Azərbaycan Türkiyə, Yunanıstan və İtaliya ilə qaz nəqlinə dair saziş imzalayacaq
03.06.2009 [15:18]
Azərbaycan hökuməti “Şahdəniz” layihəsinin səhmdarları ilə birgə sözügedən yatağın ikinci fazasının işlənməsinə dair qərar qəbul etməyə hazırlaşır. Eyni zamanda, “Şahdəniz” yatağının ikinci fazası çərçivəsində hasil olunacaq qazın alıcıları ilə danışıqların detalları müzakirə olunur. Bu barədə məlumat verən sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, qaz alqı-satqısı ilə bağlı istehlakçı ölkələrlə razılıq əldə olunduqdan sonra “Şahdəniz”in ikinci fazasında hasilat işlərinə start veriləcək.
Natiq Əliyevin qeyd etdiyinə görə, respublikamızdan qaz almaq istəyən dövlətlərin sayı çoxalıb və onların təklifləri nəzərdən keçirilir. Yunanıstan, İtaliya, Bolqarıstan, Rumıniya və digər ölkələr Azərbaycan qazını əldə etmək istəyir. Xatırladaq ki, hazırda respublikamız Gürcüstan və Türkiyəni mavi yanacaqla təchiz edir, eyni zamanda Türkiyə Azərbaycan qazını Yunanıstana nəql edir. Hazırda ixrac siyasəti qaz nəqli ilə zənginləşən Azərbaycan regionda neftlə bərabər, potensial qaz ixracatçısına çevrilib. Qaz ehtiyatlarının diversifikasiyasında “Şahdəniz” yatağından çıxarılan yanacaq xüsusi yer tutur. Bu yatağın ikinci mərhələsinin işlənməsindən sonra respublikamızın xarici dövlətlərə qaz nəqli bir neçə dəfə artacaq. Proqnozlara görə, “Şahdəniz”in ikinci fazasında ölkəmiz 17 milyard kubmetrə yaxın qaz ixrac etmək gücündə olacaq. Azərbaycan Avropa dövlətlərinin bir çoxunun qaz ehtiyacını ödəyəcək. Respublikamızın qaz ixracında başlıca marşrutlardan biri kimi NABUCCO kəməri əsas yer tuta bilər. Amma bu kəmər reallaşmasa belə Azərbaycan mövcud qaz kəmərləri ilə böyük həcmdə yanacaq nəql etmək imkanlarına malikdir. Hazırda mövcud olan 4 qaz kəməri ixrac siyasəti üçün mühüm əhəmiyyət kəsb edir. Təkcə Bakı-Tbilisi-Ərzurum kəməri ilə respublikamız ildə 10 miylard kubmetrdən çox yanacaq ixrac edə bilər. Bu kəmər vasitəsilə nəql olunan qaz Türkiyə-Yunanıstan kəməri və onun davamı olacaq Adriatik marşrutunun reallaşması nəticəsində bir çox ölkələrin yanacaq təminatında mühüm rol oynaya bilər.
Xatırladaq ki, qeyd olunan yeni qaz marşrutu ilə bağlı Yunanıstan, Türkiyə, İtaliya və Azərbaycan hökumətləri tərəfindən dördtərəfli saziş layihəsi hazırlanıb. Yaxın vaxtlarda dördtərəfli sazişin imzalanması nəzərdə tutulur. Sənaye və energetika naziri Natiq Əliyevin fikrincə, sazişin imzalanmasından sonra “Şahdəniz”in ikinci fazasına start verilə bilər. Sözügedən layihəyə əsasən qazın İtaliyaya nəqli üçün İtaliya ilə Yunanıstan arasında yeni kəmər çəkilməlidir. Qeyd edək ki, hazırda bu proses davam edir və İtaliyanın “Edison” və Yunanıstanın “Depo” şirkətləri Azərbaycan qazının nəqli üçün boru kəmərinin tikintisi üzrə lazımi işlərə başlayıb. 2012-ci ilin sonunadək Adriatik dənizinin dibi ilə Yunanıstan və İtaliyanı birləşdirəcək kəmərin inşası planlaşdırılır. Yanacağın İtaliyaya ixracına da məhz 2012-ci ildə başlanıla bilər. Yanacağın İtaliyadan başqa ölkələrə də ixracı nəzərdə tutulur.
Beləliklə, bu layihənin reallaşması Pireney yarımadası-Adriatik regionunda yeni qaz şəbəkəsinin yaradılmasına səbəb olacaq. Proqnozlara görə, Azərbaycan 2012-ci ildə “Şahdəniz” yatağından 18 milyard kubmetr qaz çıxaracaq ki, bunun da böyük hissəsi Avropaya nəql olunacaq. ölkəmiz Yunanıstana ildə 3,6 milyard, İtaliyaya isə 8 milyard kubmetr qaz nəql edə biləcək. Sonrakı 15 il ərzində bu rəqəmin 22 milyard kubmetrə çatması gözlənilir. Proqnozlara görə, Azərbaycan 2015-2020-ci illərdə qaz kəmərləri vasitəsilə Avropaya ildə ən azı 20 milyard kubmetrdən çox qaz nəql edəcək.
Qaz ehtiyatlarının həcmi 2-5 trilyon kubmetr civarında proqnozlaşdırılan Azərbaycanın təkcə “Şahdəniz” yatağından 1 trilyon 300 milyard kubmetr qaz hasil etməsi güman olunur. Digər perspektiv yataqlarda - “Bahar”, “İnam”, “Alov”, “ümid” kimi qaz bloklarında ehtiyatların həcmi 2-3 trilyon kubmetr proqnozlaşdırılır. Bu isə respublikamızın bir neçə ildən sonra ildə 20-30 milyard kubmetr qaz ixrac etməsinə əhəmiyyətli baza yaradır. Beləliklə, Azərbaycan neftlə bərabər, qaz ehtiyatlarının hasilatında da region üçün başlıca mənbə olacaq. Respublikamız qaz ixracı ilə bağlı siyasətini çoxşaxəli şəkildə və bütün ölkələrin təminatında həlledici rol oynaya biləcək sistem üzrə həyata keçirəcək. ölkəmizin mövqeyi enerji təchizatının şaxələndirilməsi siyasətinin davam etdirilməsi ilə bağlıdır və indiyədək istifadəyə verilən çoxşaxəli boru kəmərləri də bunun təsdiqi sayıla bilər.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35

