Vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması üçün ciddi tədbirlər görülür
07.04.2016 [10:14]
Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün “Açıq qapı günü” keçirilib
Dünən Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində (BVD) KİV nümayəndələri üçün “Açıq qapı günü” keçirilib. Tədbirdə ölkənin aparıcı KİV nümayəndələri iştirak edib. “Açıq qapı günü” tədbiri BVD-nin yenidən qurulmuş və genişləndirilmiş Vergi ödəyicilərinə Xidmət Mərkəzinin təqdimatı ilə başlayıb. BVD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin rəisi Ağami Tahirov mətbuat nümayəndələrinə Xidmət Mərkəzinin əsas fəaliyyət istiqamətləri, iş prinsipləri və s. barədə ətraflı məlumat verib. Bildirilib ki, Xidmət Mərkəzi yenidən qurularaq genişləndirilib, onun eyni vaxtda xidmət göstərdiyi yerlərin sayı iki dəfədən çox artırılıb və lazımi maddi texniki baza ilə təmin olunaraq vergi ödəyicilərinin istifadəsinə verilib.
Xidmət Mərkəzinə müraciət edənlərə burada vergi qanunvericiliyi və onun tətbiqi barədə məlumat və izahatlar verilir, qüvvədə olan vergilər, onların hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və vəzifələri, vergi qanunvericiliyinin tətbiqi məsələləri, vergi bəyannamələrinin təqdim olunma müddətləri, vergi güzəştlərindən istifadə edilməsi, vergi borcu haqqında ətraflı məlumatlar verilir, vergi ödəyicilərinə hazırda mövcud olan bütün vergi xidmətləri göstərilir.
Qeyd olunub ki, burada mobil nömrə vasitəsilə identikləşdirilən, asanlığı və rahatlığı ilə fərqlənən, vergi ödəyicisinin məlumatlarının təhlükəsizliyinə xidmət edən “ASAN imza”nın alınmasında da əməli kömək göstərilir. Müraciət edən şəxslərin məmnunluğunu və rahatlığını təmin etmək məqsədilə xidmət mərkəzi növbə, qeydiyyat, videonəzarət, səsyazma və qiymətləndirmə (sorğu keçirmə) sistemləri ilə təchiz olunub. Xidmət mərkəzinin girişində elektron növbə terminalı quraşdırılıb ki, bu da vergi ödəyicilərinə xidmətin təhlil əsasında qurulmasına imkan yaradır.
Sonra Akt zalında KİV nümayəndələri ilə görüş keçirilib. Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov öncə nazirliyin görüşdə iştirak edən rəhbər vəzifəli şəxslərini təqdim edib. Nazir müavini açıq hökumətin təşviq edilməsi istiqamətində görülən tədbirlərin davamlılığının təmin olunması, dövlət orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən müxtəlif sahələr üzrə mütəmadi olaraq “Açıq qapı günləri”nin təşkil edildiyini, bu tədbirin də həmin silsilədən olduğunu qeyd edib.
Çıxışına davam edən Sahib Ələkbərov vergi sistemində aparılan islahatlar, həyata keçirilən yeniliklər və Vergilər Nazirliyində son bir neçə ayda aparılmış struktur və kadr islahatları barədə KİV nümayəndələrinə ətraflı məlumat verib. Nazir müavini qeyd edib ki, yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq, biznes mühitinin yaxşılaşdırılması və vergi ödəyicilərinin fəaliyyətinin genişləndirilməsi üçün həm qanunverici səviyyədə, həm də Vergilər Nazirliyinin öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atılıb, ölkədə vergi yükü azaldılıb, vergi inzibatçılığının çevikliyi təmin edilib, kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və üç istiqamət istisna olmaqla əksər operativ nəzarət tədbirləri dayandırılıb. Bütün bunlar biznes mühitinin səmərəliliyinə, vergi ödəyicilərindən daxil olan şikayətlərin azalmasına öz müsbət təsirini göstərib.
Vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması üçün ciddi tədbirlər görüldüyünü diqqətə çatdıran vergilər nazirinin müavini vergi ödəyiciləri tərəfindən də vergi uçotunun aparılmasında şəffaflığın təmin olunmasının vacib olduğunu vurğulayıb. Bu məqsədə çatmaq üçün son bir ay ərzində Bakıda və regionlarda istehsal və ticarət sektorunda çalışan sahibkarlarla çoxsaylı görüşlər keçirildiyini xatırladan nazir müavini qeyd edib ki, vergi ödəyicilərinə dövriyyələrini düzgün göstərmək, sənədləşmə işlərini şəffaf aparmaq, bu sahədə pozuntulara yol verməmək tövsiyə olunub.
