Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / SOCAR-AQŞ "Günəşli-7" yatağında qazma işlərinə başlayıb

SOCAR-AQŞ "Günəşli-7" yatağında qazma işlərinə başlayıb

16.03.2016 [15:51]

Martın 14-də Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin başçılığı ilə geniş tərkibli nümayəndə heyəti  "Günəşli" yatağında yeni inşa edilmiş 7 saylı dərin dəniz stasionar özülünün  (DDSÖ) istismara verilməsi mərasimində iştirak edib. 7 saylı özüldə həyata keçirilən işlərlə tanışlıq zamanı qazma meydançasında quraşdırılan yeni avadanlığa baxış keçirən SOCAR prezidentinə respublikamıza ilk dəfə gətirilən yeni nəsil qazma qurğuları haqqında ətraflı məlumat verilib.
Belə ki, SOCAR-AQŞ  yeni özüldə 2 müxtəlif qazma qurğusundan istifadə edərək quyu tikintisi işlərinə başlayacaq.Yeni özüldə ilkin mərhələdə 6 qaz və 14 neft quyusunun qazılması nəzərdə tutulub.
Qazma qurğularından biri-Hong Hua ZJ 70/4500 DZ-nin quraşdırılması artıq tam yekunlaşıb. Digər qazma qurğusu Almaniya istehsalı olan Bentec 3000 HP isə yaxın vaxtlarda quraşdırılaraq istifadəyə veriləcək.
Qeyd edtmək lazımdır ki, Bentec 3000 HP Azərbaycanda anoloqu olmayan yeni  nəsil qazma avadanlığı olmaqla bir sıra üstünlüklərə malikdir. 3000 at gücünə malik qazma qurğusunun istifadəsi nəticəsində yatağın məhsuldar laylarında dərinliyi 9000m-dən artıq olan böyük inhiraflı quyuların qazılması üçün nadir imkan yaranacaq.
Bentec 3000 HP qurğusunun unikal texniki göstəricilərindən biri də düşən obyektlərdən mühafizə sistemləri ilə təchiz olunmasıdır. Bu sistemlərin fəaliyyəti nəticəsində  konstruksiyada düşməsi mümkün olan hissələrin  əlavə sığortalanması avtomatik həyata keçirilir.
Ekoloji və iqtisadi cəhətdən səmərəli olan yeni avadanlıq həmçinin yüksək səs izolyasiyasına malikdir.
Bu avadanlığın tətbiqi quyuların vaxtından tez qazılması ilə yanaşı ən mürəkkəb quyuların qazılmasına imkan yaradacaq.
SOCAR prezidenti Rövnəq Abdullayev qazma meydançasında həyata keçirilən işlərdən məmnunluğunu ifadə edərək, SOCAR-AQŞ rəhbərliyinə işlərində yeni uğurlar arzulayıb.
SOCAR-AQŞ MMC-nin Baş direktoru Ramin İsayev çıxış edərək bildirib ki, Azərbaycan milli qazma sənayesində yenilkçiliyi ilə həmişə öndə olmağı bacaran SOCAR-AQŞ bu gün də yeni özüldə müasir texnika və texnologiyalardan istifadə etməklə qazma işlərini  Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə yekunlaşdıraraq sifarişçiyə təhvil verəcəyinə əmindir.
Baş direktor həmçinin qeyd edbi ki, SOCAR-AQŞ kollektivi, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasət və strategiyanın həyata keçirilməsində və SOCAR rəhbərliyinin qarşıya qoyduğu konkret vəzifələrin icrasındakı öz kiçik töhfəsi ilə qürur duyur və bu şərəfli fəaliyyətini bundan sonra da davam etdirmək əzmindədir.
Daha sonra Rövnəq Abdullayev yataqda qazılacaq ilk istismar quyusunda qazma qurğusu- Hong Hua ZJ 70/4500 DZ-ni işə salan düyməni basaraq yeni özüldə qazmaya başlanmasına start verib.
SOCAR prezidenti neftçilər qarşısında çıxış edərək bildirib ki, yeni özülün ərsəyə gəlməsində komanda işinin düzgün qurulması böyük rol oynayıb. Özüldə fəaliyyət göstərən təmir-tikinti, qazma, mədən və müxtəlif servis şirkətlərinin nümayəndələrinə işlərində müvəffəqiyyətlər arzulayan R. Abdullayev "Günəşli" yatağında hasilat və nəql infrastrukturunun genişləndirilməsi istiqamətində aparılan kompleks tədbirlərin əhəmiyyətindən danışıb.

Paylaş:
Baxılıb: 1099 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31