/ / Azərbaycanın alternativ (bərpa olunan) enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar
Azərbaycanın alternativ (bərpa olunan) enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar
30.09.2015 [09:49]
Bütün dünyada geniş istifadə olunan ənənəvi enerji mənbələrinin tədricən tükənməsi və onlardan istifadə zamanı ətraf mühitin çirklənməsi alternativ, yaxud bərpa olunan enerji mənbələrindən istifadə məsələsinin aktuallığını artırır. Müasir dövrdə bir sıra inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrinin geniş istifadəsi həyata keçirilir. Bərpa olunan alternativ enerji mənbələri dedikdə, əsasən günəş və külək enerjisi, axar sular, termal sular, qabarma və çəkilmə, eləcə də biokütlə enerjisi başa düşülür. Alternativ enerji mənbələrindən daha çox elektrik enerjisinin alınması üçün istifadə olunur.
Dünya üzrə alternativ enerjidən istifadə
Dünya əhalisinin sayının artması, tükənən enerji mənbələrindən, xüsusən də karbohidrogen resurslarından istifadənin genişlənməsi ilə əlaqədar ənənəvi enerji mənbələrinin yaxın onilliklərdə hiss olunacaq dərəcədə azalması gözlənilir. Digər tərəfdən, bəzi ekspertlərin fikrincə, ənənəvi enerji mənbələrindən istifadə nəticəsində yaranan tullantılar Yer atmosferində geriyə dönməz proseslərə gətirib çıxara, qlobal iqlimin istiləşməsinə və onun gətirə biləcəyi fəsadlara təkan verə bilər. Bu və digər amillər dünyada alternativ enerji mənbələrindən istifadə təcrübəsinin son illərdə genişlənməsinə səbəb olub. “XXI əsrdə bərpa olunan enerji siyasəti şəbəkəsi”nin ekspertlər qrupunun hazırladığı 2015-ci il hesabatına əsasən, 2013-cü ildə dünyada istehlak olunan elektrik enerjisinin 19,1 faizi bərpa olunan enerjinin payına düşürdüsə, 2014-cü ildə bu göstərici 22,8 faizə yüksəlib. Son bir ildə su, külək və günəş enerjisindən birlikdə 128 GVt enerji hasil edilib. Ayrı-ayrı ölkələrin təcrübəsinə gəlincə, 2014-cü ildə Danimarkada elektrik enerjisinə olan tələbatın 39,1 faizi, Portuqaliyada 27 faizi, Nikaraquada isə 21 faizi külək enerjisi hesabına ödənilib. İtaliyada istifadə olunan elektrik enerjisinin 7,9 faizi, Yunanıstanda 7,6 faizi, Almaniyada isə 7 faizi günəşdən alınan enerjinin payına düşüb.
Bərpa olunan ehtiyatlardan topladığı enerjinin həcminə görə ilk beşlikdə ardıcıl olaraq Çin, ABŞ, Braziliya, Almaniya və Kanada dayanır. Qeyri-su mənşəli alternativ mənbələrdən toplanan enerjiyə görə isə ilk beşlikdə ardıcıl olaraq Çin, ABŞ, Almaniya, İtaliya və İspaniya yer alır. Həmçinin, qeyri-su mənşəli alternativ mənbələrdən hasil olunan enerjinin adambaşına düşən payına görə isə Danimarka, Almaniya, İsveç, İspaniya və Portuqaliya ilk beşliyi təşkil edir.
Dünyada su elektrik stansiyalarının geniş yayılması və xüsusən də çayların enerjisindən geniş istifadə səbəbilə, bərpa olunan enerji mənbələri dedikdə, daha çox günəş və külək enerjisindən yararlanma nəzərdə tutulur. Bu iki sahəyə investisiya qoyuluşu sürətlə artmaqdadır. 2014-cü ildə günəş enerjisi hasilatı sahəsinə yatırılan investisiyalar geniş həcmdə su mənbələri istisna olmaqla, bütövlükdə bərpa olunan enerji sahəsinə ayrılan yatırımların 55 faizini, külək enerjisi isə 36,8 faizini təşkil edib. 2013-cü illə müqayisədə günəş enerjisindən istifadəyə qoyulan investisiyalar 25 faiz artaraq 149,5 milyard dollara, külək enerjisi üçün isə 11 faiz artaraq 99,5 milyard dollara çatıb.
