Azərbaycanın müstəqilliyinin iqtisadi bünövrəsində milli neft strategiyasının mühüm rolu var
16.11.2016 [09:38]
Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının uğurla həyata keçirilməsinə əsaslı töhfələr verir
Məlum olduğu kimi, Azərbaycan karbohidrogen ehtiyatları ilə ən zəngin ölkələrdən biridir. Hələ XIX əsrin ortalarından dünyada ilk dəfə məhz ölkəmizdə neftin sənaye üsulu ilə hasilatına başlanıb. 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılıb. XIX əsrin 70-ci illərindən etibarən isə Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanıb. Lakin Çar Rusiyası və SSRİ dövründə Azərbaycan nefti amansızlıqla istismar olunub. Düzdür, 1991-ci ildə Azərbaycanın müstəqillik qazanması ilə neftimizin də milli maraqlar naminə istifadəsi üçün ən əlverişli imkan yaranıb. Ancaq müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən hərc-mərclik, yarıtmaz, milli maraqlara uyğun olmayan, qeyri-müstəqil daxili və xarici siyasət, sosial-iqtisadi böhran, Ermənistanın hərbi təcavüzü və digər amillərin təsiri ilə parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalan respublikamızda normal enerji siyasətinin yeridilməsi də mümkün olmadı.
Məhz belə bir çətin dövrdə - 1993-cü ilin iyununda xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev sosial-siyasi sabitliyi bərpa etdi, yaranmış vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Heç şübhəsiz, Ulu öndər ölkənin düşdüyü durumdan çıxa bilməsi üçün düzgün neft strategiyasının əhəmiyyətini çox yaxşı bilirdi. Azərbaycanın mövcud maliyyə və texniki imkanları isə hasilatın nizamlanmasına imkan vermirdi. Bu səbəbdən, neft sektorunun inkişaf etdirilməsi, hasilatın artırılması üçün xarici şirkətlərlə əməkdaşlıq zəruri idi. Ulu öndərin qısa zaman çərçivəsində ölkə daxilində həyata keçirdiyi tədbirlər, həmçinin atəşkəsin imzalanması ilə Ermənistanın hərbi təcavüzünün genişlənməsinin qarşısının alınması nəticəsində yaranan sabitlik xarici şirkətlərin Azərbaycana investisiya yatırımlarını stimullaşdırdı. 1994-cü il sentyabrın 20-də Azərbaycan hökuməti ilə xarici şirkətlərin nümayəndələri arasında təxminən bir il gedən danışıqlardan sonra Bakıda 11 beynəlxalq neft şirkəti ilə sonralar “Əsrin müqaviləsi” adını alan müqavilə imzalandı.
Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz Ümummilli lider Heydər Əliyevin çox böyük səyləri hesabına imzalanan bu müqavilə ilə qoyuldu. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdəki nitqində ölkəmizin ümumi iqtisadi və siyasi inkişafının məhz “Əsrin müqaviləsi” ilə başladığını xüsusi nəzərə çatdıraraq vurğulayıb: “Ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz “Əsrin kontraktı”ndan başlamışdır. Yeni neft strategiyamız 20 ildir ki, icra edilir. Ölkəmiz üçün böyük fayda gətiribdir. Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir”.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın yanacaq ehtiyatlarının dünya bazarlarına nəqli respublikamızın maliyyə qüdrətinin və strateji valyuta ehtiyatlarının yüksəlişinə imkan yaratmaqla bərabər, iqtisadi-sosial, ictimai-mədəni, humanitar sahələrdə əhəmiyyətli dönüş yaradıb. Azərbaycan hökuməti karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasından əldə olunan gəlirlərdən səmərəli istifadə olunması ilə bağlı strateji konsepsiyanı uğurla həyata keçirməkdədir. Azərbaycan neft və neft məhsullarını beynəlxalq bazarlara çıxarmaqla və buradan əldə olunan gəlirləri bütün bölmələrə sərf etməklə həm iqtisadiyyatın diversifikasiyasını dərinləşdirib, həm də müasir idarəetmə texnologiyalarının miqyasını genişləndirib. Ölkəmizdə geniş vüsət alan yol, nəqliyyat, infrastruktur, su, kanalizasiya, təhsil, səhiyyə, elm, mədəniyyət, sosial sfera, kommunikasiya, rabitə, bank, maliyyə və digər sahələrdəki böyük inkişaf da məhz neft gəlirlərinin düzgün və ədalətli xərclənməsi hesabına reallaşıb.
