Azərbaycanda son 9 ayda sənaye istehsalı 2,1, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb
19.10.2015 [10:02]
Prezident İlham Əliyev: Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri sənaye istehsalı və kənd təsərrüfatı istehsalı ilə bağlı olacaqdır
Son 12 ildə dünyada müşahidə edilən siyasi gərginliklərə və iqtisadi tənəzzül meyillərinə baxmayaraq, Azərbaycanın mənzərəsi möhkəm daxili sabitliklə və analoqu olmayan inkişafla səciyyələnib. Bəhs olunan dövrdə respublikamızın sosial-iqtisadi inkişaf göstəriciləri ayrı-ayrı ölkələrdəki vəziyyətlə müqayisədə kifayət qədər yüksəkdir və böyük nikbinlik doğurur. 2004-cü ildən bəri Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox genişlənib ki, bu da dünya üzrə rekord göstəricidir. Eyni zamanda, ölkədə makroiqtisadi sabitlik davamlı olaraq təmin olunub. Əhalinin gəlirləri inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir. Ölkədə yoxsulluğun və işsizliyin səviyyəsi 5 faizədək azalıb.
Qeyri-neft sektoru ölkənin iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsidir
Məlumdur ki, son illərdə qlobal miqyasda baş verən kataklizmlər ilk növbədə iqtisadiyyatı neft amili ilə sıx bağlı olan ölkələri ciddi çətinliklər qarşısında qoyub. Dünya birjalarında neftin qiymətinin aşağı düşməsi ixracının əsasını neft və neft məhsulları təşkil edən ölkələrin gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb ki, bu səbəbdən də həmin ölkələrdə zəncirvari mənfi meyillər getdikcə daha da güclənməkdədir.
Belə bir şəraitdə iqtisadiyyatı neft amili ilə sıx bağlı olan Azərbaycanın öz potensialını əhəmiyyətli dərəcədə genişləndirməsi ölkəmizin fərqli və nümunəvi inkişaf modelinə malik olmasının nəticəsidir. Başqa sözlə desək, qlobal risklər şəraitində ölkəmizin yeni uğurlar qazanması ilk növbədə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü şaxələndirmə siyasəti ilə bağlıdır. Zəngin neft-qaz resurslarına malik olan respublikamız eyni zamanda elə bir inkişaf modeli seçib ki, burada neft amili əsas rol oynamasın. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda davamlı şəkildə həyata keçirilən islahatlar, qarşıya qoyulan hədəflər iqtisadiyyatın diversifikasiya edilməsinə və ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna keçməsinə yönəldilib. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idisə, hazırda bu nisbət qeyri-neft sektorunun xeyrinə əhəmiyyətli dərəcədə dəyişib.
Əlamətdar haldır ki, ölkəmizdə qeyri-neft sektorunun genişlənməsi ildən-ilə daha dinamik hal alır. Bunu 2015-ci ilin arxada qalan 9 ayının statistik göstəriciləri bir daha təsdiqləyir. Belə ki, ölkədə aparılan islahatların nəticəsində cari ilin əvvəlindən bəri qeyri-neft sektorunda 6 faizdən çox artıma nail olunub ki, bu da ölkə üzrə ümumi iqtisadi artımdan əhəmiyyətli dərəcədə yüksək göstəricidir.
Son illərdə ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafından söhbət açarkən bir sıra istiqamətlər, o cümlədən də sənayedə və kənd təsərrüfatında artım dinamikasının daha yüksək olduğunu xüsusi vurğulamaq lazımdır. Dövlət başçısı ölkə iqtisadiyyatının gələcək inkişaf perspektivləri barədə söhbət açaraq vurğulayıb: “...Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri sənaye istehsalı və kənd təsərrüfatı istehsalı ilə bağlı olacaqdır”.
Azərbaycanda sənayeləşmə siyasəti uğurla aparılır
Son 12 ildə müstəqil Azərbaycanın dinamik sosial-iqtisadi inkişafını şərtləndirən ən mühüm cəhətlərdən biri məhz ölkənin müasirləşdirilməsi və bu strateji kursa uyğun olaraq modern, dünya trendlərinə cavab verən sənaye quruculuğu siyasətinin aparılması ilə bağlıdır. Qeyd edək ki, Azərbaycanda yüksək texnologiyalara əsaslanan müasir sənaye quruculuğunu həyata keçirmək üçün real zəmin və geniş imkanlar mövcuddur. Respublikanın zəngin əmək, xammal və kadr potensialı, əlverişli biznes mühiti, investisiya qoyuluşunun təşviq edilməsi, dövlətin nümayiş etdirdiyi siyasi iradə, institusional islahatların dəstəklənməsi, möhkəm daxili sabitlik və digər amillər ölkəmizdə müasir sənaye quruculuğunu şərtləndirir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin ölkədə “Sənaye ili” elan olunması respublikamızda sənaye quruculuğuna göstərilən böyük diqqətin ifadəsidir.
