Azərbaycanda “Sənaye ili”ndə 230-dan çox sənaye müəssisəsi yaradılıb
23.01.2015 [09:34]
Prezident İlham Əliyev: Biz bu il böyük metallurgiya kompleksinin tikintisini gözləyirik. Artıq bir müddətdir ki, bu kompleksin yaradılması ilə bağlı işlər aparılır
Məlum olduğu kimi, ölkəmizin gələcək inkişafı baxımından müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirilən yeni paradiqmalar sırasında müasir sənaye quruculuğu siyasəti mühüm yer tutur.
Ümumiyyətlə, son illərdə Azərbaycanda sənayenin iqtisadiyyatın prioritet sahəsi kimi üstün inkişafının təmin edilməsi real zəminə, respublikamızın kifayət qədər geniş potensialına əsaslanır. Eyni zamanda dövlət bu sahənin inkişafına güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən ilin ölkəmizdə “Sənaye ili” elan olunması respublikamızda sənaye quruculuğuna göstərilən böyük diqqətin daha bir ifadəsidir.
Azərbaycanda “Sənaye ili” bir sıra istehsalat müəssisələrinin yaradılması, yeni iş yerlərinin açılması ilə əlamətdar olub
Ölkəmizdə ötən ilin uğurlu göstəriciləri sırasında sənaye quruculuğu sahəsində qazanılan yüksək nəticələri xüsusi vurğulamaq gərəkdir. Respublikamızda “Sənaye ili” bir sıra istehsalat müəssisələrinin yaradılması, çoxlu sayda yeni iş yerlərinin açılması ilə əlamətdar olub. Təsadüfi deyil ki, yanvarın 10-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında dövlət başçısı ötən il sənaye quruculuğu sahəsində əldə olunan nailiyyətləri xüsusi vurğulayıb: “Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdir və 230-dan çox sənaye müəssisəsi yaradılmışdır. 123 min yeni iş yeri açılmışdır ki, onlardan təxminən 100 mini daimi iş yeridir”.
Qeyd edək ki, Azərbaycanda “Sənaye ili” bir sıra irihəcmli layihələrin həyata keçirilməsi ilə əlamətdar olub. Dövlət başçısı Nazirlər Kabinetinin sözügedən iclasındakı çıxışında ötən il ölkəmizdə reallaşdırılan layihələri məmnunluqla nəzərə çatdırıb: “Keçən il bir neçə iri layihə icra edilmişdir. Hər bir layihə özlüyündə nəhəng bir layihədir. Mən onların arasında Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulmasını xüsusilə qeyd etmək istəyirəm. Eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalı istifadəyə verilmişdir. Yəni, bu layihənin birinci mərhələsinin birinci hissəsi artıq icra edilmişdir. Şəmkirçay su anbarı istifadəyə verilmişdir. Bu da nəhəng layihədir, ölkəmizin uzunmüddətli və sürətli inkişafına təkan verəcək. Eyni zamanda, böyük sənaye müəssisələri, o cümlədən “Norm” sement zavodu istifadəyə verilmişdir ki, orada sementin istehsalı 2 milyon tona bərabərdir”.
Əlamətdar haldır ki, yeni sənaye müəssisələri hesabına respublikamızda bir sıra məhsullara olan daxili tələbatın ödənilməsi tam təmin olunub, hətta ölkəmizin böyük ixrac potensialı da yaranıb. Azərbaycan sementə, gipsə, hörgü bloklarına, metal konstruksiyaya, boya və sair məhsullara olan tələbatını artıq daxili istehsal hesabına tam təmin edir.
Prezident İlham Əliyev Sumqayıtda yaradılan Kimya Sənaye Parkını ölkə sənayesində yeni inkişaf mərhələsi kimi dəyərləndirib. Hazırda sözügedən nəhəng sənaye parkında xarici və daxili infrastrukturun yaradılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Artıq parkda fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına start verilib, yaxın gələcəkdə isə hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin, vərəqə şüşə istehsalına başlanılacaq. Digər bir iri sənaye parkı isə Balaxanıda yaradılır. Burada tullantıları emal edəcək ayrı-ayrı müəssisələr fəaliyyət göstərəcək ki, bu da paytaxtımızın ekologiyasının yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaq.
Ümumiyyətlə, respublikamızda yeni sənaye müəssisələrinin yaradılmasına dövlət tərəfindən böyük dəstək nümayiş etdirilir. Respublikamızda sənaye müəssisələrinin investisiya təminatında dövlət başçısının “İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında” müvafiq Sərəncamına uyğun olaraq 2006-cı ildə yaradılan “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) Açıq Səhmdar Cəmiyyəti böyük rol oynayır.
Ölkəmizdə yeni sənaye müəssisələrinin yaradılmasına güzəştli şərtlərlə kreditlər ayrılması da təqdirəlayiq haldır. Son illərdə ölkəmizdə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 24 obyektdə isə işlər davam etdirilir.
