/ / Azərbaycanda qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində geniş tədbirlər həyata keçirilir
Azərbaycanda qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində geniş tədbirlər həyata keçirilir
04.03.2016 [10:15]
Prezident İlham Əliyevin bununla bağlı Fərmanı ölkəmizdə investisiya və biznes mühitinin yaxşılaşdırılması, investisiya fəaliyyətinin genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir
Son dövrlərdə qlobal məkanda müşahidə edilən geosiyasi gərginliklər fonunda yaşanan iqtisadi şoklar, o cümlədən də dünya birjalarında neftin ucuzlaşması, iqtisadi aktivliyin azalması, maliyyə kataklizmləri hər bir ölkəni yeni inkişaf hədəfləri müəyyənləşdirməyə sövq edir. Dünya miqyasında baş verən hadisələr, heç şübhəsiz ki, müstəqillik illərində qlobal məkana sıx inteqrasiya siyasəti həyata keçirən Azərbaycana da təsirsiz ötüşməyib və xarici təsirlər nəticəsində ölkəmizdə yeni iqtisadi şərait yaranıb. Lakin respublikamız məlum gərginliklər fonunda da öz iqtisadi dayanıqlılığını qorumağa və inkişafının ardıcıllığını təmin etməyə qadirdir. Ölkəmiz yaranmış indiki vəziyyətdə də yeni inkişaf hədəflərinə istiqamətlənib. Prezident İlham Əliyevin yeni iqtisadi şəraitin özəllikləri nəzərə alınmaqla verdiyi tapşırıqlar və aldığı mühüm qərarlar sırasında ixracın təşviqini stimullaşdırmaq məqsədilə imzaladığı bir sıra mühüm sənədlər də böyük əhəmiyyət daşıyır. Dövlət başçısı bu günlərdə qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Bəhs olunan Fərman ölkəmizdə yaranan yeni iqtisadi şəraitə uyğun atılan cəsarətli addımların, yeni mərhələdə iqtisadi islahatların davamıdır.
Bu Fərman ölkədə daxili istehsalın artmasına və qeyri-neft məhsullarının ixracının genişlənməsinə yeni stimul verəcək. Dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə onu deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə xarici bazarlarda ölkəmizə şöhrət və maliyyə vəsaitləri gətirən yeni brendlərlə təmsil olunacaq.
İxracın təşviq edilməsi istiqamətində atılan konkret addımlar daxili istehsalın genişlənməsinə yeni stimul verəcək
Məlum olduğu kimi, son illərdə milli iqtisadiyyatımızın qeyri-neft sektorunda istehsal imkanları əhəmiyyətli dərəcədə artıb. Artıq respublikamızın bir sıra tikinti materiallarına olan tələbatı sırf daxili istehsal hesabına ödənilir, hətta bu sahədə geniş ixrac imkanları da var. Ölkəmizin aqrar sektorda ixrac imkanları isə daha genişdir. Qeyd edək ki, Azərbaycan ənənəvi olaraq xarici bazarlara kənd təsərrüfatı məhsulları çıxaran ölkədir. Son illərdə isə müasir aqrar-sənaye komplekslərinin yaradılması nəticəsində respublikamızın xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq imkanları da artıb. Paralel surətdə xarici ölkələrdə respublikamızın ixrac infrastrukturu qurulur. Qazaxıstanın Aktau şəhərində yaradılan logistik mərkəz artıq istifadə üçün hazırdır. Gələcəkdə digər ölkələrdə də mərkəzlərin yaradılması perspektivləri araşdırılır. Bu mərkəzlər ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, ixracın həcminin artmasına müsbət təsir göstərəcək.
Ümumiyyətlə, indiki şəraitdə ölkənin inkişafının ardıcıllığının təmin olunmasında və daxili istehsalın genişlənməsində əsas faktorlardan biri də ixracın təşviq olunması ilə bağlıdır. Düzdür, son vaxtlarda müvafiq qurumlar tərəfindən bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir. Təkcə ötən il bu istiqamətdə AZPROMO tərəfindən 177-si Azərbaycanda, 84-ü isə xarici ölkələrdə olmaqla 261 tədbir təşkil olunub. Yerli və xarici iş adamlarının iştirak etdiyi tədbirlərdə ölkəmizin investisiya imkanları təqdim edilib, Azərbaycan istehsalı olan məhsulların ixracı təşviq edilib, xarici tərəfdaşlarla ixraca dair müqavilələr imzalanıb.