Beləliklə, davamlı dövlət dəstəyinin sayəsində Azərbaycan sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsi yüksəlib. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2014-cü ildə 50 faizədək yüksəlib. Son 12 ildə respublikamızda tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb. Ümumiyyətlə, bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Ölkəmizdə 2014-cü ilin və cari ilin 9 ayının uğurlu göstəriciləri sırasında sənaye sahəsində qazanılan yüksək nəticələri xüsusi vurğulamaq gərəkdir. Respublikamızda “Sənaye ili” bir sıra istehsalatların yaradılması, çoxlu sayda yeni iş yerlərinin açılması ilə əlamətdar olub. Belə ki, Azərbaycanda “Sənaye ili” çərçivəsində 230-dan çox sənaye müəssisəsi yaradılıb, 123 min yeni iş yeri açılıb ki, onlardan təxminən 100 mini daimi iş yeridir.
Bütün bu statistik göstəricilər ölkəmizdə sənayeləşmə siyasətinin uğurla həyata keçirildiyini təsdiqləyir. Prezident İlham Əliyev cari ilin 9 ayında respublikamızda sənaye istehsalının artmasının bir neçə il bundan əvvəl sənayeləşmə ilə bağlı qarşıya qoyulan vəzifələrin böyük müvəffəqiyyətlə yerinə yetirilməsinin əlaməti kimi səciyyələndirərək deyib: “Sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artmışdır. Bu da çox müsbət göstəricidir və onu göstərir ki, Azərbaycanda sənayeləşmə siyasəti uğurla icra edilir. Bir neçə il bundan əvvəl qarşıya qoyduğumuz vəzifə icra edilir”.
Respublikada kənd təsərrüfatının inkişafı həm sosial, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır
Dünya üçün çətin keçən illərdə Azərbaycan iqtisadiyyatının davamlı olaraq genişlənməsində böyük potensiala malik aqrar sektorun rolunu da xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə əlverişli coğrafi-iqlim xüsusiyyətləri, regionlarda yaradılan müasir infrastruktur respublikamızda aqrar sektorun qarşısında böyük inkişaf perspektivləri açır. Eyni zamanda, dövlət respublikamızda kənd təsərrüfatının inkişaf etməsi üçün güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini məhz kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən də respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir.
Son illərdə kənd təsərrüfatı məhsulları istehsalında diqqətəlayiq uğurlar əldə olunması ölkəmizin ümumi iqtisadi inkişafına sanballı töhfədir. Dünya Bankının məlumatına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz artıq olub. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramının icrasının birinci ilində ölkəmizdə 5,2 milyard manat dəyərində kənd təsərrüfatı məhsulları, o cümlədən 2,8 milyard manat həcmində heyvandarlıq məhsulları buraxılıb ki, bu da əvvəlki ilə nisbətən 3 faiz artım deməkdir.
Aqrar sektorun inkişafı baxımından cari ilin arxada qalan 9 ayı ərzində kənd təsərrüfatında qazanılan uğurlar da diqqətəlayiqdir. Ölkəmizdə “Kənd təsərrüfatı ili”ndə aqrar sektorda 6,7 faiz artım baş verib ki, bu da kifayət qədər yüksək göstəricidir.
Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları da əhəmiyyətli dərəcədə artıb. Son 10 ildə dünyada ərzaq məhsullarının istehsalında artım 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib. Belə yüksək dinamikanın nəticəsidir ki, hazırda ölkəmizin bir sıra ərzaq məhsulları ilə təminatı sırf daxili istehsal hesabına həyata keçirilir. Azərbaycan artıq özünü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin etmək hədəfinə yaxınlaşıb. Respublikamızda əhalinin ət və ət məhsullarına, üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur.
Həyata keçirilən tədbirlər isə kənd təsərrüfatında gələcəkdə daha uğurlu nəticələr əldə olunacağını söyləməyə əsas verir. Hazırda Azərbaycanda iqtisadi islahatlar davam etdirilir, dövlət tərəfindən fermerlərə subsidiyalar verilir, onlar texnika ilə təmin olunurlar. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyindən söhbət açarkən son illərdə ölkəmizdə həyata keçirilən bir sıra infrastruktur layihələrinin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Aqrar sektorun perspektiv inkişafı baxımından son illərdə istifadəyə verilən Taxtakörpü və Şəmkirçay su anbarları mühüm əhəmiyyətə malikdir. Təkcə onu qeyd etmək kifayətdir ki, bu anbarların hesabına on minlərlə hektar torpağa suyun verilməsi nəzərdə tutulur.
Ölkəmizdə aqrar sektorun gələcək inkişaf perspektivi isə heç şübhəsiz ki, iri fermer təsərrüfatlarının yaradılması ilə bağlıdır. İri fermer təsərrüfatlarının yaradılması ilə təsərrüfatlarda məhsuldarlığın artmasını isə ayrıca qeyd etmək lazımdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iri fermer təsərrüfatlarının yaradılması da, xüsusilə, taxılçılıq sahəsində böyük dönüşə səbəb olmuşdur: “Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında hər hektardan 50-60 sentner məhsul götürülür. Bu, çox yüksək göstəricidir. Nəzərə alaq ki, son illərə qədər bizdə orta məhsuldarlıq 25-26 sentner idi. Bu il isə orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Bu da rekord göstəricidir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16

