqində demişdir: “Əminəm ki, ilin sonuna qədər bütün vəzifələr uğurla icra ediləcək. 2014-cü ili uğurla başa vuracağıq, 2015-ci ili də uğurla başlayacağıq”.
Daha sonra Daşkəsən rayonu üzrə Maliyyə İdarəsinin rəisi Natiq Zeynalov, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev, Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov çıxış edib, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, qarşıda duran vəzifələrin icrasından danışıblar.

Paylaş:
Baxılıb: 1163 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31