Məlum qlobal kataklizmlər fonunda ölkəmizdə yaranan yeni iqtisadi şərait isə ölkəmizdə buraxılan qeyri-neft məhsullarının ixracının daha geniş və səmərəli şəkildə təşviq edilməsi zərurətini gündəmə gətirib. Buna görə də ölkəmizdə ixracın təşviqinin hüquqi bazası möhkəmləndirilir. Dövlət başçısı bundan əvvəl qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyevin bu günlərdə qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı yeni Fərmanda isə yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm məsələlərin geniş spektri öz əksini tapıb.
Sahibkarlara 3 faiz ixrac təşviqi ödəniləcək
Qeyd olunan Fərmanda 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur. Ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edəcək.
Ölkəmizdə qeyri-neft sektorunda daxili istehsalın artırılmasını və ixracın genişləndirilməsini hədəfləyən ixracın təşviq edilməsi tədbirləri bundan sonra da davam etdiriləcək. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində vurğulayıb ki, bu sahədə də respublikamızda dünyanın qabaqcıl ölkələrinin təcrübəsi tətbiq edilməlidir: “Eyni zamanda, artıq ixracın stimullaşdırılması üçün konkret addımlar atılıb. Mənim tərəfimdən müvafiq qərarlar verilib və artıq Azərbaycanda ixracın təşviqi sistemi yaradılır”.
Dövlət başçısı bildirib ki, bundan sonra islahat, şəffaflıq, məsuliyyət, qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsulların istehsalı, idxaldan asılılığın azaldılması - bütün bu amillər bizim dayanıqlı inkişafımızı təmin edəcək.
Neftdən asılılıq minimum səviyyəyə endirilməlidir
Tarixi ənənələr baxımından iqtisadiyyatı neft amili ilə sıx bağlı olan Azərbaycan neftdənkənar iqtisadiyyat qurmağı özünün stratej hədəfi elan edib. Ölkəmiz Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq elə bir inkişaf hədəfi müəyyənləşdirib ki, burada neft amili arxa planda qalsın, əsas ağırlıq mərkəzi neftdənkənar sahələrin, o cümlədən də yeni sənaye quruculuğunun, aqrar sektorda məhsuldarlığın intensiv metodlarla artırılmasının, iqtisadiyyatda innovasiyalardan geniş istifadə olunmasının üzərinə keçsin. Son illərdə ölkəmizdə müvafiq islahatlar həyata keçirilib, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və müəyyən dərəcədə neftdən asılılıq aradan qaldırılıb. Təkcə son beş ildə ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 20 faiz artaraq 70 faizə yüksəlib, ölkə üzrə bu sektordan ixracın həcmi isə 60 faizdən çox artıb.
Azərbaycanda zamanında qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanılması və bu sahədə nəzərəçarpacaq uğurların qazanılması indiki məlum qlobal çətinliklər şəraitində ölkənin inkişafa istiqamətlənməsini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Məhz neftdənkənar iqtisadiyyatın inkişafının nəticəsidir ki, ölkəmizdə qlobal kataklizmlərin təsiri nisbətən az hiss olunur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu cəhəti xüsusi olaraq diqqətə çatdırıb: “Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır”.
Respublikada neftdənkənar iqtisadiyyatın genişlənməsi 2015-ci ildə də davam edib. Belə ki, ötən il qeyri-neft sektorunun artım dinamikası respublika üzrə inkişaf dinamikasını üstələyib. Ölkədə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində il ərzində qeyri-neft sənayesi 8 faizdən çox artıb ki, bu da kifayət qədər yüksək göstəricidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən də respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Ümumiyyətlə, respublikamızda aqrar sektorun üstün inkişafının təmin olunması strateji hədəf kimi müəyyənləşdirilib. “Kənd təsərrüfatı ili”ndə respublikanın aqrar sektorunda 7 faizədək artıma nail olunub ki, bu da aqrar sektora göstərilən diqqət və qayğının təzahürüdür.
Bundan başqa, son illərdə Azərbaycanda İKT sektoru, turizm sürətlə inkişaf edir. Qısa müstəqillik tarixində respublikamızın dünya kosmos ailəsinə daxil olması son dərəcə qürurverici amildir.
Ölkə iqtisadiyyatının neftdənkənar sahələrində qazanılan bu kimi uğurlar neft daxilolmalarının azalması fonunda da ölkəmizin inkişafa istiqamətlənməsinə etibarlı zəmin yaradıb. Prezident İlham Əliyev isə qeyri-neft iqtisadiyyatının daha dinamik inkişafına nail olmağı, ümumiyyətlə, neftdən asılılığı minimum səviyyəyə endirməyi qarşıya mühüm vəzifə kimi qoyub. Dövlət başçısı bununla bağlı fikirlərini ifadə edərək bildirib: “Neftdən asılılıq azalır. Ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neftin qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, biz düşünülmüş siyasət, gərgin iş nəticəsində buna nail ola biləcəyik”.
