ICAO-nun prezidenti Azərbaycanda səfərdədir
23.10.2015 [10:21]
Oktyabrın 22-də Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) prezidenti Olumuiva Benard Aliu Azərbaycana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, qonağı qarşılayan “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov “Azərbaycan Hava Yolları”nın yüksək sürətlə inkişaf etdiyini vurğulayıb və mülki aviasiyanın hazırkı mərhələsi barədə məlumatlandırıb.
Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi 2014-cü il aprelin 23-də istifadəyə verilib. İldə 6 milyon sərnişin daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin ümumi sahəsi 65 min kvadratmetrdir. Sərnişinlərin rahatlığını təmin etmək üçün aeroportda hər bir imkan yaradılıb - çoxlu sayda kafe və restoranlar, biznes salonlar, interaktiv köşklər və uşaq meydançası mövcuddur, zallarda 2000-dən çox rahat oturacaq, 40 ədəd qeydiyyat masası, 30 eskalator, 21 lift və binanın xaricində teleskopik traplar quraşdırılıb. İdarəetmə mərkəzində quraşdırılmış avadanlıq 165 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə etməyə imkan verir. Yeni uçuş-enmə zolağı ICAO-nun ən yüksək kateqoriyasına cavab verən işıqlandırma sistemləri, radionaviqasiya avadanlığı və radarlarla təchiz olunub.
Aeroportla tanışlıqdan sonra tərəflər arasında görüş keçirilib. Görüşdə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov aviaşirkətin fəaliyyəti, onun uğurlarından bəhs edib.
Görüşdən sonra “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərova üzərində “Təsdiq olunur ki, Heydər Əliyev Beynəlxalq Aeroportu mülki aviasiyanın beynəlxalq uçuşları üçün açıqdır” sözləri yazılan Dövlətlərarası Aviasiya Komitəsinin sertifikatı təqdim olunub. Sertifikatı təqdim edən Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Cahangir Əsgərovu mülki aviasiyanın bacarıqlı mütəxəssisi və veteranı adlandırıb, Heydər Əliyev Beynəlxalq Aeroportunun dünyanın ən yaxşı aeroportlarından biri olduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan hökumətinə ölkədə mülki aviasiyanın inkişafına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
T.Anodina ICAO prezidentinə Azərbaycanda mövcud olan digər aeroportlarla da tanış olmağı tövsiyə edib. Heydər Əliyev Beynəlxalq Aeroportunun möhtəşəmliyi, onun müasir dünya standartlarına və beynəlxalq mülki aviasiyanın tələblərinə cavab verdiyindən danışan T.Anodina bildirib ki, yalnız paytaxt Bakının aeroportu yox, Azərbaycanın digər şəhərlərinin aeroportları da çox gözəldir və müasir tələblərə cavab verirlər.
ICAO prezidenti Olumuiva Benard Aliu “Silk Way Business Aviation”, “Baku Cargo Terminal”ı, “Silk Way Technics” və “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin binalarına baş çəkib, oradakı inkişafla tanış olub, görülən işlər barədə məlumatlandırılıb.
ICAO prezidenti Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılmış şəraitə, mülki aviasiya sahəsində görülən işlərə çox böyük qiymət verib.
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28