Əlbəttə, Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının əsas tərkib hissəsi kimi bu prosesdə çox mühüm rola malikdir. Belə ki, neft gəlirlərinin səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədilə 29 dekabr 1999-cu il tarixində Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan Fərmanla yaradılan ARDNF ötən müddət ərzində üzərinə düşən missiyanı uğurla yerinə yetirib, ölkəmizdə sosial yönümlü siyasətin həyata keçirilməsinə əsaslı töhfələr verib. ARDNF-də toplanan il ərzində yüz milyonlarla manat vəsaitin infrastruktur və investisiya bölmələrinə ayrılması respublikamızın bütün bölgələrinin simasının dəyişməsinə səbəb olub. Son illərdə ölkəmizdə inşa olunan körpülər, yollar, elektrik stansiyaları, su-kommunal xidmət qurğularının bərpasında, təhsil, səhiyyə və idman müəssisələrinin tikintisində başlıca maliyyə mənbəyi kimi neft gəlirləri iştirak edib. Bakı şəhərinin içməli su ilə təminatında həlledici rol oynayan və Prezidentin ikinci Bakı-Tbilisi-Ceyhan adlandırdığı Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi də neft vəsaitləri hesabına reallaşıb. Eyni zamanda, Bakı-Tbilisi-Qarsın çəkilişində də neft vəsaitləri üstünlük təşkil edib. Məhz bütün bu nailiyyətlərin təməlində neft strategiyasının uğurla icra olunması ilə yanaşı, həm də ARDNF-nin səmərəli və şəffaf fəaliyyəti dayanır. 2016-cı ilin geridə qalan dövründə ölkəmizin iqtisadi və sosial prioritetlərinin icrasında ARDNF-nin iştirakı ilə bağlı göstəricilərə nəzər yetirdikdə fondun fəaliyyətinin nə qədər strateji əhəmiyyət kəsb etdiyi bir daha ortaya çıxır.
Belə ki, ARDNF-in icraçı direktoru Şahmar Mövsümov ötən ay keçirilən mətbuat konfransında deyib ki, cari ilin 1 oktyabr tarixinə qədər ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 3 milyard 260 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Onun sözlərinə görə, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 73,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 48,6 milyon manat vəsait ayrılıb. Ş.Mövsümov deyib ki, 20,8 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. Bu gün iqtisadi risklərin və qlobal məkanda cərəyan edən hadisələrin müxtəlif ölkələrin milli iqtisadiyyatlarına təzyiqlərinin artmasına baxmayaraq, ARDNF-nin aktivləri cari ilin əvvəlinə (33 milyard 574,1 milyon ABŞ dolları) nisbətən 6,7 faiz artaraq 35 milyard 822,1 milyon ABŞ dollarına bərabər olub. O qeyd edib ki, bu vəsaitin valyuta ifadəsində 33 milyard 949,6 milyon ABŞ dolları investisiya portfelinin, 1 milyard 872,5 milyon ABŞ dolları isə manat hesabının payına düşür.
