Azərbaycan və Kosta-Rika arasında İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
21.10.2015 [10:01]
Azərbaycanın kosmik sənaye potensialının möhkəmləndirilməsi istiqamətində növbəti peyk layihələri icra olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz ilə görüşündə bildirib.
Ölkələrimiz arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanlarından söz açan nazir Əli Abbasov münasibətlərin gələcək inkişafının təmin olunması üçün qarşılıqlı maraq və potensialın olduğunu qeyd edib. Ə.Abbasov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT), rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlar və həyata keçirilən layihələrə də toxunaraq, ölkəmizin regional və qlobal layihələrin təşəbbüskarı kimi çıxış etdiyini bildirib. Azərbaycanda dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyasının tətbiqi, nüvə energetikasi sahəsində aparılan işlərdən danışan nazir bu məqsədlə Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradıldığını, eyni zamanda “Azərspace”, “Azersky” peyklərinə malik olan respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi istiqamətində hazırda növbəti peyk layihələrinin icra edildiyini nəzərə çatdırıb.
Azərbaycanın sosial-iqtısadı inkişafından danışan qonaq bildirib ki, ölkələr arasında əməkdaşlığın əsas istiqamətlərindən birini İKT sahəsi təşkil edir. Manuel Qonzales Sanz əlaqələrin inkişafında səylərin daha da gücləndirilməsini vacib sayıb, birgə layihələrin həyata keçirilməsini təklif edib.
Görüşdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub, həmçinin tərəfləri maraqlandıran digər suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06

