“Azərsu” ASC 9 ayın hesabatını verdi
30.10.2014 [09:52]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması ilə bağlı tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Təsdiqlənmiş dövlət proqramlarının icrasını təmin etmək, eləcə də göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2014-cü ilin 9 ayı ərzində genişmiqyaslı tikinti-quraşdırma işləri həyata keçirilib.
2014-cü ilin yanvar-sentyabr ayları ərzində “Azərsu” ASC tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin, respublikanın 24 şəhər və rayon mərkəzlərində dövlət büdcəsi vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına içməli su və kanalizasiya layihələrinin icrası davam etdirilib. Gəncə şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Göygöl mənbəyindən 24,5 km uzunluğunda magistral su xəttinin tikintisi başa çatdırılıb və şəhərə suyun verilməsi təmin edilib. Sabirabad və Saatlı şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb, 61,6 km uzunluğunda Talış-Sabirabad-Saatlı magistral su xəttinin tikintisi həyata keçirilib. Lənkəran və Astara şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutan məhsuldarlığı sutkada 30 min kubmetr olan Xanbulaq sutəmizləyici qurğusunun tikintisi layihəsi icra edilib.
9 ay ərzində Bakı şəhəri və Abşeron yarımadasında da içməli su və kanalizasiya layihələrinin icrası davam etdirilib. Böyük infrastruktur layihələrindən olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğusunun tikintisi üzrə əsas işlər başa çatdırılıb. Ceyranbatan-Balaxanı-Qala-Zirə magistral su xəttinin 22,2 km-lik Qala-Zirə hissəsinin tikintisi yekunlaşıb.
Yanvar-sentyabr ayları ərzində Bakı şəhəri və Abşeron yarımadasında tunel tipli kanalizasiya kollektorlarının tikintisi istiqamətində ciddi işlər görülüb, hazırda Xocasən-Binəqədi-Xırdalan, Dərnəgül-Bakıxanov-Qaraçuxur, Bayıl-Bibiheybət-Lökbatan, Pirşağı tunel tipli kanalizasiya kollektorlarının inşası davam etdirilir. Ümumilikdə yanvar-sentyabr aylarında Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin, regionlarda 842,5 km uzunluğunda magistral və paylayıcı su xətləri çəkilib. Çəkilmiş su xətlərinin 631 km-i regionlarda həyata keçirilmiş layihələrin payına düşür. 9 ay ərzində 235 km-i regionlarda olmaqla 267 km uzunluğunda kanalizasiya və yağış suları xətlərinin çəkilişi təmin edilib. Ötən müddətdə regionlarda 14 ədəd su anbarı tikilib, 12 subartezian quyusu istismara verilib. Yanvar-sentyabr aylarında 119 min ədəd smart-kart tipli su sayğacı quraşdırılıb ki, bunların da 45 mini bölgələrin payına düşür.
Tikinti-quraşdırma işləri üzrə layihələrin icrası nəticəsində 156 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib. Ümumilikdə icra olunan layihələr 358 min nəfərin içməli su təchizatını yaxşılaşdırıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39

