Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan ilə Belarus arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub

Azərbaycan ilə Belarus arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub

20.05.2016 [10:37]

Mayın 19-da Nazirlər Kabinetində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Bakıda keçirilən “Caspian Agro-2016” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak etmək üçün ölkəmizə gələn Belarus Respublikası Baş nazirinin müavini Mixail Rusıy ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və genişləndirilməsi perspektivləri müzakirə edilib, həmçinin sosial siyasət sahəsində ölkələrin təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanıb.
Hər iki ölkənin dövlət başçılarının Azərbaycan-Belarus əlaqələrinin daha da inkişaf etdirilməsi barədə təşəbbüslərindən irəli gələrək iqtisadiyyatın müxtəlif sahələrində yeni layihələrin həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç və Milli Məclisin deputatı Xanlar Fətiyev də iştirak ediblər.

Paylaş:
Baxılıb: 902 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Dünya

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31