2004-2014-cü illərdə dünyada günəş enerjisindən istifadə 48 dəfə artıb. Bu məqsədlə istifadə olunan qurğular əsasən Çin, Yaponiya və ABŞ-da istehsal və istifadə olunur.
Külək enerjisindən istifadə 2004-2014-cü illərdə 8 dəfəyə yaxın artıb. Bu sahədə ilk yerlərdə Çin, Almaniya və ABŞ dayansa da, Braziliya, Kanada, Britaniya, Türkiyə də ilk onluqda yer alır. İndoneziya, Monqolustan, Pakistan və bir sıra Şərqi Asiya ölkələri külək enerjisindən istifadə üzrə öz bazarlarını formalaşdırmaqdadırlar.
Azərbaycanın zəngin bərpa olunan enerji mənbələri mövcuddur
Azərbaycanda alternativ enerji mənbələrinin istifadəsindən böyük fayda götürülməsi üçün geniş potensial mövcuddur. Respublikamızın təbii iqlim şəraiti tükənməz alternativ enerji mənbəyi olan günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa imkan verir. Hesablamalara görə, ölkədə günəşli saatların miqdarı il ərzində 2400-3200 saatdır. Müqayisə üçün bildirək ki, ABŞ-da və Orta Asiya ölkələrində bu göstərici 2500-3000, Rusiyada isə 500-2000 saatdır. İl ərzində yer səthinə düşən günəş şüalarının miqdarına görə də Azərbaycanda günəş enerjisinin istifadəsi effektli hesab olunur. Günəş enerjisindən istifadə Azərbaycanın bir çox regionlarının elektrik enerjisi ilə təminatında təsirli rol oynaya bilər.
Azərbaycanın coğrafi-iqlim şəraiti bir çox rayonlarda külək enerjisi qurğularının tətbiqinin böyük perspektivləri olduğunu deməyə əsas verir. Araşdırmalar göstərir ki, Azərbaycan illik 800 MVt-a yaxın külək enerjisi ehtiyatına malikdir. Hesablamalara görə, bu ehtiyat ildə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə öz növbəsində, ildə bir milyon ton şərti yanacağa qənaət, habelə ətraf mühitin külli miqdarda tullantılarla çirkləndirilməsinin qarşısının xeyli dərəcədə alınması deməkdir. Öz maya dəyərinə görə digər alternativ enerji mənbələri ilə müqayisədə daha ucuz başa gələn külək enerjisi qurğularının yerləşdirilməsi üçün ən münasib bölgələr Abşeron yarımadası, Xəzər dənizi sahili zolağında və hövzənin şimal-qərb hissəsində yerləşən adalar hesab olunur. Abşeron yarımadasında uzunmüddətli küləyin orta sürəti 6 metr/saniyədən artıqdır ki, bu da küləyin enerjisindən geniş şəkildə yararlanmağa imkan verir. Nisbətən az küləkli olmasına baxmayaraq, Gəncə-Daşkəsən zonasında və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisində də külək elektrik qurğularından istifadə etmək mümkündür.
Elektrik enerjisinin istehsalında istilik elektrik qurğuları ilə müqayisədə su elektrik stansiyaları ekoloji cəhətdən əlverişliliyi ilə fərqlənir. Qeyd edək ki, respublikada ümumi enerji sistemində SES-lərin istehsal gücünün ümumi çəkisi 17,8 faiz təşkil edir. Hidroenergetika ehtiyatlarının, başqa sözlə su enerjisinin mənimsənilməsinə əsaslanan kiçik SES-lərin sayının artırılması iqtisadi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanda saatda 6300 MVt elektrik enerjisi istehsal olunur, ki, bunun da böyük hissəsi SES-lərin payına düşür. Azərbaycanda SES-lərdən istifadə sahəsi üzrə xeyli inkişaf və irəliləyiş əldə olunub.
