Bank islahatları iqtisadi islahatların ayrılmaz hissəsidir
26.07.2016 [16:29]
Ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi və onun real sektora transformasiya edilməsi məqsədilə həyata keçirilən sürətli iqtisadi islahatlar öz növbəsində bank sektorunun da yenidən qurulmasını zəruri edir. Yeni iqtisadi mühitdə banklar bazarı daha yaxından hiss edən, onun tələblərini hər kəsdən tez müəyyən etməyi bacaran analitik bir mərkəz kimi fəaliyyət göstərməlidir. Məhz bu prinsipləri öz fəaliyyətinin əsasına qoyan bank sistemi olan ölkələrdə iqtisadiyyatın sürətli inkişafına nail olunub. Bütün hallar üçün iqtisadiyyatın yüksəlişi, məhz bank sektoru tərəfindən fasiləsiz pul və kapital dövriyyəsinin təmin edilməsindən, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, dövlətin və əhalinin kreditləşməsinin yüksək səviyyədə təşkil edilməsindən asılıdır. Real olan budur ki, banklar əhalinin və müəssisələrin sərbəst vəsaitlərini, habelə digər sərfəli mənbəələrdən vəsaitləri cəlb edib, onları müxtəlif sahələr arasında yenidən bölüşdürərək, bütövlükdə inkişafın lokomotivi rolunu öz üzərlərinə götürməlidirlər.
Bankların iqtisadiyyatın inkişafında mühüm rolunu nəzərə alan Prezident İlham Əliyev iqtisadiyyatın real sektorunda aparılan sürətli islahatlarla eyni vaxtda bank islahatlarına da xüsusi diqqət ayırır. Bankların müasir tələblərə cavab verə biləcək səviyyədə yenidən qurulması məqsədilə ölkədə bank islahatlarına start verilib. Bu ilin fevral ayının əvvəllərində Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb və banklarda olan bütün əmanətlər üç il müddətinə tam sığortalanıb. Bu günlərdə isə ölkə başçısının imzaladığı Fərmanla Maliyyə Stabilliyi Şurası yaradılıb. Prezident bu qərarı dünyanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində ölkədə maliyyə sabitliyinin tam bərqərar olması və bank sektorunda islahatların səmərəli aparılması məqsədilə qəbul edib. Baş nazirin rəhbərliyi altında fəaliyyət göstərəcək bu Şuraya ölkənin əsas iqtisadi və maliyyə qurumlarının rəhbərləri daxildir. Şuranın əsas məqsədi, ölkədə maliyyə sabitliyi yaratmaq yolunda bütün aidiyyatı qurumların fəaliyyətini tam koordinasiya etməkdən ibarətdir. Deməli, bundan sonra ölkənin maliyyə sabitliyinin təmin olunmasına yönəlmiş addımlar ayrıca götürülmüş bir qurumun deyil, bütöv bir peşəkar komandanın razılaşdırılmış qərarı əsasında atılacaq. Prezident bu qərarla aparılan bütün islahatların Özünün şəxsi nəzarəti altında olduğunu bir daha göstərdi.
Bank sisteminin yenidən qurulması aparılan iqtisadi islahatların səmərəliliyini təmin etməyə hesablanıb. Əslində, bütün başqa islahatlar kimi bank islahatları da ağrısız olmur. Lakin bu gün biz başqa bir seçim edə bilmərik. Bankların bağlanması ilə bağlı ortaya çıxacaq bütün çətinlikləri dəf etməyi bacarmalıyıq. İslahatlar nəticə etibarilə bankların üzünü əsaslı şəkildə ölkənin iqtisadiyyatına çevirməyi nəzərdə tutur. Banklar kredit verərkən, ilk növbədə bütün səylərini təqdim olunmuş layihənin reallığını yüksək peşəkarlıqla araşdırmağa sərf etməlidirlər. Bunun üçün də yüksək peşə hazırlığı kursları təşkil edilməli, aparıcı xarici banklarla müqavilələr bağlanmalı və təcrübə keçmək üçün mütəxəssislər həmin banklara ezam edilməlidirlər. Bir sözlə, "kredit üçün dəyəri kreditin məbləğindən bir neçə dəfə çox olan girov yetərlidi" psixologiyasını sındırmağın zamanı artıq çatıb. Çünkü hökumətin bank islahatlarından gözləntiləri tamamilə başqadır.
Fikrət Yusifov
Iqtisad elmləri doktoru, professor
Xəbər lenti
Hamısına baxDünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51