Eskpertlər də ARDNF-nin Azərbaycan iqtisadiyyatının inkişafında, dövlət neft strategiyasının uğurla icra olunmasında, o cümlədən ölkəmizdə mühüm sosial layihələrin həyata keçirilməsinin maddi təminatının yaradılmasında rolunu yüksək qiymətləndirirlər. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov fəaliyyətə başlamasının 15 ili tamam olan Azərbaycan Dövlət Neft Fondunun yaradılmasını Ümummilli lider Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə hazırlanaraq tətbiqinə başlanan və sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən yeni neft strategiyasının mühüm tərkib hissəsi kimi dəyərləndirib. Onun sözlərinə görə, həm siyasi, həm də sosial-iqtisadi mahiyyət daşıyan yeni neft strategiyası ölkənin karbohidrogen ehtiyatlarının işlənməsinin optimallığını təmin etməklə respublikamızın davamlı inkişafına nail olmağa, neft hasilatının pik dövründə gələcək üçün möhkəm baza yaratmağa hesablanıb. A.Hüseynov deyib ki, ARDNF-nin yaradılması və qurumun səmərəli fəaliyyətinin təmin edilməsi konseptində də məhz bu fundamental amil əsas kimi götürülüb. Qurumun ötən illərdəki fəaliyyətinin kifayət qədər uğurlu olduğunu diqqətə çatdıran Milli Məclisin üzvü deyib ki, Azərbaycan neft gəlirlərindən səmərəli və şəffaf şəkildə istifadə edilməsinin, gələcək nəsillərin də bu gəlirlərdən bəhrələnə bilmələrinin optimal modelini yaratmağa nail olub: “Fondun büdcəsinin icrası göstəricilərinə əsasən 2001-2015-ci illər üzrə ümumi yığım səviyyəsi 27 faiz və yaxud təxminən 34 milyard dollar olub. Fond investisiyalar yerləşdirdiyi ölkələrin coğrafiyasını - artıq belə ölkələrin sayı 79-a çatıb - getdikcə genişləndirir. Ən önəmli cəhətlərdən biri odur ki, fond hazırda dünyada yaşanan gərginliklər, risklər fonunda vəsaitlərinin uzunmüddətli dövr üçün optimal gəlirliliyini təmin etməyə nail olub”.
İqtisadçı ekspert Vüqar Bayramov isə deyib ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə start verilən neft strategiyasının reallaşdırılması həm də Azərbaycan üçün yeni neft erasının başlanması anlamına gəlirdi. Yeni neft erası isə ölkəmiz üçün yeni imkanlar və üstünlüklər açdı. Vüqar Bayramov vurğulayıb ki, ARDNF-nin yaradılması ideyası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə məxsusdur. Bu fondu yaratmaqla Azərbaycan hökuməti gəlirlərin bir hesabda toplanması və bu aspektdən xərcləmələrdə səmərəliliyin artırılmasına nail olmağa çalışmaqla yanaşı, eyni zamanda, vəsaitlərin gələcək nəsillər üçün saxlanması siyasətini həyata keçirir: “Mövcud əsasnaməyə görə, neft gəlirlərinin ən azı 25 faizi gələcək nəsillər üçün qorunub saxlanılacaq. Bu isə neftin pullarının, sadəcə, neft hasilatı dövründə xərclənməsinin qarşısının alınması üçün olduqca vacibdir. Hazırda ARDNF tərəfindən vəsaitlərin ölkə xaricində idarə edilməsi ilə yanaşı, ölkə daxilində də səmərəli xərclənməsinə və şəffaflığın artırılmasına nəzarətin gücləndirilməsi mümkün olmuşdur. Bu baxımdan, Dövlət Neft Fondunun yaradılması Azərbaycanın gələcəyi baxımdan olduqca əhəmiyyətli addım idi”.
Beləliklə, Azərbaycanın “Əsrin müqaviləsi” ilə başlayan şaxələndirilmiş uğurlu enerji siyasəti hazırkı qlobal risklər şəraitində də böyük iqtisadi və siyasi dividendlər gətirməklə yanaşı, respublikamızın iqtisadi müstəqilliyinin təmin olunmasında müstəsna rol oynayır. Məhz ölkəmizin şaxələndirilmiş enerji siyasəti, təşəbbüsləri, böyük fəallığı və daim xoş niyyət nümayiş etdirməsi sayəsində hazırda Xəzər hövzəsi bir sıra ölkələr, Asiya ilə Avropa arasında qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilib.
Aqşin ŞAHİNOĞLU
Azərbaycan Respublikası
Dövlət Neft Fondu ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycanın müstəqilliyinin iqtisadi bünövrəsində milli neft strategiyasının rolu:
Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48

