Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili ilə bağlı təkliflər hazırlanıb

Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili ilə bağlı təkliflər hazırlanıb

25.07.2015 [10:16]

Azərbaycanda müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatlar aparılması üçün yaradılan Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili ilə bağlı təkliflər hazırlanıb. Təkliflərə əsasən, yüksək texnologiyalar ekosisteminin gələcək inkişafı üçün bir sıra yeni təşəbbüslər ölkəmizdə tətbiq olunacaq. Hazırda həmin təşəbbüslərin həyata keçirilməsi ilə bağlı işlər aparılır. Bundan əlavə, Pirallahı adasında tikiləcək Yüksək Texnologiyalar Parkının baş planın və ümumi inşaat layihəsinin hazırlanması üçün texniki məsləhətçi olaraq Kanadanın “Hill İnternational” şirkəti ilə müqavilə imzalanıb.
YT Park” MMC-dən AZƏRTAC-a bildirilib ki, Yüksək Texnologiyalar Parkının tikintisi məqsədi ilə ayrılmış ərazidə hazırlıq işləri davam edir. Artıq birinci binanın inşasına başlanılıb. İlk mərhələdə “showroom” kimi istismara veriləcək bu bina gələcəkdə YTP tərəfindən həm də inzibati - təsərrüfat obyekti kimi istifadə olunacaq. Yaxın zamanda YTP-nin baş planının təsdiq edilməsindən sonra birinci fazaya daxil olan əsas binaların təməlqoyma mərasiminin keçirilməsi nəzərdə tutulub. Bundan sonra isə texnoparka ilk potensial investor rezidentlərin qəbuluna başlanılacaq.

 
Paylaş:
Baxılıb: 771 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31