Sonra nazirliyin rəhbər vəzifəli şəxsləri KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıblar.
Jurnalistlərin suallarını cavablandıran Sahib Ələkbərov deyib ki, bu ilin I rübündə Vergilər Nazirliyi tərəfindən büdcədaxilolamaları üzrə proqnoz tapşırıqları artıqlaması ilə (101,4 faiz) yerinə yetirilib. Nazir müavininin sözlərinə görə, büdcənin gəlir hissəsinin təmin olunmasında qeyri-neft sektorunun payı yüksəkdir: “Bu ilin 3 ayında qeyri-neft sektorundan daxilolmaların payı 78,5 faiz təşkil edib. Yalnız 22,5 faizi neft sektorundan daxilolmaların payına düşüb”.
“Bu il yanvarın 1-nə vergi ödəyicilərinin 2,4 milyard manat borcu var idisə, bu il aprelin 1-nə bu göstərici 1,6 milyard manat təşkil edib”. Bunu da Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, 2016-cı ilin I rübündə vergi ödəyicilərinin borcu 30 faiz azalıb: “Bu borcun azalması vergi ödənişlərinin edilməsi, bəzi hallarda vergi borcunun silinməsi hesabına baş verib”.
Mətbuat konfransında bildirilib ki, Azərbaycanda vergidən yayınmanın böyük hissəsi ticarət sahəsinin payına düşür: “Vergidən yayınma vergi sisteminin əsas problemlərindən biridir. Ölkədə vergi yoxlamalarının, demək olar, 99 faizində vergidən yayınma faktları aşkarlanır. Bu cür hallar əsasən ticarət, tikinti sektoru, iaşə sahəsində qeydə alınır”.
Sahib Ələkbərov onu da əlavə edib ki, restoran və şadlıq evlərinə kameraların quraşdırılması prosesi başa çatıb. Onun sözlərinə görə, bu qəbildən olan obyektlərə qeydiyyat kitablarının paylanması prosesi də yekunlaşıb: “Müğənnilər qeydiyyat kitabında toya nə vaxt gəldiyini və getdiyini, o cümlədən aldığı qonorarın məbləğini qeyd etməlidirlər. Əgər bu məlumatı müğənni qeyd etmirsə, restoran və obyektlərin administratorları cavabdehlik daşıyacaq. Vergilər Nazirliyi müğənnilərin verdikləri bəyannamə ilə qeydiyyat kitabında qeyd elədiyi məlumatları tutuşduracaq. Bundan sonra nəzarət tədbirləri başlayacaq”.
KİV təmsilçilərinin nağdsız hesablaşmalarla bağlı sualını cavablandıran nazir müavini deyib ki, Vergilər Nazirliyi nağdsız hesablaşmalar zamanı ƏDV üzrə vergi dərəcəsinin indiki 18 faizdən 9 faizədək azaldılmasını təklif edir: “Bu, ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasına kömək edəcək”.
“Bu il fevralın 1-dən martın 1-nə qədər banklar tərəfindən əmanətlərdən gəlir vergisi tutulubsa, bu məbləğ əmanətçilərə geri qaytarılmalıdır”. Bunu isə Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib.
KİV təmsilçilərinin müvafiq sualını cavablandıran idarə rəisi “Bildiyiniz kimi, qanunda əmanətlərin gəlir vergisindən fevralın 1-dən azad olunması nəzərdə tutulurdu. Qanun isə martın 1-də imzalandı. Qeyd etmək istəyirəm ki, qanun 1-2 ay sonra imzalansa da, qanunda tətbiqi nəzərdə tutulan vaxt nəzərə alınmalıdır. Buna görə də banklar əmanətlərdən gəlir vergisi tutublarsa, bu məbləğ əmanətçilərə geri qaytarılmalıdır. Bu, çox sadə bir əməliyyatdır. Banklar müştəriləri ilə bu məsələni həll etməlidir. Daha sonra bəyannamələrdə düzəliş edilə bilər. Əgər vəsaitlər büdcə vəsaiti hesabına qaytarılıbsa, büdcə ilə qarşılıqlı hesablaşmalar aparılmalıdır. Başqa sözlə, bu məsələdə əmanətçilərin hüquqları qorunur”, - deyib.
Samirə Musayeva onu da bildirib ki, Azərbaycanda fərdi xidmətlər göstərən şəxslər vergi ödəməyə cəlb olunacaqlar. Onun sözlərinə görə, hazırda nazirlik müvafiq dəyişikliklərin vergi qanunvericiliyinə daxil edilməsi üzərində işləyir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