İnvestisiyaların təşviqi Azərbaycanın sərmayə cəlbediciliyini daha da artırır
Ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, möhkəm qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, respublikada yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində ölkədə iqtisadi fəallıq artıb, respublikamızda yerli və xarici kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr yaradılıb.
Ötən 12 il ərzində ölkə iqtisadiyyatına müxtəlif mənbələrdən təxminən 200 milyard dollar həcmində investisiya qoyulub. Qlobal miqyasda ciddi maliyyə və likvidlik problemi yaşandığı 2015-ci ildə respublikamıza yönəldilən investisiyaların həcmi 20 milyard dollara çatıb.
Ölkə iqtisadiyyatına yönəldilən investisiyaların strukturu da böyük nikbinlik doğurur. Belə ki, respublikamıza qoyulan sərmayələrin təxminən yarısı xarici investisiyalardır ki, bu da beynəlxalq miqyasda Azərbaycana olan inamın artmasının təzahürüdür. Əlamətdar haldır ki, bu gün iqtisadiyyatımızın müxtəlif sahələrinə investisiyalar yatıran xarici ölkələr arasında yüksək inkişaf səviyyəsinə çatmış Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Son 12 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi məhz Avropa İttifaqı ölkələrinin payına düşür.
İndiyədək ölkəmizə qoyulan xarici sərmayələr daha çox həcmdə enerji sektoruna yönəldilib. Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin ölkə olması baxımından bu təbiidir. Ancaq ölkəmizin qeyri-neft sektorunda da böyük investisiya cəlbediciliyi var. Buna görə də perspektivdə xarici sərmayələrin neftdənkənar iqtisadiyyata istiqamətləndirilməsi hədəflənib. Yuxarıda bəhs olunan konfransdakı nitqində bununla bağlı ölkəmizin strateji kursuna diqqət çəkən Prezident İlham Əliyev deyib: “Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda investisiya iqlimi müsbətdir. Əgər belə olmasaydı, xarici firmalar Azərbaycana 100 milyard dollar investisiya qoymazdılar. Biz isə çalışmalıyıq ki, indi xarici sərmayəni qeyri-neft sektoruna, ixracyönümlü məhsulların istehsalına yönəldək”.
Qeyd etdiyimiz kimi, ölkə iqtisadiyyatına yönəldilən investisiyaların yarısını daxili sərmayələr təşkil edir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq dövlət ölkəmizdə müxtəlif sahələrə investisiya qoyuluşunda fəal iştirak edir. Bununla belə, indiki məqamda sahibkarlar da ölkədə real sektora investisiya yönəldilməsində fəal təşəbbüslərlə çıxış etməlidirlər. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində milli sahibkarlar ordusuna mesajlarını çatdıraraq onları öz sərmayələrini iqtisadiyyatımızın müxtəlif sahələrinə yönəltməyə çağırıb: “Bizim artıq geniş biznes təbəqəmiz, iş adamlarımız var. Onlar da öz sərmayələrini ölkə iqtisadiyyatına qoymalıdırlar”.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib.
Biznes mühitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. 2004-cü ildən bu yana sahibkarlıq subyektlərinə 1,7 milyard manat həcmində güzəştli kreditlər verilib. Ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit ayrılıb və bu kreditlər hesabına 12600-dək yeni iş yerinin açılması üçün şərait yaradılıb. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artıb.
Məlum qlobal kataklizmlər fonunda ölkəmizdə yaranan yeni iqtisadi şəraitdə biznes mühitinin daha da optimallaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Belə ki, 2015-ci ilin sonlarından etibarən Prezident İlham Əliyev ölkədə biznes mühitinin yaxşılaşdırılmasına, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, onların hüquqlarının daha dolğun şəkildə qorunmasına hesablanan bir sıra sənədlər imzalayıb. Ölkəmizdə sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb.
Ölkəmizdə yaranan yeni iqtisadi şəraitdə biznes mühitinin optimallaşdırılması tədbirləri bundan sonra da davam etdiriləcək. Prezident İlham Əliyev yuxarıda bəhs olunan konfransda vurğulayıb ki, bu sahə mütləq daim diqqət mərkəzində olmalıdır: “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır, müvafiq göstərişlər, tapşırıqlar, sərəncamlar verilmişdir. Bu sahə mütləq daim diqqət mərkəzində olmalıdır”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