Bundan əlavə, digər enerji mənbələri qismində biokütlə və termal enerjidən də istifadə edilməsi mümkündür. Əsas etibarilə yanma qabiliyyəti olan sənaye, ağac emalı, kənd təsərrüfatı məhsulları, üzvi birləşmələrin, məişət və kommunal sahələrin tullantılarından ibarət olan biokütlənın yandırılmasından alınan enerjinin binaların, məktəblərin qızdırılmasında istifadəsi təcrübəsindən bir sıra ölkələrdə istifadə edilir. Azərbaycanın termal sularla zəngin olan Böyük və Kiçik Qafqaz dağları, Abşeron yarımadası, Kür çökəkliyi ərazilərində geotermal enerji mənbələrinin istifadəyə cəlb edilməsilə məişət və digər sahələrdə istilik enerjisinə olan ehtiyacın bir hissəsinin təmin edilməsi mümkündür.
Alternativ enerjidən istifadə üzrə görülən işlər
Alternativ enerji mənbələrinin bir çoxu üzrə Azərbaycanda ekoloji mühitə zərər vermədən enerji hasilatı mümkündür. Bu məqsədlə Prezident İlham Əliyevin 2004-cü il 21 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiq olunub. Bu proqramda elektrik enerjisinin istehsalında alternativ enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi, Azərbaycanda alternativ enerji mənbələrinin hesabına enerji gücünün artırılması və bununla da ölkənin enerji təhlükəsizliyinin yüksəldilməsi kimi vəzifələr qarşıya qoyulub. Alternativ enerji mənbələrindən istifadə prosesinin daha səmərəli və sürətlə aparılması üçün dövlət başçısının Fərmanı ilə 2009-cu ildə Sənaye və Energetika Nazirliyinin nəzdində Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) yaradılıb.
Bununla belə, sözügedən dövlət proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə özəl investisiya mənbələrinin cəlb olunması da münasib addım hesab olunur.
Dövlət proqramında nəzərdə tutulan tədbirlərin bir qismi konkret müddətləri əhatə etsə də, bəzi tədbirlər mütəmadi qaydada həyata keçirilir. Həmin tədbirlərə bərpa olunan enerji mənbələrindən istifadə üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılmasını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi, bu sahə üzrə mütəxəssislərin hazırlanması və enerji istehlakçılarının maarifləndirilməsi istiqamətində işlərin aparılması, ölkədə alternativ enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılması və payız-qış mövsümlərində kənd təsərrüfatı məhsullarının istehsalı üzrə istixanaların qızdırılmasında geotermal su mənbələrindən istifadə edilməsi daxildir. Bu tədbirlərin həyata keçirilməsi üçün ABOEMDA-nın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Maliyyə Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və digər müvafiq dövlət orqanlarının əlaqəli şəkildə fəaliyyəti təmin edilir.
Bərpa olunan enerjinin inkişafını təmin etmək üçün ABOEMDA alternativ və bərpa olunan enerji mənbələri üzrə təcrübi hibrid poliqonunu inkişaf etdirməkdədir. Həmin poliqon 5,5 MVt enerji istehsal edəcək və Qobustan şəhərinin elektrik enerjisini təchiz edəcək, enerjinin 2,7 MVt-ı külək qurğuları, 1,8 MVt-ı günəş stansiyaları və 1,1 MVt-ı bioqaz stansiyaları tərəfindən istehsal ediləcək.
Bundan əlavə, külək və günəş enerjisindən istifadənin genişləndirilməsi məqsədilə bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində qarşıdakı illərdə bir sıra layihələrin reallaşdırılması da nəzərdə tutulub.
Ümumiyyətlə, dövlətin bu sahəyə diqqətini nəzərə alsaq, yaxın gələcəkdə Azərbaycanda alternativ enerji mənbələrindən istifadə sahəsində mühüm praktik nəticələrin əldə olunacağını söyləmək mümkündür.
Zahid İLHAMOĞLU,
“Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46