Ölkəmizdə kosmik sənayenin inkişafı sürətlə gedir
Azərbaycanda sənaye quruculuğunu səciyyələndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmizdə ənənəvi istehsal müəssisələrinin maddi-texniki imkanları genişləndirilməklə yanaşı, innovativ, elm tutumlu sənaye quruculuğu prioritet elan olunub. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında vurğuladığı kimi: “Biz yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyuruq və bu layihələr həm elmin inkişafına xidmət göstərir, idarəetmə məsələlərini təkmilləşdirir, eyni zamanda, cəmiyyətdə hələ də mövcud olan xoşagəlməz halların qarşısını alır”.
Qısa müstəqillik tarixinə malik Azərbaycanın artıq dünya kosmik ailəsinə daxil olması son dərəcə qürurverici haldır. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Ölkəmizin ilk peyki olan “Azerspace-1” 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Hazırda “Azerspace-1” peykinin üzərindən yerli və beynəlxalq səviyyəli 129 televiziya və 16 radio kanalı yayımlanır.
Azərbaycanın dünya kosmos ailəsinin tərkibində fəaliyyəti yalnız “Azerspace-1”lə yekunlaşmır. “Azərkosmos” ASC ilə Fransanın “Airbus Defence and Space” şirkəti arasında ötən ilin may ayında imzalanan anlaşma memorandumuna uyğun olaraq 2014-cü ilin sonlarında ölkəmizə məxsus ikinci peyk də orbitə çıxarılıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasındakı çıxışında ikinci peykimizin də müvəffəqiyyətlə orbitə çıxarılmasını məmnunluq hissi ilə diqqətə çatdıraraq bunu çox gözəl hadisə kimi səciyyələndirib: “Keçən il ikinci peykimiz orbitə buraxıldı. Bu da çox gözəl hadisədir. Bu da nəhəng layihələr arasında özünəməxsus yer tutan bir layihədir. Artıq bizim iki peykimiz var. Biri telekommunikasiya peyki, ikincisi Yer səthini müşahidə edən peyk. Bunun çox böyük əhəmiyyəti var və Azərbaycanda kosmik sənayenin inkişafı sürətlə gedir”.
Uzunmüddətli, düşünülmüş siyasət sayəsində respublikamız bundan sonrakı illərdə də uğurla inkişaf edəcək
Hazırda dünyada müşahidə olunan qlobal risklər fonunda Azərbaycanın öz iqtisadi potensialını ilbəil genişləndirməsi, o cümlədən də sənaye quruculuğu sahəsində böyük uğurlar qazanması diqqətəlayiq haldır. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan iclasdakı çıxışında diqqəti dünya üçün böhranlı illərdə belə ölkəmizin uğurlar qazanmasını şərtləndirən amillərə yönəldib. Dövlət başçısı respublikamızdakı uğurlu mənzərəni təmin etmək üçün böyük səylər göstərildiyini xüsusi qeyd edərək bildirib: “Nəzərə alsaq ki, Azərbaycan dünya iqtisadiyyatına çoxdan inteqrasiya edib, biz dünya iqtisadiyyatının bir parçasıyıq, belə uğurlu mənzərəni təmin etmək üçün, əlbəttə, böyük səylər göstərilməli, uzunmüddətli, düşünülmüş siyasət aparılmalı idi. Biz buna planlı, əsaslı şəkildə nail ola bilmişik. Bu nəticələr deməyə əsas verir ki, Azərbaycan bundan sonrakı illərdə də uğurla inkişaf edəcək”.
Sənaye quruculuğu ilə bağlı ölkəmizi gələcəkdə daha böyük uğurlar gözləyir. Respublikamızın sənaye perspektivlərindən söhbət açarkən böyük metallurgiya kompleksinin yaradılması istiqamətində görülən işləri xüsusi vurğulamaq gərəkdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında vurğulayıb ki, cari ildə gəlirlərimizin azalacağı ehtimal edilsə də, bu layihənin yerinə yetirilməsində heç bir yubanma ola bilməz: “Biz bu il böyük metallurgiya kompleksinin tikintisini gözləyirik. Artıq bir müddətdir ki, bu kompleksin yaradılması ilə bağlı işlər aparılır. Xarici məsləhətçilər cəlb edilmişdir. Demək olar ki, texniki-iqtisadi əsaslandırma artıq hazırdır. Bizim təbii resurslarımız, filiz yataqlarımız var. Əlbəttə, biz çalışmalıyıq ki, öz təbii imkanlarımızdan, resurslarımızdan maksimum dərəcədə istifadə edək və özümüz hazır məhsul istehsal edək. Yəni, budur bizim əsas məqsədimiz. Biz hər bir sahədə hazır məhsul istehsal etməliyik. Bu, böyük dövlət vəsaiti tələb edən layihədir. Baxmayaraq ki, indi bizim gəlirlərimiz azalacaq, hesab edirəm, bu layihə sənayemizin inkişafı üçün prioritetdir, minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Beləliklə, Azərbaycanda yeni ixrac məhsulu yaranacaq və bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına əlavə təkan verəcəkdir. Ona görə bu layihənin icrası ilə bağlı heç bir yubanma ola bilməz”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

